Məhəbbəti əfsanəyə çevirən bəstəkar


Kriminal 17 Sen 2023 20:46:00 414 0

Məhəbbəti əfsanəyə çevirən bəstəkar

"Mənim baletim dünyanın 64 teatrında tamaşaya qoyulub", - deyə qürurla söyləyə bilən yeganə müasir bəstəkar idi Arif Məlikov. 1961-ci ildən bəri onun "Məhəbbət əfsanəsi" baleti dünya səhnələrini dolaşıb. Nəhayət, yarım əsrdən çox fasilədən sonra dünya klassik musiqisinin bu şah əsəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakı səhnəsinə qayıdır. Sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında "Məhəbbət əfsanəsi" baletinin təqdimatı Milli Musiqi Günündə əsl bayram əhval-ruhiyyəsi yaşatmaqla bərabər, müəllifinin 90 illik yubileyinə (sentyabrın 13-ü Arif Məlikovun doğum günüdür) layiqli töhfə olacaq.

Son.az bildirir ki, "Kaspi" qəzeti məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov haqqında məqalə dərc edib.

O insanlar hamısı getdi...

"Arif Məlikovla bağlı o qədər xatirələrimiz var ki... Hansını danışaq?", - deyə sənət yoldaşları tarixi təqdimata sevinərək görkəmli bəstəkarı məhəbbətlə anırlar.

Əməkdar İncəsənət xadimi, professor Məmmədağa Umudov xatırlayır:

"Arif Məlikovun ən yaxın həmkarı və ailə dostlarından olmuşam. Mən  Konservatoriyaya daxil olanda Soltan Hacıbəyovun sinfində oxuyurdum. Bir ay sonra o, dünyasını dəyişdi. Məni Arif Məlikovun sinfinə göndərdilər. Bir neçə gün dərsə getmədim. Dərsə ilk dəfə gələndə "Nə üçün gəlməmisən, get, prorektordan icazə al, yoxsa auditoriyaya buraxmayacağam", - deyə bildirdi. Bu hadisə mənə dərs oldu. Ondan sonra bircə gün də dərs buraxmadım. Sonradan dostlaşdıq, hətta ailəvi dost olduq. Birlikdə çox qastrollara çıxmışıq". 

Bəstəkarlıq məktəbinin sonuncu mogikanı

Bəstəkar xatırlayır ki, Arif Məlikovun "İki qəlbin dastanı" baleti Daşkənddə nümayiş olunanda onu da dəvət edib:

"Maestro Niyazi ilə getmişdik. Birlikdə o qədər şəkillərimiz var ki... 50 illik yubileyini də "Moskva" hotelində qeyd elədik. Mən, Niyazi, Arif Məlikov - birlikdə şəkil çəkdirdik. Onun ad günlərini hər il adətən Nardarandakı bağında qeyd edərdik. Rəhmətlik Adil Bəbirov, Ramiz Mirişli və digər sənət adamları və ziyalılar gələrdi. O dövr Azərbaycan bəstəkarlıq məktəbinin qızıl dövrü idi. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Cövdət Hacıyev, Tofiq Quliyev vardı. Heyf ki, o insanlar hamısı getdi. Arif müəllimi sonuncu mogikan adlandırmaq olar. O gedəndən sonra bizim bəstəkarlıq məktəbi yetimləşdi".

M.Umudov müəllimini böyük şəxsiyyət və gözəl insan kimi dəyərləndirir:

"Onunla daim ünsiyyətdə idik. İlk baxışdan sərt görünsə də, obyektiv, düzlüyü sevən adam idi. Onun qədər intizamlı və məsuliyyətli insan tanımıram. Arif müəllimlə yola getmək çətin idi. Sadəcə, onu başa düşmək lazım idi. Arif müəllimlə münasibətdə dürüstlük olmayanda çox sərt reaksiya verirdi".

M.Umudov müəlliminin şöhrəti dünyanı dolaşan "Məhəbbət əfsanəsi"ni qürur hissi ilə xatırlayır:

"Tək SSRİ miqyasında yox, həm də dünyada "Böyük teatr" truppası birinci truppa sayılır. Bu truppanın repertuarında Azərbaycan bəstəkarlarının əsərlərindən daimi qalan Arif Məlikovun "Məhəbbət əfsanəsi" idi. Baletin xoreoqrafı Yuri Qriqoroviç məhz bu baleti Sankt-Peterburqun "Mariinski" Teatrında səhnələşdirəndən sonra populyarlaşdı və onu "Böyük Teatr"a baş baletmeyster gətirdilər. Bu əsərdə kimlər yox idi: Nazim Hikmət, Niyazi, Arif Məlikov, Virsaladzenin rəssamlıq tərtibatı, musiqi və rəqslərin harmoniyası... Ancaq Arif Məlikov narazı idi. O, baletinin Azərbaycan truppası tərəfindən qoyulmasını istəyirdi. Sağlığında Sverdlovsk, Mariinski teatrları Bakıya qastrola gələrək baleti nümayiş etdirmişdilər. Təəssüf ki, bizim truppa tərəfindən səhnəyə qoyulmadı". Arif müəllimin əli nəyə toxunubsa...

"Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olanda Arif Məlikov "orkestrovka" üzrə mənim müəllimim oldu", - deyə Xalq artisti Faiq Sücəddinov xatırlayır:

"Sonra Estrada Simfonik Orkestrinin bədii rəhbəri kimi çalışanda onun "Dağlar" mahnısını aranjeman etdim. Mahnını Akif İslamzadə oxuyurdu. Əsərlərini pianoda çalmaq üçün mənə tez-tez müraciət edirdi. Sonradan  Arif müəllimin bir neçə mahnısını aranjeman etdim. Bizim yaxın ünsiyyətimiz vardı. Musiqi ilə bağlı qızğın müzakirələrimiz olurdu".

F.Sücəddinov müəlliminin kino və tamaşalar üçün yazdığı musiqiləri yüksək sənət inciləri kimi dəyərləndirir:

"26 Bakı komissarı"na yazdığı musiqi möhtəşəm idi. Ümumiyyətlə, Arif müəllimin bu səpkili musiqiləri əsl sənət əsərləridir. Onun "Məhəbbət əfsanəsi" baleti isə bütün dünyada populyar idi. Elə tək bu əsər müəllifi haqqında hər şeyi deyir. Arif müəllim ömrünün sonuna kimi müəllimlik etdi və çox dəyərli tələbələr yetişdirdi. O nə yazıbsa - kino, tamaşa musiqisi, balet, mahnı - hamısı gözəl idi. Arif müəllimin əli nəyə toxunubsa möhtəşəm, ürəyəyatan olub. O, bizim fəxrimiz idi".

Bəzən deyirdilər ki, xasiyyəti ağırdır...

"Tələbə vaxtı Arif müəllimin assistenti, sonra aspirantı olmuşam. Baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlmişəm. 30 ilə yaxın bəstəkarlıq sinfində birgə çalışmışıq", - deyə Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının professoru Ceyhun Abdullayev xatırlayır:

"Arif müəllimlə bir dəfə ünsiyyətdə olan insan nə qədər enerji alır və bu onun üçün həyatda unudulmaz gün olur. Təsəvvür edin ki, bizim 30 il müddətində nə qədər xatirələrimiz var. Onun kimi dünyada ikinci bəstəkar tapmaq çətindir. Çünki elə bir bəstəkar yoxdur ki, hələ sağlığında yazdığı balet dünyanın aparıcı ölkələrinin səhnəsində oynansın. Bu, bizim üçün böyük qürur mənbəyidir. Arif müəllim Qara Qarayevdən dərs almışdı. Qara Qarayevin müəllimi Şostakoviç, onun müəllimi Lev Şteynberq olub. Bu ənənə Bethovenə qədər gedib çıxır. Bizim bəstəkarlıq məktəbinin böyüklüyü də ondadır - həm  Şərq, həm də Qərb mədəniyyətinin köklərinə bağlıdır".

C.Abdullayev deyir ki, Arif Məlikovla tək tələbə-müəllim yox, həm də ata-oğul, sirdaş olublar:

"Arif müəllim mənəviyyatsız, çirkablı insanları yaxına buraxmırdı. Bəzən deyirdilər ki, onun xasiyyəti ağırdır. Amma  elə deyildi, o insanlıqda da, müəllimlikdə də təmiz idi. O həm də sözünü deyə bilən bir qəhrəman idi. 20 Yanvar hadisələrində Qorbaçova cəsarətlə "Sizin əliniz mənim millətimin qanına batıb" deyə bildi. Sonra o, DTX-nın arxivindən əldə etdiyi sənədlər əsasında "Mən ittiham edirəm" adlı sənədli kitab yazdı. 75 illiyində onun rəsm sərgisi də keçirilmişdi. Həmin illər musiqi yazmırdı. "Xalqıma, millətimə xidmət edirəm" deyirdi. Arif müəllim həm də yaxşı rəssam idi. 20 Yanvarla bağlı çəkdiyi rəsm əsərində qan damcıları süzülən ürək çəkmişdi. Onun hisslərinə nə yaxın idisə, onu sənəti ilə göstərməyə çalışırdı". 

