Azərbaycanda COVİDə yoluxma son bir ayda 18 dəfə artıb


Digərləri 19 Sen 2023 12:31:00 1711 0

Azərbaycanda COVİDə yoluxma son bir ayda 18 dəfə artıb

COVİD-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.

Son.az xəbər verir ki, son vaxtlar koronavirusa yoluxmada ciddi artım qeyd alınır.

COVİD-19-un yeni ştamları Eg.5 ERİS, BA.2.86 və digərləri daha sürətlə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son ayda dünya üzrə yoluxma sayı 38% artıb. Avropada yoluxmada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edib.

Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.

Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları da avqustla müqayisədə 5% artıb.

Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Qonşu Rusiyada da koronavirusa yoluxmada artım qeydə alınıb. Rusiyada son bir həftədə koronavirusa yoluxmada 48% artım qeydə alınıb.

Hətta Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə bağlanıb.

ÜST risk zonasında olanları, əsasən də, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Azərbaycanda əksəriyyət COVİD pandemiyasının arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVİD-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib.

Son bir ayın statistikasına nəzərə saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVİD-ə 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib. Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17.75 dəfə artım deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVİD əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər. Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVİD-ə yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.

Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVİD-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVİD-in yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik. Son.az

Dəfələrlə İrəvanla danışıqlar apardıq...  Ərdoğan like
  • 19 Sen 12:30  
Digərləri Dəfələrlə İrəvanla danışıqlar apardıq... Ərdoğan

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında akti

arrow Ətraflı
Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib like
  • 19 Sen 12:29  
Siyasət Ombudsman Ermənistanın növbəti mina terrorunu pisləyib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Növbəti erməni təxribatı  2 hərbçimiz yaralandı like
  • 19 Sen 12:25  
Siyasət Növbəti erməni təxribatı 2 hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu i

arrow Ətraflı
Mina partlayışında həlak olan polisin FOTOsu like
  • 19 Sen 12:18  
Digərləri Mina partlayışında həlak olan polisin FOTOsu

Xəbər verdiyimiz kimi, Xocavənddə ermənilərin törətdiyi terror aktında

arrow Ətraflı
QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir like
  • 19 Sen 11:58  
Siyasət QAİ ƏhmədbəyliFüzuliŞuşa yolunda və Xocavənddə törədilən ermən terrorunu pisləyir

Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd r

arrow Ətraflı
İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar like
  • 19 Sen 11:57  
Siyasət İrəvan Bakını böyük bir müharibəyə çəkir – Ağar

Ermənistanın və Qarabağdakı separatçıların Ağdam-Xankəndi yolu ilə Q�

arrow Ətraflı
Mina partlayışlarının baş verdiyi yerdən like
  • 19 Sen 11:55  
Siyasət Mina partlayışlarının baş verdiyi yerdən

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayo

arrow Ətraflı
Terrorda və yol qəzasında həlak olanlara şəhidlik statusu veriləcək?  RƏSMİ AÇIQLAMA like
  • 19 Sen 11:27  
Digərləri Terrorda və yol qəzasında həlak olanlara şəhidlik statusu veriləcək? RƏSMİ AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma M�

arrow Ətraflı
Erməni silahlıların sayı açıqlandı: əməliyyat kiçik olmayacaq like
  • 19 Sen 11:24  
Dünya Erməni silahlıların sayı açıqlandı: əməliyyat kiçik olmayacaq

Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqd

arrow Ətraflı
Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın like
  • 19 Sen 11:22  
Digərləri Texniki avadanlıqları rəsmi pərakəndə satış mağazalarından almağın

"Qara bazar" rəsmi mağazalara qarşı: alıcı texniki avadanlıq se

arrow Ətraflı
Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək like
  • 19 Sen 11:19  
Digərləri Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında Kiçik və Orta Biznesin İnki

arrow Ətraflı
Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü like
  • 19 Sen 11:17  
Siyasət Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müa

arrow Ətraflı
Görünür, Bob Menendez məni tanımır  Ərdoğan like
  • 19 Sen 10:58  
Dünya Görünür, Bob Menendez məni tanımır Ərdoğan

Bob Menendez Türkiyəni, belə görünür, Tayyib Ərdoğanı da tanımır.

arrow Ətraflı