“ÜMİD 2024” incəsənət müsabiqəsi baş tutdu


Kriminal 16 Yan 2024 16:16:00 148 0

“ÜMİD 2024” incəsənət müsabiqəsi baş tutdu

"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Asossasiyası"nın birgə təşkilatçılığı ilə "Ümid 2024" İncəsənət müsabiqəsi keçirilib. Müsabiqə 2 gün olmaqla 13-14 yanvar tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

Yeni ilə yeni ümidlərlə başlamaq, gənc istedadları üzə çıxarmaq məqsədilə artıq 8 ildir ki, təşkil olunan "Ümid" İncəsənət müsabiqəsinin bu ilki yarışmasına həm paytaxt şəhərimiz Bakıdan, həm də respublikamızın digər regionlarından minlərlə istedadlı uşaq və gənclər qatılıb. Onlar uyğun yaş qruplarına bölünərək incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri sənət) üzrə öz performanslarını nümayiş etdiriblər.

Bütün çıxışlar ölkəmizin dəyərli, əməkdar və incəsənət xadimlərindən ibarət olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Vokal və akademik alətlər üzrə münsiflər:

Arzu Rzayeva- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin dosenti

Nuridə Axundzadə- Qabaqcıl təhsil işçisi, İncəsənət Gimnaziyasının vokal müəllimi

Rauf Musayev- Bakı Musiqi Akademiyasının məzunu, 30 illik təcrübəyə malik prodüser

Fortepiano üzrə münsiflər:

Aydan Vəzirova- Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət Universitetinin "İfaçılıq" kafedrasının müəllimi

Sevda Ağayeva- İncəsənət Gimnaziyasının "Fortepiano" şöbəsinin müəllimi

Arzu Rzayeva- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin dosenti

Xalq çalğı alətləri üzrə münsiflər:

Məhərrəm Məmmədov- Azərbaycan Milli Konservatoriyasının baş müəllimi

Mübariz Əliyev- Azərbaycan Milli Konservatoriyasının dosenti

Vüqar Musalı- İncəsənət Gimnaziyasının müəllimi, "Muğam-Televiziya" müsabiqəsinin qalibi

Rəqs üzrə münsiflər:

Ülviyyə Həsənova- Azərbaycan Rəqs Asosassiyasının vitse-prezidenti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi

Əziz Əzizov- Azərbaycan Rəqs Assosasiyasının prezidenti, Azərbaycan Gənclər İttifaqının "İncəsənət" şöbəsinin müdiri

Tahir Eynullayev- Azərbaycan Milli Konservatoriyasının "Xoreoqrafiya" şöbəsinin müdiri.

Qaliblər isə "Azərbaycan Gənclər İttifaqı"nın gənc sədri Zakir Əliyev tərəfindən mükafatlandırılıb.

2 günlük irimiqyaslı müsabiqənin sonunda "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov bildirib: " Bu festival uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq". Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə və ədalətli seçimlərinə görə dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.

Qeyd etmək lazımdır ki, müsabiqədə xüsusilə fərqlənən iştirakçılar "GRAND PRİX" adına layiq görülüblər:

Atilla Quliyev (incəsənət növü: fortepiano, yaş kateqoriyası: uşaq 2)

Amin Həsənli (incəsənət növü: saz, yaş kateqoriyası:böyüklər)

Yusif Sadiqli (incəsənət növü:saz, yaş kateqoriyası: yunior 1)

Müşfiq İbrahimzadə, Tariyel Həsənli, Paşa Əsgərli (incəsənət növü:tar, yaş kateqoriyası: qarışıq yaşlar)

Məhəmməd Əlizadə (incəsənət növü:tar, yaş kateqoriyası: böyüklər)

Famil Məmmədli (incəsənət növü:qarmon, yaş kateqoriyası: yunior 2)

Kövsər Qəhrəmanova (incəsənət növü:qarmon, yaş kateqoriyası: yunior 3)

Rəfiqə Tağızadə (incəsənət növü: Bollywood rəqsi, yaş kateqoriyası: yunior 3)

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Olaf Şolts Avropa çempionatında like
  • 16 Yan 16:00  
Digərləri Olaf Şolts Avropa çempionatında

Almaniya kansleri Olaf Şolts ölkəsində keçirilən həndbol üzrə Avropa ç

arrow Ətraflı
Dünənki partlayışda ölən şəxsin FOTOsu like
  • 16 Yan 15:57  
Digərləri Dünənki partlayışda ölən şəxsin FOTOsu

Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axu

arrow Ətraflı
DYP piyadalara like
  • 16 Yan 15:26  
Digərləri DYP piyadalara

Baş DYP İdarəsi piyadalara müraciət edib.

arrow Ətraflı
“Koroğlu”da ağır qəza, tıxac yarandı like
  • 16 Yan 15:22  
Digərləri “Koroğlu”da ağır qəza, tıxac yarandı

Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Kuleba Lavrovu “vurmaq hissi keçirdi”  Mariya cavab verdi like
  • 16 Yan 14:54  
Dünya Kuleba Lavrovu “vurmaq hissi keçirdi” Mariya cavab verdi

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Serge

arrow Ətraflı
İlham Əliyev Neftçala rayonuna səfər edib like
  • 16 Yan 14:49  
Siyasət İlham Əliyev Neftçala rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçal

arrow Ətraflı
Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq?  AÇIQLAMA like
  • 16 Yan 14:49  
Digərləri Məcburi köçkünlərin məskunlaşdığı binaların aqibəti necə olacaq? AÇIQLAMA

"Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq".

arrow Ətraflı
Dağıntılar altından daha bir nəfərin cəsədi tapıldı like
  • 16 Yan 14:48  
Digərləri Dağıntılar altından daha bir nəfərin cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri,

arrow Ətraflı
İlkinlə Ayselin boşanma xəbəri yayıldı like
  • 16 Yan 14:46  
Şou-biznes İlkinlə Ayselin boşanma xəbəri yayıldı

Aparıcı İlkin Həsəni və bloqer həyat yoldaşı Aysel Həsəni rəsmi şə

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda Mirzə Şəfi Vazehə həsr olunmuş gecə keçirilib  FOTO like
  • 16 Yan 14:44  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda Mirzə Şəfi Vazehə həsr olunmuş gecə keçirilib FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncə və gə

arrow Ətraflı
Alper Gezeravcı kimdir? like
  • 16 Yan 14:23  
Digərləri Alper Gezeravcı kimdir?

Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. Uşaqlığını B

arrow Ətraflı
Tağı Əhmədovdan xəbər var like
  • 16 Yan 14:20  
Digərləri Tağı Əhmədovdan xəbər var

"Tağı müəllim sıradan sadə adamdır. Onu səhhəti ilə bağlı xəb�

arrow Ətraflı
Cəlilabadda FACİƏ: kişi hamamda öldü like
  • 16 Yan 14:19  
Digərləri Cəlilabadda FACİƏ: kişi hamamda öldü

Cəlilabadda kişi qazdan zəhərlənib.

arrow Ətraflı
İraq İrandakı səfirini geri çağıdı like
  • 16 Yan 14:14  
Dünya İraq İrandakı səfirini geri çağıdı

İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr ü

arrow Ətraflı
Yaponiyada zəlzələ oldu like
  • 16 Yan 14:12  
Dünya Yaponiyada zəlzələ oldu

Yaponiyanın Noto bölgəsində 5 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı