“Arşın mal alan” operettası Çini necə fəth etdi? Baş rejissor danışdı


Şou-biznes 09 Yan 2024 02:45:00 177 0

“Arşın mal alan” operettası Çini necə fəth etdi?  Baş rejissor danışdı

Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində səhnələşdirilir. "Arşın mal alan" tamaşasının şöhrəti isə daha böyükdür. Hətta Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.

Çinlilərin "Arşın mal alan" tamaşasını sevməsinin əsas səbəbi nədir?

Son.az bildirir ki, moderator.az-a açıqlama verən Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib ki, "Arşın mal alan" operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub. Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.

"Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası dünyanın əksər ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı tarixçəsi var. 1945-ci ildə çəkilən "Arşın mal alan" filmi dünyanın 140 ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol - Əsgər bəyi oynayan Rəşid Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə "Örtük altında məhəbbət" filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu. Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq edirdik, deyirdi ki, "olar qalıb iki-üç saat bir az da artıq məşq edək?". Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki, "salam Rəşid Behbudov". Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər. Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir", - deyə sənətçi bildirib.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Tanınmış yazıçı Çingiz Hüseynov vəfat etdi like
  • 09 Yan 01:52  
Kriminal Tanınmış yazıçı Çingiz Hüseynov vəfat etdi

Tanınmış yazıçı Çingiz Hüseynov 94 yaşında vəfat edib. 

arrow Ətraflı
Napoleonun cinsiyyət orqanı muzeydə sərgiyə çıxarıldı like
  • 09 Yan 01:45  
Digərləri Napoleonun cinsiyyət orqanı muzeydə sərgiyə çıxarıldı

1821-ci ildə vəfat edən Napoleonun yarılmasından sonra Napoleonun cinsiyyə

arrow Ətraflı
Qəzzada ən böyük silah anbarı aşkarlandı like
  • 09 Yan 01:40  
Dünya Qəzzada ən böyük silah anbarı aşkarlandı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın ən

arrow Ətraflı
Ostin vəzifəsindən kənarlaşdırılacaqmı? like
  • 09 Yan 01:35  
Dünya Ostin vəzifəsindən kənarlaşdırılacaqmı?

Lloyd Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur.

arrow Ətraflı
"Bahalıq hisslərimizi öldürüb, biz nəinki sekslə məşğul olmuruq, mən daha..." like
  • 09 Yan 01:25  
Digərləri "Bahalıq hisslərimizi öldürüb, biz nəinki sekslə məşğul olmuruq, mən daha..."

"Maliyyə çətinlikləri həm kişilər, həm də qadınlarda libidonu aş

arrow Ətraflı
Məşhur azərbaycanlı “tiktok”çu Nia Qurbanova ailə qurdu like
  • 09 Yan 01:15  
Şou-biznes Məşhur azərbaycanlı “tiktok”çu Nia Qurbanova ailə qurdu

"Tiktok" sosial şəbəkəsində qısa müddətdə məşhurlaşan Nia

arrow Ətraflı
İrəvan Moskva ilə silah tədarükü danışıqlarını davam etdirir like
  • 09 Yan 01:06  
Dünya İrəvan Moskva ilə silah tədarükü danışıqlarını davam etdirir

Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarük

arrow Ətraflı
Tanınmış astroloqdan 2024cü il üçün böyük proqnoz... like
  • 09 Yan 01:01  
Digərləri Tanınmış astroloqdan 2024cü il üçün böyük proqnoz...

"Xüsusi hərbi əməliyyat"ın bitməsi, yeni pandemiyalar və nüvə

arrow Ətraflı
Belqorod atəşə tutuldu: yaralılar var like
  • 09 Yan 00:57  
Dünya Belqorod atəşə tutuldu: yaralılar var

Ukrayna Silahlı Qüvvələrinin Belqorodu raket atəşinə tutması nəticəsin

arrow Ətraflı
“Fatih”in imamı məsciddə bıçaqlandı like
  • 09 Yan 00:42  
Dünya “Fatih”in imamı məsciddə bıçaqlandı

İstanbulun "Fatih" məscidində bıçaqlı insident baş verib. 

arrow Ətraflı
Tez öləcəyini 20 il əvvəl deyibmiş like
  • 09 Yan 00:36  
Şou-biznes Tez öləcəyini 20 il əvvəl deyibmiş

Tarzən Rövşən Qurbanov mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı x

arrow Ətraflı
BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk like
  • 09 Yan 00:30  
Dünya BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk

"BMT Baş katibi Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürü

arrow Ətraflı
HƏMASın Suriya qolunun lideri məhv edildi like
  • 09 Yan 00:19  
Dünya HƏMASın Suriya qolunun lideri məhv edildi

İsrail ordusu HƏMAS hərəkatının Suriya qolunun lideri Həsən Akaşunu zə

arrow Ətraflı
At qəzaya səbəb oldu like
  • 09 Yan 00:14  
Digərləri At qəzaya səbəb oldu

Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub.

arrow Ətraflı