“Mən özbaşına qanunsuzluq etməmişəm” Pulu onların


Kriminal 12 Yan 2024 19:53:00 169 0

“Mən özbaşına qanunsuzluq etməmişəm”  Pulu onların

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin məhkəməsi davam edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baxılan iş üzrə indiki mərhələdə şahidlər ifadə verir.

Bir neçə hərbi hissədə maliyyə şöbəsi rəhbəri işləmiş Sadiq Hacıyev bəhs etdiyimiz işdə şahid kimi tanınıb. Amma o, özü də 143 milyonluq yeyintidə iştirakda ittiham edilir. Onun haqda ötən ilin iyulunda həbs qətimkan tədbiri seçilib, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Hacıyevin ifadəsindən məlum olub ki, onun cinayət əməli nəticəsində dövlətə 1 milyon 500 min manat ziyan dəyib. İstintaq orqanı ilkin olaraq ona güzəşt edərək həbsini tələb etməyib, dəymiş ziyanı  ödəməsi üçün şans verib. Lakin təqsirləndirilən şəxs bu şansdan istifadə etməyib. Dəymiş ziyan ödənilmədiyinə  görə, onun haqda həbs qətimkan tədbiri seçilib.

S.Hacıyev deyib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib: 

"Mən özbaşına qanunsuzluq etməmişəm. 1 milyondan çox vəsaiti mənimsədiyim iddia olunur. Bu rəqəmlə razı deyiləm.  Çünki bu qədər pulu görməmişəm. Maliyyə sənədləri məhv edilib, təəssüf ki, bunu yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Evini, maşınımı satışa qoymuşam. Hələ ki, satış baş tutmayıb deyə ziyanı ödəyə bilmirəm". 

General Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahiddən "Nizami Məmmədov sizə göstəriş veribmi?"- soruşub.

Şahid generalla heç vaxt ünsiyyətinin olmadığını deyib. Həmçinin  ona yalnız korpusun maliyyə rəisinin tapşırıq verdiyini təkrarlayıb.

Vəkil Mirmehdizadəni maraqlandıran digər məsələ şahidin həbsindən əvvəl və həbs edildikdən sonra fərqli ifadə verməsi olub. Hacıyev həbs edildikdən sonra özündə olmadığını, nə ifadə verdiyini bilmədiyini deyib.

Şahid Cəbrayıl Orucov əvvəllər iki fərqli hərbi hissədə maliyyə şöbəsinin rəisi işləyib. Cinayət işi başlanan vaxtda isə Hərbi polisdə eyni vəzifədə çalışırmış.

Orucov da işlədiyi dövrdə qanunsuz ödənişlərə mənimsəmə faktları olduğunu etiraf edib.

Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb. Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Sonradan isə həmin pullar nağdlaşdırılaraq mənimsənilib:

"Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb. "Ölü kart"lar yaradılırdı ki, həmin kartların sahibləri olmurdu. 

Pullar həmin kartlara köçürülüb. Hər ay 14-ü qadın olmaqla 25 nəfərin adına ödəniş olub. Əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyirdi. Amma bu qanunsuzluqdan xəbəri yox idi. Hərbi hissələrdə işlədiyim müddətdə mənə ümumilikdə 800 min manat qalıb, yerdə qalan pulu təftişə gələnlər götürüb".

C.Orucov ifadəsində Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfovun da adını çəkib. Deyib ki, cinayət baş verən dövrdə sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb. Həmin yoxlama qrupuna rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfov edib. Şahid etiraf edib ki, təftiş  zamanı rəsmi hesabatdan gizlədilən məbləğlər olub ki, onu ancaq R.Xələfovla özü bilib:

"Bu haqda heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi, məbləğin də 60 faizini özünə götürdü",-deyə şahid ifadəsini yekunlaşdırıb. 

Proses yanvarın 19-u davam edəcək. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib. 

