Bu 5 əlamət varsa, maşınınız tezliklə ustaya düşəcək
Digərləri 11 May 2025 18:15:00 72 0
Asqıdan gələn kənar səslər və ya yanacaq sərfiyyatının artması - bunlar avtomobilin yaxın zamanda sına biləcəyinin qaçılmaz əlamətləridir.
Bu xəbəri də oxu: Kaleriya Kislova vəfat etdi
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, avtomobildə bəzi dəyişikliklər nasazlığın yaxınlaşdığını göstərə bilər. O, bəzi əlamətlərə diqqət yetirməyi tövsiyə edir:
1. Yad səslər - Tormoz zamanı gələn cırıltı səsləri tormoz disklərində problem olduğunu göstərə bilər. Kapot altından gələn fit səsi isə ötürücü kəmərin nasazlığından xəbər verir. Mühərrikdəki döyüntü isə piston qrupunun aşınmasına işarə edə bilər.
2. Yanacaq sərfiyyatının artması - Əgər maşın əvvəlkindən çox yanacaq sərf edirsə, bu, yanacaq püskürtmə sistemində və ya oksigen sensorunda nasazlıq ola biləcəyini göstərir. Həmçinin alışdırma şamlarının köhnəlməsi də buna səbəb olur.
3. Tüstünün rəngi dəyişibsə - Normalda maşınlardan çıxan tüstü açıq boz olur. Əgər tüstü qaralırsa, bu, artıq yanacaq yandığını göstərir. Göyümtül tüstü - mühərrik yağının yanmasını, ağ tüstü isə antifrizin silindrlərə sızmasını bildirə bilər.
4. Sükanda titrəmə və ya maşının bir tərəfə çəkilməsi - Bu əlamətlər sükan sistemi, asqı və ya tormoz mexanizmlərində nasazlıq olduğunu göstərə bilər.
5. Mühərrikin qeyri-stabil işi - Əgər mühərrikin silindrləri tam işləmirsə) təcili şəkildə alışma və yanacaq sistemləri yoxlanmalı, mühərrikin sıxılması (kompressiya) ölçülməlidir.
Bu əlamətlərə diqqət yetirməklə bahalı təmirin qarşısını almaq mümkündür.
Hindistan və Pakistan kimi iki nüvə gücü arasındakı aşağı intensivlikl

Aparıcı Tolik (Tarix Əliyev) canlı yayım zamanı efir zamanı gərgin anlar

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

May ayı olmasına baxmayaraq, Bakıda gilasın qiyməti əl yandırır.

"Kurtlar Vadisi" serialında "Cerrahpaşalıların bacısı"

Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real

Toyların birində qeydə alınan görüntü marağa səbəb olub.

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbə

Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təf

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş başçısı gü

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.