C.Abdullayevin fikrincə, Arif Məlikov kimi sənətkarları tək yubileydən-yubileyə deyil, tez-tez xatırlamaq lazımdır:

"Arif Məlikov təkcə simfonik əsər yazmayıb. Onun 3 baleti var, 40-a yaxın filmə, tamaşalara musiqi yazıb. Onun 27 cilddən ibarət külliyyatı Prezidentin sərəncamı ilə çap olundu. Mən xoşbəxtəm ki, o kitabların üzərində musiqi redaktoru kimi çalışdım. Həmin kitablar nəşr olunanda Arif müəllim uşaq kimi sevinirdi. "Ömrümün bu çağında bütün əsərlərimin çap olunduğunu gördüm", - deyə özünü xoşbəxt sayırdı". 

"40 ton unu çatdırılana qədərdə burda gözləyəciyik" like
  • 17 Sen 20:44  
Digərləri "40 ton unu çatdırılana qədərdə burda gözləyəciyik"

Bütün müvafiq danışıqlar aparılıb hələki cavab yoxdur. Ərzaq yüklü

arrow Ətraflı
Nikoldan Ərdoğanın təklifinə reaksiya like
  • 17 Sen 20:34  
Dünya Nikoldan Ərdoğanın təklifinə reaksiya

Müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirə

arrow Ətraflı
Qızıl Aypara Cəmiyyəti: Dəstəyə hazırıq! like
  • 17 Sen 20:32  
Digərləri Qızıl Aypara Cəmiyyəti: Dəstəyə hazırıq!

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin ma�

arrow Ətraflı
Ölümcül vəziyyətdə olduğu deyilən Kadırovun VİDEOsu yayıldı like
  • 17 Sen 20:10  
Dünya Ölümcül vəziyyətdə olduğu deyilən Kadırovun VİDEOsu yayıldı

Çeçenistan rəhbəri Ramzan Kadırov gəzintidən video yayımlayıb. O, xəst

arrow Ətraflı
Bakıdan göndərilən yük avtomobilləri 20 gündür AğdamXankəndi yolunda gözləyir  FOTO like
  • 17 Sen 20:06  
Digərləri Bakıdan göndərilən yük avtomobilləri 20 gündür AğdamXankəndi yolunda gözləyir FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan

arrow Ətraflı
Sabah “Məhəbbət əfsanəsi”ndə Mehmene Banu və Fərhadı onlar ifa edəcək  FOTO like
  • 17 Sen 20:02  
Kriminal Sabah “Məhəbbət əfsanəsi”ndə Mehmene Banu və Fərhadı onlar ifa edəcək FOTO

Görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletin

arrow Ətraflı
Zelenski təslim olsa, Ukrayna olmayacaq  Stoltenberq like
  • 17 Sen 19:58  
Dünya Zelenski təslim olsa, Ukrayna olmayacaq Stoltenberq

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə uzun müddət davam ed�

arrow Ətraflı
Aytaç onunla tərəf müqabili oldu like
  • 17 Sen 19:46  
Şou-biznes Aytaç onunla tərəf müqabili oldu

"Atv" kanalında yayımlanması planlaşdırılan "Tutsak" s

arrow Ətraflı
Sabahın havası ilə bağlı xəbərdarlıq like
  • 17 Sen 19:22  
Digərləri Sabahın havası ilə bağlı xəbərdarlıq

Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi  Bu məşhurla evli idi  FOTO like
  • 17 Sen 19:10  
Digərləri Tanınmış aktrisa vəfat etdi Bu məşhurla evli idi FOTO

Türkiyənin məşhur aktyoru Zeki Alasyanın keçmiş xanımı, aktrisa Oya A

arrow Ətraflı
Xalq artistinin 18 yaşlı qızı ilə görüntüsü like
  • 17 Sen 18:29  
Şou-biznes Xalq artistinin 18 yaşlı qızı ilə görüntüsü

Xalq artisti Məleykə Əsədova yeni fotosu ilə diqqət çəkib.

arrow Ətraflı
Bakıda ağır yol qəzası like
  • 17 Sen 17:51  
Digərləri Bakıda ağır yol qəzası

Bu gün Bakıda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə sosial şəbəkə

arrow Ətraflı
"Bu, Amerikanın gözünə ox olub batır! " like
  • 17 Sen 17:38  
Siyasət "Bu, Amerikanın gözünə ox olub batır! "

ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdak�

arrow Ətraflı
Kremlin Qarabağdakı “seçkilər”ə hələ də like
  • 17 Sen 17:36  
Digərləri Kremlin Qarabağdakı “seçkilər”ə hələ də

Rusiyanın Qarabağda keçirilmiş qeyri-qanuni "seçkilər" haqqında

arrow Ətraflı