Cırtdan olaraq doğuldu, dünyanın ən nəhəng adamına çevrildi FOTO


Dünya 29 Yan 2024 02:02:00 190 0

Cırtdan olaraq doğuldu, dünyanın ən nəhəng adamına çevrildi  FOTO

Adam Rainer tarixdə həm cırtdan, həm də nəhəng olan yeganə insandır. 21 yaşı tamam olanda boyu 1,21 santimetrdən bir qədər çox idi. Bir çox insanlar Adamın boyunun 2,13 metrdən çox olmasını arzu etdiyinə görə, bu qədər uzandığı qənaətində idilər. Lakin onun qeyri-normal boyu müxtəlif fəsadlarla müşayiət olunurdu.

Son.az sfera.az-a istinadən xəbər verir ki, cırtdanboy olaraq doğulub, daha sonra dünyanın uzun adamına çevrilən Adam Rainer haqqında yazı təqdim edir.

1899-cu ildə Avstriyada anadan olan Adam Rainerin şəxsi həyatı o qədər də məlum deyil. Həyatı haqqında məlum olan yeganə şey onun həm cırtdan, həm də nəhənglik xəstəliyindən əziyyət çəkməsi idi.

Birinci Dünya Müharibəsi başlayanda Adam hərbi xidmətə gedib. Bu zaman onun boyu təxminən 1,37 metr olub. Həkimlər boyuna görə onu cırtdan hesab edirdilər və orduya dəyərli əlavə deyil, yük kimi baxırdılar.

O isə rədd edilməsinə baxmayaraq, orduda xidmət etməkdə israrlı idi. Bir il sonra yenidən bəxtini sınayıb və təkrar qeydiyyatdan keçib. Bu dəfə boyu 5 santimetr daha uzun olsa da, nəticə dəyişməyib və yenidən rədd edilib.

Cırtdanlıq ümumiyyətlə 1,47 metr və ya daha az hündürlük kimi müəyyən edilir. Adam isə 19 yaşında demək olar ki, 1,42 metr boyunda olub. Nəticədə o, hələ də cırtdan sayılırdı. Bundan əlavə, onun tibbi sənədləri həddindən artıq çəlimsiz olduğunu ortaya qoydu. Adamın kiçik çərçivəsinə və zəif görünüşünə baxmayaraq, əlləri və ayaqları çox böyük idi.

Əllərinin uzunluğu düz 23,9 sm idi. İlk dəfə orduya getməyə cəhd edəndə 43 ölçülü ayaqqabı geyinmişdi. İkinci cəhdində onun ayaqqabı ölçüsü inanılmaz dərəcədə artaraq 53-ə çatmışdı. Bu onun kimi kiçik bir adam üçün olduqca böyük ayaqqabı ölçüsü demək idi. Bundan əlavə, insanların adətən 21 yaşında böyüməyi dayandırdığı bir vaxtda, Adam həyəcan verici bir sürətlə böyüməyə davam etdi. 1932-ci ildə 33 yaşında olarkən boyu təxminən 2,18 metr idi. Lakin onun sürətli böyüməsi ciddi onurğa əyriliyinə səbəb olmuşdu.

Həkimlər Adamın sürətli böyüməsinə heyran qaldılar. Xüsusilə, Dr. Mandl və Dr. Windholz bu sürətli böyümənin səbəbini müəyyən etmək üçün Adam üzərində təcrübələr apardı.

Müayinələr nəticəsində Adamın akromeqaliya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilib. Buna hipofiz vəzindəki şiş səbəb olmuşdur. Akromeqaliya, yetkinlik dövründə hipofiz vəzin həddindən artıq böyümə hormonu istehsal etməsi səbəbindən meydana gələn hormonal bir vəziyyətdir. Bu zaman xüsusilə əl, ayaq və üzdəki sümüklər böyüyür.

Adamın əlləri və ayaqları qeyri-adi idi, həqiqətən nəhəng görünürdülər. Alnı və çənəsi şişmiş, üzünü həddindən artıq uzun göstərirdi.

