Vaşinqtonun ikiüzlü siyasəti sülhü pozur
Siyasət 17 Sen 2023 14:49:00 361 0
ABŞ uzun illər Azərbaycana qarşı ədalətsiz və riyakar siyasət yürütməklə və regional məsələlərdə ikiüzlü mövqe sərgiləməklə özünün əsil "simasını" biruzə verib. Bu cür saxtakar və eyni zamanda "demokratik" pərdə altında ölkəmizdə guya islahatlara dəstək verdiyini bəyan etməklə əslində Vaşinqton Azərbaycanda siyasi sabitliyi pozmağa cəhd edib ki, bu da onun xain və məkrli siyasətini göstərir. Bunun nəticəsidir ki, Azərbaycan uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib. Radikal və qaragüruh müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkəmizə qarşı vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Burada da əsas məqsəd Azərbaycanda ABŞ-ın maraqlarına qeyd-şərtsiz itaət edən hakimiyyət formalaşdırmaq idi ki, Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Əslində bu siyasət ermənilərin mənafeyinə xidmət etməklə Vaşinqtonun ermənipərəst simasını da əks etdirir.
Son.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkilinin sözlərinə görə, ABŞ ATƏT MQ-nin həmsədri olduğu dövrdə heç bir iş görməyərək turist səfərləri gerçəkləşdirmək və mənasız bəyanatlar verməklıə vaxt uzadıb. "ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalmasına çalışdı. Hətta Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi, separatçılar ABŞ-a səfər edərək "Qarabağa yardım" adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir".
A.Hüseynov qeyd edib ki, Azərbaycan dövləti Ulu öndərin əsmkarlığı və eləcə də qətiyətli siyasi lideri Cənab İlham Əliyevin mükəmməl idarəçiliyi, siyasi iradəsi və möhtəşəm xarici siyasət kursu sayəsində ABŞ-ın bütün cəhdlərini, planlarını fiaskoya uğradıb, Xalq-iqtidar birliyi Azərbaycanın sabitliyini və gücünü daha da möhkəmləndirdi. Bu sarsılmaz iradə və güc sayəsində Qarabağ məsələsində Vaşinqtonun ermənipərəst siyasəti də darmadağın olundu, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etdi. Ona görə də heç bir xarici ölkənin təsiri altında olmayan Azərbaycanın prinsipial mövqeyi ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir, Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır. Sülh danışıqlarında orta tərəf mövqeyi tutduğunu xatırlatmaqla, əslində imitasiya edir və öz vədlərinə xilaf çıxır. Bunu bölgədə humanitar dəhlizlərlə bağlı son proseslərdə də gördük, ABŞ sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutunun işə düşməsinin tərəfdarı olduğunu bəyan etsə də, Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, öz mövqeyindən geri çəkildi.Bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. Bu, bir daha ABŞ-ın əsil riyakar simasını göstərir.
A.Hüseynov qeyd edib ki, ABŞ-ın bu ölkədə yaşayan erməni lobbisinin təsiri altında olan senator və konqresmenlərin, bir sıra dövlət rəsmilərinin ölkə siyasətində bir sıra qanunların və qərarların qəbul edilmnəsində təzyiq göstərməsinə laqeyd qalması onun rəsmi dövlət siyasətinin müxtəlif qrup və mənşəyi ziddiyətli olan, hətta cinayətkar və korrupsioner şəxslərin inhisara alınmasından xəbər verir. Bir neçə gün əvvəl Senatda Azərbaycanla bağlı dinləmələrin təşkil olunması və Blinkenin köməkçisi səviyyəsində ölkəmiz barəsində qeyri-obyektiv və ədalətsiz fikirlər səsləndirməsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının pozulmasına, regionda gərginliyin artmasına rəvac verir, terrorçu erməni qruplarının Azərbaycanla sərhəddə təxribat cəhdlərinə yol açır. Əks halda, baş verəcək qarşıdurmalarda yaranacaq xoşagəlməz halalra görə, amerikalı dövlət qulluqçularının da üzərinə məsuliyyət düşəcəkdir.
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə d
Ekvadorda sui-qəsd nəticəsində öldürülən narkotik şəbəkəsinin lideri
17 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam R
İnsan haqları mövzusu ABŞ tərəfindən 1950-ci ildən bəri ənənəvi olar
Rusiyanın Əməkdar artisti Aleksandr Qalevskinin sol ayağını amputasiya edi
Sentyabr ayı ulduz falı üç Bürc əlamətinə ehtiraslı məhəbbət və uzu
"Avropa İttifaqı Türkiyədən qopmağa çalışır".
Supermodel İrina Şeyk Londonda keçirilən "Mowalola" brendinin n�
"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdün
Ötən gün ərzində Baxmut istiqamətində Kleşiyevka ərazisində Ukrayna or
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəsmi Vaşinqtonun vas
"Ya çok seversen" serialı ilə bağlı final qərarı alınıb.
Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə,