Ermənilər vədlərə inanıb əlacsız qalıblar


Siyasət 11 Sen 2023 12:25:00 249 0

Ermənilər vədlərə inanıb əlacsız qalıblar

Elçin Alıoğlu

Rusiyanın Qızıl Xaç Cəmiyyətinin qarabağlı ermənilər üçün humanitar yüklü "Scania" markalı sarı rəngli ağıortonnajlı yük maşını, yəni TIR-ı hələ də Bərdədə, "Bərdə" otelinin yanında durub.

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ilə üzbəüz, Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı hazır dayanıb.

Çoxsaylı analitiklər, ekspertlər bəyan edirlər, yazırlar və deyirlər ki, sən demə, Rusiya Federasiyası ilə Qərbin maraqları bu məsələd toqquşur: onlar qarabağlı ermənilərə "humanitar yardım" müstəvisində fərqli siyasət yürüdürlər və s.

Əsla belə deyil.

Rusiya Federasiyasının qarabağlı ermənilərlə bağlı vəziyyətə müdaxilə edərək situasiyanı kiçik də olsa, addımlarla müsbətə doğru aparmaq istəklərinin qarşısını kollektiv Qərb qətiyyətlə almağa çalışır.

Azərbaycandan beynəlxalq hüququn norma və prinsiplərinə tam riayəti tələb edən Qərb əslində həmin prinsipləri kobud şəkildə pozaraq rəsmi Bakının suverenitet, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı kimi məqamları bilmərrə unutmasını istəyir.

Faktiki olaraq, vəziyyət belədir.

ABŞ və Avropa İttifaqının son günlərdə humanitar yardımlar və Xankəndindəki xuntanın davranışı ilə bağlı yaydığı bəyanatlara diqqətlə fikir verin.

Birləşmiş Ştatların Dövlət Departamentinin bəyanatında qarabağlı ermənilərin üzləşdiyi şumanitar problemləri mümkün qədər tez həll etməyə çağırıb.

Sənəddə Laçın yolu ilə Ağdam-Xankəndi marşrutu eyni tutulub. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bəyanatın bir abzasında Laçın və Ağdam-Xankəndi yollarını "marşrutlar", digər abzasda isə "dəhlizlər" adlandırır.

Beləcə, Ermənistanla ermənilər himayə edən dövlətlərlə təşkilatların "dəhliz" ifadəsinə verdikləri izafi diqqət dəyərini itirir.

Blinken Azərbaycanla Ermənistanı ərazi bütövlüyü ilə suverenliyə qarşılıqlı şəkildə sayğı ilə yanaşmağa çağırır.

Halbuki məhz Ermənistan ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə əsla sayğı bəsləmir, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətindəki ərazilərdə 10 min nəfərlik silahlı bandaları saxlayır və maliyyələşdirir.

Avropa İttifaqı təki, ABŞ da son bəyanatlarında qaraabğlı ermənilərin "hüquq və təhlükəsizliklərinin təminatı" məsələsini Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə əlaqələndirməyə çalışırlar.

Halbuki rəsmi Bakının mövqeyi aydın və dəyişməzdir: qarabğalı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası və dialoq məsələləri heç bir halda, heç bir formada südh sazişinin imzalanması prosesinə daxil edilə bilməz.

Başqa məqam nə ABŞ, nə də Avropa İttifaqının qarabağlı ermənilərin Xankəndindəki separatçı xuntasının keçirdiyi "seçkilər"i hələ də pisləməməsidir. Halbuki Xankəndindəki "prezident seçkiləri" Ermənistanın və İrəvanın dəstəklədiyi qarabağlı separatçıların sülh danışıqlarına çox ağır zərbəsidir.

Bu arada bəlli olub ki, Ağdam-Xankəndi marşrutunun və Laçın yolunun sentyabrın 1-də eyni vaxtda açılması ilə bağlı anlaşmanın əldə edilməsi məsələsi məhz Birləşmiş Ştatların uğursuz cəhdi olub.

Sadalanan məqamları nəzərə alsaq, ABŞ-ın dövlət katibi Entoni Blinken əldə edilmiş bütün razılahmaları puç edən Ermənistana təzyiq göstərməlidir.

