“Nadir camaatın qızını basıb öpür, qucaqlayır..."


Şou-biznes 16 Yan 2024 18:09:00 160 0

“Nadir camaatın qızını basıb öpür, qucaqlayır..."

"Son vaxtlar yaşlı sənətçiləri tez-tez efirlərdə görmək olur. Bu təkcə Flora Kərimovaya aid deyil. Yaşı ötmüş sənətçilərin içində həmişə bir qorxu olur. Onlar düşünürlər ki, artıq vaxtları keçib, qocalıblar və gündə heç olmasa, bir dəfə televiziya ekranında görünməsələr, xalqın yadından çıxarlar. Çünki bu gün cavan ifaçılar ekranları zəbt ediblər. Haranı açsan yeni çıxan ifaçılar oxuyur, onlar 24 saatın 23-nü ekranda olurlar. Belə olan halda, yaşlı sənətkarlar yaddan çıxır..." 

Son.az bildirir ki, bu sözləri Yenisabah.az-a tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu deyib. 

Yaşı ötmüş sənətkarların gündəmdə qalmaq çabalarından danışan Vəziroğlu bunun onlar üçün çox əhəmiyyətli olduğunu bildirib:

"Son hadisələri hər kəs müzakirə etdi, Niyaməddin Musayevlə Flora Kərimovanın öpüşməsi gündəmə çevrildi. Mən demirəm ki, onların iksindən biri ssenari qurub düşünülmüş şəkildə bunu ediblər, xeyr. Amma onlar kütlənin səviyyəsini yaxşı bilirlər. Kütlə ancaq belə şeyləri müzakirə mövzusuna çevirir. İki gündür qoca kişi ilə qoca arvadın təsadüfən öpüşməsi gündəmi zəbt edib. Əslində burada qeyri-etik heç nə yox idi. 

Məsələn, Nadir Qafarzadə də gündəmə gəlmək üçün bir neçə gün öncə obraza girdi və bunu bacardı. Əvvəllər aktyorlar pul qazanmaq üçün müğənnilik edirdilər, ibndi əksinə olub, Nadir Qafarzadə aktyorluğa keçib, camaatın qızını basıb öpür, qucaqlayır, bunu sosial şəbəkələrdə paylaşır. Heç bu söz-söhbətə səbəb olmur, hamı deyir ki. "yəqin klip çəkilişidir". Qoca kişi isə gündəmdən düşmür. 

Onlar elə bununla yadda qalmaq istəyirlər. Fikirləşirlər ki, onsuz da bizim qoca sifətimizi heç kəs görmək istəmir. İnsan qocaldıqca sifəti də dəyişir, 60 yaşdan sonra üzlə bərabər insanın fizionomiyası da dəyişir". 

Onun sözlərinə görə, yaşlı sənətçilərin ən böyük qorxusu məhz unudulmaqdır:

"Rəhmətlik Üzeyir Hacıbəyov "O olmasın, bu olsun" əsərində 49 yaşlı Məşədi İbadı qoca adlandırır, ürəyi soyumur sonra ona "qoca kaftar" deyir. Yaşlı sənətkarlar da düşünür ki, Üzeyir bəy 49 yaşlı kişiyə "qoca kaftar" deyibsə, onda biz iraq olsun, cəhənnəmin astanasındayıq. 

Onları qorxudan yalnız unutqanlıqdır. Deyirlər ki, sabah-birigün insanlar onları unudacaq, adlarını haradasa çəkməyəcək. Məhz bu səbəbdən fərq qoymadan çağırılan hər verilişə gedirlər. 

Bu gün yaddan çıxan o qədər sənətçilərimiz var ki, onlar heç bir verilişdə yada salmırlar. Bəlkə ayda-ildə bir dəfə, bunu da televiziya rəhbərliyi tapşırır.

Flora xanımla Niyaməddin bəy bu cür  "skandal"la gündəmə gəlməsəydi, inanmıram ki, kimsə onları mahnılarını dinləmək üçün efirdə görmək istəyəydi. 

Sonuncu dəfə Niyaməddin Musayev gənclərdən ibarət olan "Dərviş Band" qrupunun "Dünya sənin, dünya mənim" mahnısını oxuması ilə gündəmə gəlmişdi. Daha sonra həmin qrupla birgə duet oxudular. 