Hazırda araşdırılan iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə birgə mühakimə edilirlər.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Meta" yüksək məbləğdə cərimələndi like
  • 12 Yan 19:45  
Digərləri "Meta" yüksək məbləğdə cərimələndi

Rəqabət Şurası proqram yeniləməsi ilə "WhatsApp" istifadəçil�

arrow Ətraflı
Pünhan Piriyevin atasının dəfnindən ürəkdağlayan görüntülər  VİDEO like
  • 12 Yan 19:38  
Şou-biznes Pünhan Piriyevin atasının dəfnindən ürəkdağlayan görüntülər VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Pünhan Piriyevə ağır itki üz verib.

arrow Ətraflı
“Ona ayıb olsun! Xalq artisti adına...” – Röyanın mahnısına etiraz like
  • 12 Yan 19:30  
Şou-biznes “Ona ayıb olsun! Xalq artisti adına...” – Röyanın mahnısına etiraz

Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında &qu

arrow Ətraflı
“Azəristiliktəchizat”dan əhaliyə MÜRACİƏT  Yaxın iki gün ərzində... like
  • 12 Yan 19:29  
Digərləri “Azəristiliktəchizat”dan əhaliyə MÜRACİƏT Yaxın iki gün ərzində...

Sabahdan başlayaraq iki gün ərzində "Azəristiliktəchizat" ASC-ni

arrow Ətraflı
Putinin sirr kimi saxladığı qızı GÖRÜN KİM İMİŞ like
  • 12 Yan 19:27  
Digərləri Putinin sirr kimi saxladığı qızı GÖRÜN KİM İMİŞ

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə m

arrow Ətraflı
Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə like
  • 12 Yan 19:25  
Digərləri Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin G

arrow Ətraflı
İsrailin Azərbaycandakı səfirliyi Beynəlxalq Ədalət Məhkəməsinə like
  • 12 Yan 19:23  
Digərləri İsrailin Azərbaycandakı səfirliyi Beynəlxalq Ədalət Məhkəməsinə

"Beynəlxalq Ədalət Məhkəməsində baş verənlər ədalət sözünün

arrow Ətraflı
Ukrayna ordusunda ŞOK OLAY like
  • 12 Yan 19:18  
Dünya Ukrayna ordusunda ŞOK OLAY

Ukraynanın Nikolayev vilayətinin Berezneqovatoe qəsəbəsində çavuş bölü

arrow Ətraflı
Həyat yoldaşı ilə mübahisə edən kişi həqiqəti öyrənib ŞOK OLDU: like
  • 12 Yan 19:13  
Dünya Həyat yoldaşı ilə mübahisə edən kişi həqiqəti öyrənib ŞOK OLDU:

"Reddit" istifadəçisi bir nəfər həyat yoldaşı ilə mübahisəy�

arrow Ətraflı
İflic olan Ferdi Tayfurun like
  • 12 Yan 19:07  
Şou-biznes İflic olan Ferdi Tayfurun

Bir müddət əvvəl üzündən iflic olan və böyrək transplantasiyası əmə

arrow Ətraflı
Ermənistanın səhiyyə naziri dindirildi like
  • 12 Yan 19:00  
Digərləri Ermənistanın səhiyyə naziri dindirildi

COVID-19 pandemiyası zamanı mümkün sui-istifadə halları ilə bağlı Ermə

arrow Ətraflı
Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb like
  • 12 Yan 18:58  
Digərləri Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Res

arrow Ətraflı
Bu mahnı ilə 272 000 AZN qazandı  VİDEO like
  • 12 Yan 18:53  
Şou-biznes Bu mahnı ilə 272 000 AZN qazandı VİDEO

Müğənni Şöhrət Məmmədov yeni açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Komando bölmələrinin peşəkarlığı artırılır like
  • 12 Yan 18:47  
Digərləri Komando bölmələrinin peşəkarlığı artırılır

2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrini

arrow Ətraflı
Ev alanlardan gəlir sənədi tələb olunur? like
  • 12 Yan 18:43  
Digərləri Ev alanlardan gəlir sənədi tələb olunur?

Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-s

arrow Ətraflı