Üstəlik, onun dodaqları adi bir insanınkından çox qalın və dişləri geniş, aralı idi. Dr. Mandl və Dr. Windholz şişi çıxarmaq və böyüməsini dayandırmaq üçün Adamı əməliyyat etmək qərarına gəldi. Lakin şişin uzun müddət inkişaf etməsi əməliyyatın müvəffəqiyyətli olma ehtimalının az olması demək idi. Əməliyyatdan sonra yenidən ölçü götürülüb. Onurğa əyriliyi daha da pisləşmiş və o, yavaş-yavaş uzanmağa davam edirdi. Sonra eşitmə və sağ gözündə görmə qabiliyyətini itirdi. Onurğasının əyriliyi ən kritik həddə çatanda ​​o, yatağa məhkum olub və ömrünün qalan hissəsini yataq xəstəsi kimi keçirib. O, 1950-ci il martın 4-də 51 yaşında vəfat edib. Adam ölən zaman təxminən 2,34 metr boyunda idi. O, həm cırtdan, həm də nəhəng cizgiləri olan yeganə şəxsiyyət kimi adını tarix səhifələrinə yazdırıb.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bakıda dəhşətli cinayət: sevgilisi münasibətini arvadına dedi, kişi isə…  Şok like
  • 29 Yan 01:01  
Kriminal Bakıda dəhşətli cinayət: sevgilisi münasibətini arvadına dedi, kişi isə… Şok

Bakının Xəzər rayonunda 1990-cı il təvəllüdlü Həsən qeyri-rəsmi mün

arrow Ətraflı
Rusiya çox güclüdür, itkilərini dərhal bərpa edir like
  • 29 Yan 01:00  
Dünya Rusiya çox güclüdür, itkilərini dərhal bərpa edir

Rusiyanın hərbi sənayesi tam sürətlə inkişaf edir. Təcavüzkar döyüş

arrow Ətraflı
ABŞ İsrailə silah tədarükünü tam dayandıra bilər like
  • 29 Yan 00:53  
Dünya ABŞ İsrailə silah tədarükünü tam dayandıra bilər

ABŞ administrasiyası İsrailə silah tədarükünü azaltmağı, yaxud tamam d

arrow Ətraflı
Batya və Putini nazir “sakitləşdirdi”: 10 min il var! like
  • 29 Yan 00:43  
Dünya Batya və Putini nazir “sakitləşdirdi”: 10 min il var!

Rusiya və Belarus prezidentlərinin iştirakı ilə Antarktidada Rusiyanın &qu

arrow Ətraflı
Donmuş Maralgölün yeni görüntüləri like
  • 29 Yan 00:33  
Digərləri Donmuş Maralgölün yeni görüntüləri

Şaxtalı hava şəraiti ilə əlaqədar Göygöldə yerləşən Maralgöl tam d

arrow Ətraflı
Asiyanın ən güclü orduları: Azərbaycan neçəncidir? like
  • 29 Yan 00:22  
Digərləri Asiyanın ən güclü orduları: Azərbaycan neçəncidir?

Azərbaycan Ordusu Asiyanın ən güclü orduları arasında 24-cü yeri tutub.

arrow Ətraflı
Finlandiyada səsvermə başa çatdı like
  • 29 Yan 00:17  
Dünya Finlandiyada səsvermə başa çatdı

Finlandiyada prezident seçkilərində səsvermə başa çatıb.

arrow Ətraflı
İstanbulda kilsəyə silahlı hücum edənlərin biri saxlanılıb like
  • 29 Yan 00:10  
Dünya İstanbulda kilsəyə silahlı hücum edənlərin biri saxlanılıb

Türkiyə polisi İstanbul şəhərindəki "Santa Maria" kilsəsinə s

arrow Ətraflı
Günün qoroskopu: Sınaq zamanıdır like
  • 29 Yan 00:01  
Digərləri Günün qoroskopu: Sınaq zamanıdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi like
  • 28 Yan 23:55  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya Şurasının sədri Gökhan Çoba

arrow Ətraflı
Paris böyük iğtişaşlara hazırlaşır like
  • 28 Yan 23:50  
Dünya Paris böyük iğtişaşlara hazırlaşır

Fransa daxili işlər naziri tətil edən fermerlərin paytaxta girişi və ən

arrow Ətraflı
Bakılı məşhur  Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina like
  • 28 Yan 23:42  
Digərləri Bakılı məşhur Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina

Larisa Aleksandrovna Dolina Kudelman sovet və rus estrada və caz müğənnisi

arrow Ətraflı
Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü like
  • 28 Yan 23:23  
Digərləri Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İmmunoloqdan qripə qarşı sadə üsul: Yoluxma riski 100 dəfə azalır like
  • 28 Yan 23:17  
Digərləri İmmunoloqdan qripə qarşı sadə üsul: Yoluxma riski 100 dəfə azalır

"Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyy

arrow Ətraflı