12 mayda Dolça Ay gərgin və hadisələrlə dolu həftə olacaq DİQQƏTLİ OLUN
Digərləri 12 May 2025 14:49:00 58 0
12 mayda baş verəcək Dolça Ay bu həftəyə emosional gərginlik və enerjinin kəskin dəyişiklikləri ilə müşayiət olunan hadisələrlə zəngin bir dövrün başlanğıcı olacaq. Məhz bu səbəbdən, may ayının ortasında hansı günlərin riskli, hansılarının isə uğurlu olduğunu bilmək mühümdür.
Bu xəbəri də oxu: Sabah Bakıda 26° isti olacaq
Son.az xəbər verir ki, astroloq Katerina Solovyova "RBC-Ukrayna" üçün həftəlik astroproqnoz hazırlayıb və hər gün üçün ətraflı tövsiyələr verib.
12 may - Əqrəb bürcündə Dolça Ay və dağıdıcı dərəcə
Astroloq xəbərdarlıq edir: bu gün yeni işlərə başlamaq, vacib qərarlar qəbul etmək, cərrahi və stomatoloji müdaxilələr, gözəllik salonuna getmək, bahalı alış-verişlər və boşanma kimi məsələlər üçün qeyri-münasib gündür.
Axşam saat 19:56-da (Kyiv vaxtı ilə) Dolça Ayın tam fazası müşahidə olunacaq. Solovyovaya görə, qadınlar bu enerjini kişilərə nisbətən daha dərindən hiss edirlər.
Astroloqun Dolça Ay üçün əsas qaydaları:
Emosiyalara uymayın, sinir sisteminizi yükləməyin
Təlqinə, provokasiyalara və tənbəlliyə qarşı diqqətli olun
Cinsi münasibətlərdən çəkinin - instinktlər güclənir, nəzarətsiz davranış mümkündür
Ehtirasları cilovlayın, intizamlı olun, yarımçıq işləri tamamlayın
Borcları qaytarın və çətin işlərə yönəlin
Bu gün Ay özünü narahat hiss etdiyi Əqrəb bürcündə olacaq. Enerjini tarazlamaq üçün ağ rəng və gümüşü tonlar tövsiyə edilir.
Saat 11:27-dən 13:27-yə qədər Ay dağıdıcı dərəcədə olacaq. Bu zaman vacib işləri planlaşdırmaq tövsiyə edilmir.
13 may - Tənqidə və səhvləri etirafa açıq olun
Yeni təşəbbüslər, vacib qərarlar, cərrahi və stomatoloji prosedurlar üçün əlverişsiz gündür. Saat 11:35-dən sonra gözəllik salonuna getmək olar.
Astroloq xəbərdarlıq edir: bu kritik gündə öz səhvlərinizi qəbul edin, təxribatlara uymayın və qorxularınızı pozitiv keyfiyyətlərə çevirin.
14 may - May ayının ən uğurlu günlərindən biri
Bu gün yeni işlərə başlamaq, mühüm qərarlar qəbul etmək, cərrahi müdaxilələr, toylar, köç, səyahətlər, ticarət və biznes üçün çox uğurludur.
"Danışıqlar, müqavilələrin imzalanması, avadanlıq alınması, maliyyə əməliyyatları və imtahanlar üçün ideal gündür. Ədalət, dürüstlük və məsuliyyət günü olacaq. Başqalarına yardım edin, bu gecə yuxularınız önəmli işarələr verə bilər," - deyə astroloq bildirib.
15 may - Həqiqətlərin üzə çıxdığı gün
Yeni başlanğıclar, vacib qərarlar və uzaq səfərlər üçün uyğun deyil. Bahalı alış-verişlərdən çəkinmək məsləhətdir. Cərrahi və stomatoloji prosedurlar, eləcə də gözəllik salonuna getmək olar.
"Bu gün ətraf mühit sizin daxili aləminizin güzgüsünə çevriləcək. Haqqınızda deyilən hər şey, istər xoş, istərsə də tənqidi - doğru olacaq. Seksual əlaqələrdən və alkoqoldan uzaq durun. Qadınlara hədiyyə vermək kişilər üçün faydalı olacaq," - Solovyova qeyd edib.
16 may - Mənfi enerjiyə qarşı mübarizə
Yeni işlərə başlamaq, mühüm qərarlar qəbul etmək, cərrahi prosedurlar və gözəllik salonu üçün münasib deyil. Bu gün həm özünüzü, həm də evinizi enerjidən təmizləmək, yaradıcı fəaliyyətlə məşğul olmaq tövsiyə olunur.
"Sazişlər bağlamayın, evlənməyin, borc almayın və verməyin. Yeni insanlara və ideyalara ehtiyatla yanaşın. Mənfi fikirləri beyninizə yeridən şəxslərlə əlaqəni kəsin", - deyə astrolog bildirib.
17 may - Dəyişikliklər və daxili güc günü
Gözlənilməz hadisələr və ani dəyişikliklər mümkündür. Bu gün insanın ruhi inkişafı üçün güclü enerji daşıyır.
Saat 09:45-dən 11:39-a qədər Ay Oğlaq bürcündə dağıdıcı dərəcədə olacaq - bu zaman emosiyalar, instinktlər və ruh halı dərin təsirlərə məruz qala bilər. Bu saatlarda vacib işlərdən çəkinmək tövsiyə olunur.
Əgər insan bu sınaqları təmkinlə və ləyaqətlə keçə bilsə, qarşılığında böyük mükafat qazana bilər.
18 may - Yeni uğurlar və qələbələr vaxtı
Yeni işlər, təşəbbüslər, əməliyyatlar, saç kəsimi, toy, iş müraciətləri və iri tədbirlər üçün əla gündür.
"Bu, irəliləyiş, liderlik və yaradıcılıq günüdür. Mərdlik, məqsədyönlülük və özünüifadə ön plandadır. Konsert, şou və tədbirlərdə iştirak edin, ya da özünüz çıxış edin", - astroloq bildirib.
Enerjinizi artırmaq üçün narıncı, qızılı və sarı rənglər geyinin, qızıl zinət əşyaları taxın, portağal yeyin və günəbaxan simvolundan istifadə edin.
Kənan Son.az
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət

Mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva Tarix Əliyevin ver

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər ara

Çiçəklərinizin solmasına imkan verməyin - bu TikTok hesabları evinizi ya�

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasi

"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heyd�

ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət müharibəsi İsve
