Mətanət ilk sevgisindən DANIŞDI: “Birbirimizə qovuşmasaq da, övladının toyunda oxudum” – VİDEO


Şou-biznes 11 Sen 2023 13:02:00 241 0

Mətanət ilk sevgisindən DANIŞDI: “Birbirimizə qovuşmasaq da, övladının toyunda oxudum” – VİDEO

"Doqquzuncu sinifdə oxuyanda bir oğlanı sevirdim. Amma onun bundan xəbəri yox idi. Ötəri sevgi idi. Hər zaman öz-özümə deyirdim ki, qoy, ona baxım, o, heç mənim balaca gözlərimi görməyəcək (gülür). Çünki uşaqlıqda elə bilirdim ki, gözlərim çox balacadır. Bu sevgidən onun xəbəri olmadı. Allahla mənim içimdə oldu. İlk sevgim belə oldu".  Son.az bizim.media-ya istinadən bildirir ki,  xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Gündən-günə" verilişində deyib.  17 yaşındakı "dəli eşq"indən söz açan sənətçi etirafları ilə diqqət çəkib. İsgəndərli bildirib ki, qarşı tərəfə olan sevgisini göstərdiyi xoş olmayan hərəkəti ilə birdəfəlik özündən uzaqlaşdırıb: "Növbəti sevgim isə oldu 17 yaşımda. Bu sevgidən isə az qalırdı, başıma hava gəlsin. Dəli kimi sevirdim. Hiss edirdim ki, o da məni sevir. Çünki hissiyat məndə çox güclüdür. Yatırdım, yuxularıma girirdi. Heç kimə də içimdə bu sevgini danışmırdım. Dəli kimi gəzirdim. Elə gözəl hissdir ki... O da mənimlə eyni yaşda idi. Bir il keçdi. O, hərbi xidmətə getmək üzrə idi. Günlərin bir günü, o mənə yaxınlaşdı. İstədi ki, dərdini (sevgisini etiraf etmək - red.) mənə desin, mən isə ona "sifət" göstərdim. Yaxınlaşıb sual verdi ki, "Sən məni tanıyırsan?" Cavab verdim ki, "Səni tanımıram, tanımaq da istəmirəm. Rədd ol buradan". Nənəm "dağlı məhəlləsi"ndə böyümüşdü. O bizə öyrətmişdi ki, gördünüz ki, "gedələr" (oğlanlar - red.) sizə yaxınlaşır, daşı əlinizə götürün, çırpın təpələrinə (başlarına - red.). Həmin an nənəmin sözləri yadıma düşdü. Söylədim ki, "Buradan rədd ol" və başladım daş axtarmağa. Yazıq oğlan bir günə düşdü ki, çıxıb getdi. Sonra gəlib evdə nə qədər ağladım. Özümə dedim ki, başına daş düşsün, axı sən nə etdin. Bir il bu oğlanın dərdindən dəli-divanəsən... Sən nə etdin... O əslində mənə yaxınlaşıb demək istəyirdi ki, iki gündən sonra hərbi xidmətə gedirəm, anam gəlsin səninlə danışsın. Sən də otur məni gözlə. Ona görə də insan heç zaman ilk məhəbbətinə qovuşmur. Çox əziyyət çəkdim. Heç zaman yadımdan çıxmır".  Mətanət bildirib ki, ilk məhəbbətinə qovuşa bilməsə də, uzun illərdən sonra onun övladının toyunda çıxış edib:  "O insan dünyasını dəyişib. Məndən sonra üç dəfə ailə qurdu. Allah ona rəhmət eləsin. Biz onunla bir müddət bir yerdə işlədik. Deməyəcəm harada... Hər gün onu görürdüm. Biz bir-birimizdən xəbərsiz bir-birimizi sevmişik. O ilk məhəbbətinə qovuşmadığına görə, onun da həyatı "gətirmədi". Amma o sağikən övladının toyuna məni dəvət etdi, gedib məclisdə çıxış etdim. Onu o toyda doğma insan kimi görürdüm".

Şəkidə 90 yaşlı kişi intihar edib like
  • 11 Sen 12:51  
Digərləri Şəkidə 90 yaşlı kişi intihar edib

Şəkidə 90 yaşlı kişi intihar edib.

arrow Ətraflı
Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər like
  • 11 Sen 12:42  
Siyasət Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər

Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa dü�

arrow Ətraflı
Sabah yenə leysan olacaq  PROQNOZ like
  • 11 Sen 12:41  
Digərləri Sabah yenə leysan olacaq PROQNOZ

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a verilən xəbərə görə, yar

arrow Ətraflı
Bu avtomobil sahibləri cərimələnəcək  RƏSMİ AÇIQLAMA like
  • 11 Sen 12:40  
Digərləri Bu avtomobil sahibləri cərimələnəcək RƏSMİ AÇIQLAMA

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda hərəkət inte

arrow Ətraflı
Kərim Vəliyev Türkiyəyə səfər edib like
  • 11 Sen 12:38  
Siyasət Kərim Vəliyev Türkiyəyə səfər edib

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci mü

arrow Ətraflı
Vejnəlidə meyit qalıqları ekshumasiya edilib  RƏSMİ like
  • 11 Sen 12:33  
Digərləri Vejnəlidə meyit qalıqları ekshumasiya edilib RƏSMİ

Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli k

arrow Ətraflı
Rüfət Həsənov vəzifəsindən azad olunub like
  • 11 Sen 12:30  
Digərləri Rüfət Həsənov vəzifəsindən azad olunub

Rüfət Həsənov Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media ş

arrow Ətraflı
Tanınmış aparıcı əməliyyat olundu like
  • 11 Sen 12:29  
Şou-biznes Tanınmış aparıcı əməliyyat olundu

"MTV" kanalının tanınmış aparıcısı Gülnar Səhliyarlı əməl

arrow Ətraflı
Musa Pənahovun ailəsində AĞIR İTKİ like
  • 11 Sen 12:22  
Digərləri Musa Pənahovun ailəsində AĞIR İTKİ

Sabiq nazir müavini, hazırda Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya v

arrow Ətraflı
Azərbaycanda illik inflyasiya 12%dən aşağı düşdü like
  • 11 Sen 12:20  
Digərləri Azərbaycanda illik inflyasiya 12%dən aşağı düşdü

Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni

arrow Ətraflı
"Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..." like
  • 11 Sen 12:18  
Digərləri "Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..."

"Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib

arrow Ətraflı
Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı like
  • 11 Sen 12:12  
Digərləri Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı

Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizi

arrow Ətraflı
Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb like
  • 11 Sen 11:56  
Digərləri Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil m�

arrow Ətraflı
Sevinc Musayeva ərə getdi  FOTO like
  • 11 Sen 11:50  
Şou-biznes Sevinc Musayeva ərə getdi FOTO

Müğənni Sevinc Musayeva ailə qurub. 

arrow Ətraflı