Azərbaycan XİN Fransaya cavab verdi


Siyasət 13 Sen 2023 15:31:00 236 0

Azərbaycan XİN Fransaya cavab verdi

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyasında Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər qəbuledilməzdir.

Son.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir:

"Eyni zamanda, bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz. Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.

Xatırlatmaq istərdik ki, əslində, bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur.

Fransa tərəfinin bölgədə guya "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, sözügedən fikirləri Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etməklə Azərbaycana qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir.

Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışması, əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olması heç bir şübhə doğurmamalıdır".

Qeyd edilib ki, Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib:

"Bu istiqamətdə 15 iyul tarixində Brüssel görüşündən sonra, eləcə də avqust ayının əvvəlində əldə edilmiş razılıqlara və bu prosesin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozduğu Fransa tərəfinə yaxşı məlumdur.

Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik". Son.az 

Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı like
  • 13 Sen 15:28  
Digərləri Hesablama Palatası bu şirkətdə nöqsanlar aşkarladı

Hesablama Palatası "Aqroservis" ASC və tabeliyindəki qurumlar üzr�

arrow Ətraflı
Vasif Tağıyevin vəziyyəti açıqlandı like
  • 13 Sen 15:25  
Digərləri Vasif Tağıyevin vəziyyəti açıqlandı

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərə

arrow Ətraflı
Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır  Hikmət Hacıyev like
  • 13 Sen 15:14  
Siyasət Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır Hikmət Hacıyev

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Bl

arrow Ətraflı
Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi like
  • 13 Sen 15:10  
Siyasət Azərbaycan sülh sazişi ilə bağlı şərhlərini Ermənistana təqdim etdi

"Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında"

arrow Ətraflı
Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm” like
  • 13 Sen 15:03  
Şou-biznes Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm”

"Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günl�

arrow Ətraflı
Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü like
  • 13 Sen 14:52  
Dünya Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü

ABŞ-də kuryer xidməti göstərən şəxs sifarişin içinə tüpürüb. So

arrow Ətraflı
30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər like
  • 13 Sen 14:41  
Digərləri 30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüş�

arrow Ətraflı
Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi like
  • 13 Sen 14:22  
Kriminal Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

Sentyabrın 8-də  Çin Xalq Respublikasının Shenzhen şəhərində  Kəmər

arrow Ətraflı
Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi like
  • 13 Sen 13:57  
Dünya Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi

Meksika parlamentinin iclasında yadplanetli olduğu təxmin edilən min yaşlı

arrow Ətraflı
“Bu problem NyuYorku məhv edəcək” like
  • 13 Sen 13:53  
Dünya “Bu problem NyuYorku məhv edəcək”

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərin

arrow Ətraflı
Şakira ilkə imza atdı like
  • 13 Sen 13:51  
Şou-biznes Şakira ilkə imza atdı

Nyu-Yorkda "MTV Video Music Awards 2023" mükafatının təqdimetmə m

arrow Ətraflı
Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək like
  • 13 Sen 12:55  
Dünya Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa gör�

arrow Ətraflı
SSRİnin siyasəti yanlış idi like
  • 13 Sen 12:54  
Digərləri SSRİnin siyasəti yanlış idi

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.

arrow Ətraflı
Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ? like
  • 13 Sen 12:23  
Digərləri Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ?

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond)

arrow Ətraflı