Müğənnilər üçün gündəmdə qalmaq, xalqın yaddaşında olmaq önəmlidir. Bu hətta özlərinin nəsildəki reputasiyası üçün də vacibdir. Çünki sabah nəsildəki uşaqlar da ağsaqqal, ağbirçək kimi onu saymayacaq, deyəcək ki, əşşi nə etmisən ki, heç səni yada salan da yoxdur. Bu zaman sənətçilər xəcalət çəkir ki, ömrümü sənətə həsr etmişəm, amma məni sayan yoxdur". 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ekvadorda 48 məhbus like
  • 16 Yan 18:04  
Dünya Ekvadorda 48 məhbus

Ekvadorun Esmeraldas əyalətindəki həbsxanada 2 000 əsgər və polisin işti

arrow Ətraflı
Firuzə Muradova vəfat etdi  FOTO like
  • 16 Yan 17:58  
Digərləri Firuzə Muradova vəfat etdi FOTO

Azərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə dokto

arrow Ətraflı
SEPAH komandirlərinə suiqəsd cəhdi edildi like
  • 16 Yan 17:53  
Dünya SEPAH komandirlərinə suiqəsd cəhdi edildi

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr ş�

arrow Ətraflı
Bakıda keçiriləcək COP29 konfransında bu məsələnin müzakirə olunacağına ümid edirəm like
  • 16 Yan 17:49  
Digərləri Bakıda keçiriləcək COP29 konfransında bu məsələnin müzakirə olunacağına ümid edirəm

Azərbaycanda keçiriləcək COP29 konfransında formalaşmaqda olan bazara mali

arrow Ətraflı
Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu like
  • 16 Yan 17:45  
Digərləri Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu

Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Bil�

arrow Ətraflı
Azərbaycanda fotoqraf bəyi kəndirlə bağladı, gəlini isə... VİDEO like
  • 16 Yan 17:39  
Digərləri Azərbaycanda fotoqraf bəyi kəndirlə bağladı, gəlini isə... VİDEO

Sosial şəbəkədə azərbaycanlı fotoqrafın toy çəkilişi diqqət çəkib.

arrow Ətraflı
"Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır" like
  • 16 Yan 17:38  
Digərləri "Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır"

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçə

arrow Ətraflı
SEPAH Ərbili bu raketlə like
  • 16 Yan 17:34  
Dünya SEPAH Ərbili bu raketlə

SEPAH İraqın Ərbil şəhəri yaxınlığına hava hücumunda "Fateh-110&

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasi "Gəncənin gəncləri" layihəsinə start verir like
  • 16 Yan 17:30  
Kriminal Gəncə Dövlət Filarmoniyasi "Gəncənin gəncləri" layihəsinə start verir

Gəncə Dövlət Filarmoniyası 2 fevral - Gənclər Günü ilə bağlı "G

arrow Ətraflı
Asya onu komaya salan səbəbi açıqladı  FOTO like
  • 16 Yan 17:26  
Şou-biznes Asya onu komaya salan səbəbi açıqladı FOTO

Bir müddət öncə komaya düşərək sevənlərinə qorxulu günlər yaşadan

arrow Ətraflı
Dağıntılar altından çıxarılanların sayı like
  • 16 Yan 16:59  
Digərləri Dağıntılar altından çıxarılanların sayı

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri,

arrow Ətraflı
Məşhur müğənni qardaşına görə oğurluq edib – VİDEO like
  • 16 Yan 16:56  
Şou-biznes Məşhur müğənni qardaşına görə oğurluq edib – VİDEO

ATV-nin "Rəngarəng səhər" verilişinin qonağı müğənni Ofelya

arrow Ətraflı
Yanvar ayında yenə qar yağacaq? like
  • 16 Yan 16:50  
Digərləri Yanvar ayında yenə qar yağacaq?

Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümünd�

arrow Ətraflı
Yasamaldakı qəzanın VİDEOsu müzakirə yaratdı like
  • 16 Yan 16:45  
Digərləri Yasamaldakı qəzanın VİDEOsu müzakirə yaratdı

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində avtomobilin piyada keçid

arrow Ətraflı
Seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlayırıq like
  • 16 Yan 16:41  
Digərləri Seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlayırıq

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərin 7 fevral prezident seç

arrow Ətraflı