Ağdam-Xankəndi marşrutunun salınma ehtimalı, bu marşrutla qarabağlı ermənilərə yanacaq, ərzaq və s. daşınması perspektivi Rusiya ilə yanaşı, Qərbin bəlli dairələrini də çox narahat edir.

Bakı mövqeyini dəyişən deyil: Rusiyanın humanitar yüklü maşını yalnız Ağdam-Xankəndi yolu ilə hərəkət edə bilər. BQXK-nın humanitar yardımlı yük maşınları isə Ağdam-Xankəndi və Laçın yolu ilə eyni vaxtda, paralel hərəkət edirlər.

Üstəlik, Laçın yolunda bütün nəqliyyat vasitələri sərhəd və gömrük nəzarətindən keçəcək.

BQXK Ağdam-Xankəndi yolunu qulaqardına vura bilməz.

Situasiya tragikomikdir: Rusiya və Qərb eyni vaxtda, unison qaydada, üstüörtülü şəkildə Bakını "öhdəliklərə riayət etməmək"də suçlamağa başlayıblar.

Ağdam-Xankəndi yolu ilə BQXK maşınlarını buraxmağa hazırıq. Amma qarabağlı erməni separatçıları yolu bağlayıblar, keçidə imkan vermirlər.

Dövlətimiz xarici əlaqələrdə bir xəttə ciddi əməl edir - Azərbaycan proqnozlaşdırılandır. Yaxşı mənada.

Azərbaycan sözünü verməzdən əvvəl düşünür. Xüsusilə sənədi imzalamadan əvvəl.

Amma Azərbaycan öz sözünü verib, üstəlik, sənədi imzalayıb, şifahi və ya yazılı öhdəliyini yerinə yetirmək üçün mümkün və mümkün olmayan hər şeyi edir.

Qarşı tərəf - kim olmasından asılı olmayaraq - eyni yanaşmanı qəbul etmirsə, çox pis reaksiya verir.

Qarşı tərəf sözünün üstündə durmazsa, ilk növbədə Azərbaycan bu vəziyyətə eyham vurur. Sonra birbaşa danışır. Və yalnız bütün üsullardan istifadə edildikdən və bütün ağlabatan müddətlər keçdikdən sonra o, özünü öhdəliklərdən azad hesab edir.

Növbəti addım Azərbaycanın vəziyyəti düzəltmək üçün nə edəcəyinə işarədir. Sonra birbaşa, açıq şəkildə deyilir. Nəzərdə tutulmuş müddət keçəndə, vəziyyət dəyişməyəndə isə Azərbaycan hərəkətə keçir.

Yavaş-yavaş. Anlayışla. Amma qətiyyətlə, dönmədən, dayanmadan. Çünki beynəlxalq hüquqa, ələlxüsus da öz sözümüzə dəyər veririk.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasət doktrinasında dəyişikliklərə can atsa da, yaxın perspektivdə ciddi irəliləyişlərə və ya nəticələrə nail olması mümkün deyil. Qərbə meyllənən siyasət yürütmək, Rusiyadan asılılıqdan qurtulmaq istəyən rəsmi İrəvan bu istiqamətdə ciddi dayaqlarla potensial tərəfdaşı müəyyənləşdirə bilməyib.

Fransa, Yunanıstan, Hindistan, Suriya kimi dövlətlər, habelə hazırda Ermənistana tam dəstək verdiklərini göstərən siyasətçilərlə təşkilatlar həddən artıq ağır vəziyyətlə üzləşən, sülh danışıqlarını pozmağa çalışan və vədlərlə inanaraq illüziyalara qapılan ermənilərin problemlərini həll edən deyillər.

İrəvan çoxsaylı yollardan birini seçməyi düşünür. Paşinyanın xəyalında yollar gerçəkdən də, çox ola bilər.

Amma xəyallar gerçək, virtuallıq da reallıq deyil.

Yol yeganədir: Azərbaycanla sülh sazişinin imzalanması...  

