Özünü iki gün ölülüyə vuran, adını unudan qadın
Kriminal 16 Sen 2023 15:00:00 449 0
Son.az Kulis.az-a istinadən detektiv janrının kraliçası Aqata Kristi haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Maşın ustası evinə getdiyi qadını döyərək dişlərini sındırdı
Aqata Kristi ingilis ədəbiyyatında detektiv janrın ən məşhur nümayəndələrindən və ən çox çap olunan yazıçılarından biridir.
O, 60 detektiv, 6 psixoloji roman, 19 hekayə toplusu nəşr etdirib. 16 pyesi tamaşaya qoyulub. Əsərləri 100 dildə çap olunub.
1890-cı il sentyabrın 15-də Britaniyanın Torki şəhərində anadan olub.
Birinci Dünya müharibəsi zamanı Aqata hərbi hospitalda tibb bacısı və əczaçı işləyir. Aptekdə işləməsi sonralar yaradıcılığında onun köməyinə gəlir, belə ki, yazdığı əsərlərində törədilən 83 cinayətdə məhz zəhərlənmədən bəhs edilir. Yazıçı bu məqamları təfərrüatı ilə təsvir edir.
Aqata Kristi iki dəfə ərdə olub. Birinci dəfə o, 1914-cü ildə təyyarəçi Arçibald Kristi ilə ailə qurur. 1926-cı ildə ondan ayrılsa da, ömrünün sonunadək onun soyadını daşıyır. Aqata Kristinin detektiv janrına müraciət etməsinin maraqlı səbəbi var. Deyilənə görə, onun böyük bacısı Marqeritlə tez-tez mübahisəsi düşürmüş. Bacısı onun yazdıqlarını bəyənmirdi. Aqata isə sübut etmək istəyirdi ki, o, ciddi əsərlər yaza bilər. 1920-ci idə onun ilk əsəri "Staylza gizli səfər" romanı çap olunur və bu əsərlə o tanınmağa başlayır. Roman 2000 tirajla çap olunur və yazıçı 25 funt-sterlinq qonorar alır. Bu o vaxtlar böyük məbləğ hesab olunurdu. 1926-cı ildə onun ən məşhur əsərlərindən biri "Rocer Ekroydun qətli" romanı çapdan çıxır və böyük şöhrət qazanır. Yazıçı 1926-cı ili ömrünün ən çətin ili adlandırır. Həmin il o həyat yoldaşından ayrılır, anası vəfat edir. Çoxlu borcları olduğuna görə evlərini satmalı olurlar. Onda amneziyanın əlamətləri yaranır. Bəzən adını da unudurdu. Yaşadığı stress ona bir il yazmağa imkan vermir.
Günlərin bir günü Aqata özü yoxa çıxır. İki həftə polis onun axtarışı ilə məşğul olur. Onun avtomobilini yol qırağında tapırlar. Polis bu işlə bağlı onun keçmiş əri də daxil olmaqla bir neçə nəfəri dindirir. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqatanın özü quraşdırıb. Bir növ, bu dəfə Aqata özünü "öldürmüş"dü.
Aqata istəyirdi ki, onun ölümündə əri Arçini günahkar bilsinlər. O, ərinin əzab çəkməsi barədə yazılanları oxuyub ləzzət alırdı. Əlbəttə, bir neçə gündən sonra "tapılır."
Elan olunur ki, o, yaddaşını itirib, kimliyini unudub. Aqata məşhurlaşır və jurnalistlər o qədər onun zəhləsini tökürlər ki, sonralar bir daha müsahibə vermir. Bu hadisə yazıçının "Yarımçıq portret" romanında ətraflı təsvir edilib.
Bir neçə ildən sonra yazıçı özündən 15 yaş kiçik olan arxeoloq Maks Malluenlə ailə qurur və onunla İraqa, Suriyaya gedir. O bu barədə deyirdi ki, Maks arxeoloqdur, arxeoloqlar isə qədimliyi sevirlər. Ona görə də yaşım artdıqca mən daha maraqlı görünürəm. 1934-cü ildə "Şərq ekspressində qətl" əsəri çapdan çıxır. Kristi bu romanı İstanbuldakı "Pera Palas" otelində yazıb. Yazıçının yaşadığı 411 saylı otaqda indi onun memorial muzeyi yaradılıb.
Kristinin əsər yazmaq vərdişi çox qəribə idi. Detektiv yazmaq üçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma yeyərək ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, niyə zəhərdən çox istifadə edir, cavab verirdi ki, qan içində uzanmış ölülərdən xoşum gəlmir. Silahları sevmirəm... Zəhərləmək isə o qədər asandır ki... Oxucuların hisslərinə hörmətlə yanaşdığından o heç vaxt seksual cinayətləri əsərlərinin mövzusuna çevirməyib. İngilis ədəbiyyatında detektiv janrının ənənələrini davam etdirən Kristi iki qəhrəman obrazı yaradır: intellektual Puaro və komik kapitan Qastinqs. Üçüncü qəhrəman isə yaşlı qadın Miss Marpl idi. Ancaq daha çox sevilən obraz Puarodur. Belçikalı xəfiyyə onun 33 romanının, 54 hekayəsinin qəhrəmanıdır.
Yaradıcılığının son dövrlərində yazıçı Konan Doyl kimi yaratdığı qəhrəmanlardan yorulur. Yazdığı "Pərdə" və "Yatmış gözəl" romanlarında o, Puaronu "öldürməklə" serial romanlarını bitirmək istəyirdi. Son romanlarından birində Puaro ölür. Amma naşirlər sevimli qəhrəmanın ölümü təsvir edilən əsəri çap etmək istəmirlər. Aqata Kristinin əsərlərinin digər qəhrəmanları da olub. Bunlardan biri polkovnik Reysdir. O, ingilis kəşfiyyatının agentidir və təhlükəli cinayətkarları axtarıb tapmaq üçün dünyanı dolaşır. Polkovnik Reys yazıçının - "Qəhvəyi kostyumlu adam", "Nildə ölüm", "Kartları açın" və "Parıldayan sianid" əsərlərində iştirak edir.
Son kitabının nəşrindən sonra o deyir: "Mən artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram...".
Və detektiv janrının kraliçası 1976-cı il yanvarın 12-də vəfat edir.
Son.az
Əvvəllər dərmanların sabit bir qiyməti var idi. Yeni qərarla üst sərhə
Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentini
Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuözün nənəsi Elmira Axundov
2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işl�
Sahibkarlar hansısa brendin adından, loqosundan, hansısa ticarət nişanında
2023-cü il 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhk�
Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıları
"Avroviziya" təmsilçilərimizdən olan Elnur Hüseynov yeni fotosess
Nikol Paşinyan administrasiyasının müvafiq bölmələrinin nəzarəti altın
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balaye
Sentyabrın 15-nə keçən gecə Mingəçevir şəhəri Heydər Əliyev prospekt