Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm”


Şou-biznes 13 Sen 2023 15:03:00 213 0

Xalq artisti səhhətindən DANIŞDI: “Ayağımın ağrısından dayana bilmirəm”

"Ayağımın ağrısından dayana bilmirəm. Çox çətin və ağır günlər yaşayıram". 

Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  İki il əvvəl çəkilişlərin birində ayağı sınan 60 yaşlı Prezident mükafatçısı günü bu gündə əziyyət çəkdiyini və ağrıların daha da artdığını bildirib:  "Bir neçə il əvvəl "İctimai" televiziyanın çəkilişlərinin birində dağın başında ayağımdan çox ciddi zədə aldım. Topuğum zədələndi. İki gün o ağrı ilə orada qaldım. Bakıya gəldim, kəskin ağrılarıma görə həkimə müraciət etdim. O isə başı soyuqluq etdi. Zamanında həkimlər düzgün müdaxilə etsəydilər, ayağım bu hala düşməzdi".  Sənətkar səhhəti ilə bağlı Türkiyəyə üz tutsa da, lakin ağrılarına çarə tapmayıb: "Ağrılarım çoxaldı və gəzməyimdə ciddi problemlər yarandı. Türkiyəyə gedib həkimlərə müraciət etdim. Dedilər ki, bir çarə var, o dakı topuğunuzu dondurmaq. Belə olan halda isə mən artıq nəyinki gəzməyim hətta ayaq üstə durmağım məhdudlaşacaq. Bu əməliyyata isə əsla razı olmaram. Çünki mən aktrisayam. Səhnədə gəzirəm, qaçıram, lazım olanda hoppanıram. Bu mümkünsüzdür. Həkim mənə müxtəlif dərmanlar yazdı. Onları qəbul etdim. Dörd ay müalicə alsam da amma bir xeyri olmadı, ağrılarım azalmadı".  Aktrisa vurğulayıb ki, qəbul etdiyi çox sayda ağrıkəsici dərmanlara görə, mədəsində də problemlər yaranıb:   "Türkiyədən sonra Bakıya gəldim, yenidən həkimə müraciət etdim. O da mənə ağrıkəsici preparatlar qəbul etməyi məsləhət gördü. İnanın ki, o dərmanları içməkdən artıq mədəm ağrıyır. "Şıx sanatoriya"ya getdim ki, müalicələr alım, az da olsa ağrılarım azalsın. Amma ora getdikdən sonra ağrılarım daha da çoxaldı".  N.Allahverdiyeva hazırda özünü çox pis hiss etdiyini söyləyib:  "Hazırda vəziyyətim heç də yaxşı deyil. 100-200 metr gəzən kimi ayağım başlayır ağrımağa. Teatrda məşqlərə getmək üçün ağır ağrıkəsici dərmanlar vurdurub sonra gedirəm. O qədər müxtəlif ağrıkəsi  preparatlar qəbul etmişəm ki, artıq ağrılarım belə azalmır. 4-5 aydır ki, səhhətimdə yaranan problemlərlə əlləşirəm. Maraqlanmışam deyirlər ki, bəlkə ayağına çarəni İsraildə tapa bilərsən. Çünki oranın səhiyyə sistemi çox güclüdür. Ora getməyi düşünürəm. Rusiya və Türkiyəyə dəfələrlə getsəm də dərdimə çarə tapılmadı". 

Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü like
  • 13 Sen 14:52  
Dünya Kuryer yeməyin içinə tüpürərkən kameraya düşdü

ABŞ-də kuryer xidməti göstərən şəxs sifarişin içinə tüpürüb. So

arrow Ətraflı
30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər like
  • 13 Sen 14:41  
Digərləri 30 ildən sonra nəşi gətirildi, qurban kəsdilər

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüş�

arrow Ətraflı
Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi like
  • 13 Sen 14:22  
Kriminal Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

Sentyabrın 8-də  Çin Xalq Respublikasının Shenzhen şəhərində  Kəmər

arrow Ətraflı
Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi like
  • 13 Sen 13:57  
Dünya Parlamentdə yadplanetlilərin cəsədləri nümayiş etdirildi

Meksika parlamentinin iclasında yadplanetli olduğu təxmin edilən min yaşlı

arrow Ətraflı
“Bu problem NyuYorku məhv edəcək” like
  • 13 Sen 13:53  
Dünya “Bu problem NyuYorku məhv edəcək”

ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Nyu-York şəhərin

arrow Ətraflı
Şakira ilkə imza atdı like
  • 13 Sen 13:51  
Şou-biznes Şakira ilkə imza atdı

Nyu-Yorkda "MTV Video Music Awards 2023" mükafatının təqdimetmə m

arrow Ətraflı
Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək like
  • 13 Sen 12:55  
Dünya Səfir casusluqda ittiham olunan şəxslə görüşəcək

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa gör�

arrow Ətraflı
SSRİnin siyasəti yanlış idi like
  • 13 Sen 12:54  
Digərləri SSRİnin siyasəti yanlış idi

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin siyasətini tənqid edib.

arrow Ətraflı
Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ? like
  • 13 Sen 12:23  
Digərləri Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ?

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond)

arrow Ətraflı
Bunun qürurunu yaşayırıq  Keçmiş məcburi köçkün like
  • 13 Sen 12:21  
Digərləri Bunun qürurunu yaşayırıq Keçmiş məcburi köçkün

Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qay

arrow Ətraflı
BPnin baş icraçı direktoru istefa verdi like
  • 13 Sen 12:17  
Dünya BPnin baş icraçı direktoru istefa verdi

BP Qrupunun baş icraçı direktoru Bernard Luni vəzifəsindən istefa verib.

arrow Ətraflı
Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirir like
  • 13 Sen 12:14  
Siyasət Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirir

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları Cənubi Qafqazda və

arrow Ətraflı
Ombudsmandan insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA like
  • 13 Sen 12:12  
Siyasət Ombudsmandan insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu

arrow Ətraflı
Zelenski Fərəcovu işdən çıxartdı like
  • 13 Sen 12:10  
Dünya Zelenski Fərəcovu işdən çıxartdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Kadrla

arrow Ətraflı