TREND

Musa Pənahovun ailəsində AĞIR İTKİ like
  • 11 Sen 12:22  
Digərləri Musa Pənahovun ailəsində AĞIR İTKİ

Sabiq nazir müavini, hazırda Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya v

arrow Ətraflı
Azərbaycanda illik inflyasiya 12%dən aşağı düşdü like
  • 11 Sen 12:20  
Digərləri Azərbaycanda illik inflyasiya 12%dən aşağı düşdü

Bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni

arrow Ətraflı
"Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..." like
  • 11 Sen 12:18  
Digərləri "Priqojin sağsalamatdır və Marqarita adasında öz vaxtını çox gözəl keçirir..."

"Priqojinə təyyarəsinin məhv ediləcəyi barədə xəbərdarlıq edilib

arrow Ətraflı
Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı like
  • 11 Sen 12:12  
Digərləri Nazir ibtidai sinif müəllimlərinin sertifikasiya nəticələrindən danışdı

Sertifikasiya nəticəsinə əsasən bildik ki, ibtidai sinif müəllimlərimizi

arrow Ətraflı
Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb like
  • 11 Sen 11:56  
Digərləri Bakıda təmir olunan məktəb və bağçaların sayı açıqlanıb

Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil m�

arrow Ətraflı
Sevinc Musayeva ərə getdi  FOTO like
  • 11 Sen 11:50  
Şou-biznes Sevinc Musayeva ərə getdi FOTO

Müğənni Sevinc Musayeva ailə qurub. 

arrow Ətraflı
Qubadakı dəhşətli qəzada ölənlərin kimliyi bilindi  VİDEO like
  • 11 Sen 11:23  
Digərləri Qubadakı dəhşətli qəzada ölənlərin kimliyi bilindi VİDEO

Ötən gecə Quba rayonunda baş vermis ağır yol qəzasında vəfat edən və

arrow Ətraflı
Hərbi qulluqçumuzun minaya düşməsinə Ombudsmandan reaksiya like
  • 11 Sen 11:18  
Siyasət Hərbi qulluqçumuzun minaya düşməsinə Ombudsmandan reaksiya

Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri

arrow Ətraflı
Ermənistana yenidən müharibəyə kimlər dəstək verir?  Silahlar sərhədə yığılır like
  • 11 Sen 11:16  
Siyasət Ermənistana yenidən müharibəyə kimlər dəstək verir? Silahlar sərhədə yığılır

İkinci Qarabağ müharibəsindən sonra təxminən 3 ildir ki növbəti mühari

arrow Ətraflı
[Dizayn Hekayəsi] Sevindir, Yarat, Göstər: Galaxy Z Flip5 və Galaxy Z Fold5 dünyası like
  • 11 Sen 11:15  
Digərləri [Dizayn Hekayəsi] Sevindir, Yarat, Göstər: Galaxy Z Flip5 və Galaxy Z Fold5 dünyası

Galaxy Z Flip və Galaxy Z Fold qatlanan smartfon sahəsində pionerlik edəndə

arrow Ətraflı
Əməkdar artist : “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” – like
  • 11 Sen 11:12  
Şou-biznes Əməkdar artist : “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” –

"Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim va

arrow Ətraflı
Şəhərin mərkəzində biabırçılıq  İki qız yol kənarında soyunub, like
  • 11 Sen 11:01  
Digərləri Şəhərin mərkəzində biabırçılıq İki qız yol kənarında soyunub,

Sosial şəbəkələrdə yayılan görüntülər maraq doğurub.

arrow Ətraflı
Bu rayonlarda su olmayacaq like
  • 11 Sen 10:52  
Digərləri Bu rayonlarda su olmayacaq

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayı

arrow Ətraflı
“Onu oxut”, daha gözəl dünya qur like
  • 11 Sen 10:51  
Digərləri “Onu oxut”, daha gözəl dünya qur

Cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti

arrow Ətraflı
“Müharibə olacaq və Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək” like
  • 11 Sen 10:50  
Siyasət “Müharibə olacaq və Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək”

"Əslində Ermənistan lideri Nikol Paşinyan Rusiyanın iddia etdiyi fövq

arrow Ətraflı