Ombudsmandan insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA


Siyasət 13 Sen 2023 12:12:00 235 0

Ombudsmandan insan qalıqlarının aşkarlanması ilə bağlı AÇIQLAMA

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal olunan növbəti insan qalıqları Qubadlı rayonunun Məlikəhmədli və Zəngilan rayonunun Vejnəli kəndlərində aşkarlanaraq ekshumasiya edilib. Müvafiq orqanlar tərəfindən aidiyyəti tədbirlər görülərək onların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılacaq.

Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubadlı və Zəngilanda insan qalıqlarının aşkar olunması ilə bağlı şərhində deyib.

Ombudsman qeyd edib ki, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir.

"Bu kimi hallar Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının aşkar sübutlarındandır.

Azad edilmiş ərazilərdə çoxsaylı kütləvi məzarlıqların olması aidiyyəti araşdırmaların aparılmasını və tədbirlərin görülməsini zəruri edir. Ermənistan tərəfi dəfn yerlərinin koordinatlarını təqdim etməsə də, Azərbaycan tərəfi müvafiq araşdırmalarla həmin məzarlıqları üzə çıxararaq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə çalışır.

Bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq və insan hüquqları sahəsində mövcud tələblərin təmini naminə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı məlumatları təqdim etməsi üçün Ermənistana qəti çağırışlar etməyə dəvət edirik", - deyə S.Əliyevə bildirib.

Qeyd edək ki, Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib. Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zelenski Fərəcovu işdən çıxartdı like
  • 13 Sen 12:10  
Dünya Zelenski Fərəcovu işdən çıxartdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Kadrla

arrow Ətraflı
Sülh danışıqlarını dəstəkləyirik  Bolqarıstan prezidenti like
  • 13 Sen 12:06  
Siyasət Sülh danışıqlarını dəstəkləyirik Bolqarıstan prezidenti

Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, hə

arrow Ətraflı
Əhali arasında sürətlə xəstəlik yayılır like
  • 13 Sen 12:04  
Digərləri Əhali arasında sürətlə xəstəlik yayılır

Son günlər əhali arasında qrip virusu kəskin yayılıb. Havanın kəskin d�

arrow Ətraflı
"iPhone 15" təqdim olundu like
  • 13 Sen 12:01  
Digərləri "iPhone 15" təqdim olundu

"Apple"ın maraqla gözlənilən "Wonderlust" tədbiri keçi

arrow Ətraflı
Sərnişin qayığı batıb, 11 nəfər like
  • 13 Sen 11:59  
Dünya Sərnişin qayığı batıb, 11 nəfər

Nigeriyanın Adamava vilayətinin Qurin kəndində sərnişin qayığının göl

arrow Ətraflı
"Günah keçisi" Paşinyan tərəddüdədir – Müharibə olacaq? like
  • 13 Sen 11:58  
Siyasət "Günah keçisi" Paşinyan tərəddüdədir – Müharibə olacaq?

Putinin sonuncu açıqlaması Rusiyanın son 30 ildə Azərbaycan Ermənistan m�

arrow Ətraflı
Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ like
  • 13 Sen 11:52  
Digərləri Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb

arrow Ətraflı
Putinin “2 rayon və Qarabağ”ı İrəvana vermək like
  • 13 Sen 11:50  
Digərləri Putinin “2 rayon və Qarabağ”ı İrəvana vermək

Bu gün Rusiya lideri Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisad

arrow Ətraflı
Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi like
  • 13 Sen 11:49  
Digərləri Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi

Qırmızı Ürəklər Fondunun "Təhsil Təqaüdü Proqramı" çərçi

arrow Ətraflı
Meyxanaçı Samirə: “Meşədə ağacla tək qalaram, amma Oqtayla yox” like
  • 13 Sen 11:48  
Şou-biznes Meyxanaçı Samirə: “Meşədə ağacla tək qalaram, amma Oqtayla yox”

Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münas

arrow Ətraflı
Məktəblərdə YENİ FƏNN tədris olunacaq like
  • 13 Sen 11:47  
Digərləri Məktəblərdə YENİ FƏNN tədris olunacaq

Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neç

arrow Ətraflı
Paşinyan getsə nə dəyişəcək?  Putinin demək istədikləri... like
  • 13 Sen 11:45  
Siyasət Paşinyan getsə nə dəyişəcək? Putinin demək istədikləri...

Ermənistandakı rusiyapərəst müxalifət Paşinyana təzyiq edir ki, belə bi

arrow Ətraflı
Bu obyekt rəsmiləri cəzalandırıldı like
  • 13 Sen 11:37  
Digərləri Bu obyekt rəsmiləri cəzalandırıldı

Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Kəpəz

arrow Ətraflı
Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü like
  • 13 Sen 11:31  
Kriminal Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü

Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrind�

arrow Ətraflı
Ölkə üzrə prensiyalar bu tarixdə veriləcək like
  • 13 Sen 11:30  
Digərləri Ölkə üzrə prensiyalar bu tarixdə veriləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının

arrow Ətraflı