Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisi açılacaq


Kriminal 08 Sen 2023 18:19:00 238 0

Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisi açılacaq

QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" adlı fərdi sərgisi açılacaq.

Xeyriyyəçilik, və ya daha alicənabcasına ifadə etsək, incəsənətə himayədarlıq, şübhəsiz ki, bəşər sivilizasiyasının ən xeyirxah və ən ali nailiyyətlərindən biridir. Biz bir-birimizə zərurətlə əlaqədar deyil, məhz öz məramımız naminə kömək edirik. Çağdaş dünyamızda xeyriyyəçilik uzun illərdir geniş vüsət aldığından, bu fenomen cəmiyyətin sağlam həyatının tərkib hissəsi olmaqla təzahür edir. Məsələyə digər tərəfdən yanaşsaq, hər birimizin daxili aləmində çağlayan yaradıcılıq ehtimal ki, bizi dünyamızdan tamamilə başqa bir aləmlə təmasa girməyə sövq etdirir və o, həmin an bizi həmin aləmin fərqli ab-havası ilə nəfəs aldırır. Xeyriyyəçilik - başqa bir insan ilə təmas zamanı həmin insanı arzuladığınız keyfiyyətlərə nail etdirmək və onu adidən aliyə doğru təkmilləşdirmək hisslərindən qaynaqlanır. Lakin bununla belə, yaradıcılıq hər şeydən və hamıdan öncə, fərdin öz-özü ilə dialoqundan və öz daxili aləmi ilə təmasından başlayır. Bu, daxilində cərəyan edən və ali hisslərdən qaynaqlanan sualların eynilə daxilən cavablandırılmasında özünü büruzə vermiş olur. Çünki daxili təmas və dialoq bir cismin iki zərrəsidir. Başqa sözlə desək, yaradıcılığın təzahürü hansısa qazanc əldə etmək niyyətinə deyil, əksinə, fərdin daxilində olanları xarici aləmə car çəkməklə, bu ülviyyəti bəşərə ərməğan etməyə və xeyirxahlıq kimi ali hissləri dönə-dönə yaymağa xidmət edir.

Görkəmli rəssam, YUNESKO-nun nümayəndəsi, Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, "Həyata ümid" Xeyriyyə Fondunun rəhbəri Milena Nəbiyeva özünəməxsus duyğuları, dünyagörüşü, təcrübə və hissləri ilə həqiqi yaradıcı insandır və o, özünün heyrətamiz dərəcədə hərarətli, məhəbbət və şəfqət dolu hisslərindən süzülən qəlbinin işığı ilə kətan üzərində bu ülviyyətin bariz təcəssümünü məharətlə əks etdirir. Milena Nəbiyevanın rəsmləri fırça ustalarının heç də hamısının əsərlərində rast gəlinməyən, qavrayışa tam məlum olmayan bir  enerjidən rövnəqlənir. Bu əsərlər ətraf aləmdəki gözəllikləri və füsunkarlıqları açıq ürəklərə duyduduran, təsirləndirən və nəhayətsiz olaraq təəssüratlandıran bir keyfiyyətə malikdirlər. 

Milena Nəbiyeva tamamilə fərqli, özünəməxsus çoxçeşidliliyi ilə analoqu olmayan bir palitradan çıxış etməklə, hər bir seyrçini onun qəlbinin təntənəsi olan mənzərələr, eskizlər və natürmortlarla öz aləmində yaşadır, heyranlıqlara qərq edir və seyrçilər bu tablolardakı aləmlərə baş vurmaqla, onların harmoniyası ilə nəfəs almağa başlayırlar. 

Sənətsevərləri 19 sentyabr saat 20:00-da QGallery qalereyasında Milena Nəbiyevanın "Qəlbin naxışları" adlı fərdi sərgisinin açılışına dəvət edirik. Sərgidə rəssamın 20-dən artıq rəsm əsəri nümayiş olunacaq. Sərgi, 21 sentyabr 2023-cü il tarixi də  daxil olmaqla davam edəcək.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Ağalıya daha 25 ailə köçürüləcək like
  • 08 Sen 18:13  
Digərləri Ağalıya daha 25 ailə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

arrow Ətraflı
Ermənistan bölmələrini gücləndirir, like
  • 08 Sen 17:58  
Dünya Ermənistan bölmələrini gücləndirir,

Hərbi dairələrdəki mənbələr Ermənistanın Azərbaycanla şərti sərhəd

arrow Ətraflı
Türkiyənin bu ölkəyə ixracı 100 milyon dolları ötdü like
  • 08 Sen 17:50  
Digərləri Türkiyənin bu ölkəyə ixracı 100 milyon dolları ötdü

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstana avtomobil sənayes

arrow Ətraflı
Qondarma "seçkilər" son dərəcə təxribatçı addımdır  XİN like
  • 08 Sen 17:48  
Siyasət Qondarma "seçkilər" son dərəcə təxribatçı addımdır XİN

Qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "

arrow Ətraflı
Ana aşağı qiymət alan uşaqlarına işgəncə verdi like
  • 08 Sen 17:47  
Dünya Ana aşağı qiymət alan uşaqlarına işgəncə verdi

Kamçatkada müstəntiqlər iki uşağa işgəncə verməkdə şübhəli bilinə

arrow Ətraflı
Ermənistan açıq şəkildə yeni səngərlər qazır  XİN like
  • 08 Sen 17:44  
Siyasət Ermənistan açıq şəkildə yeni səngərlər qazır XİN

Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də

arrow Ətraflı
Ermənistanın məqsədi ərazimizdə separatizmin mövcüd olmasıdır like
  • 08 Sen 17:39  
Siyasət Ermənistanın məqsədi ərazimizdə separatizmin mövcüd olmasıdır

Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün i

arrow Ətraflı
Elcan Elarizi ələ saldı like
  • 08 Sen 17:36  
Şou-biznes Elcan Elarizi ələ saldı

Aktyor Elcan Rəsulov Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunu (Salm

arrow Ətraflı
Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur like
  • 08 Sen 17:31  
Siyasət Ermənistan Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur

Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifa

arrow Ətraflı
Ermənistan vaxt qazanmağa çalışır  XİN like
  • 08 Sen 17:30  
Siyasət Ermənistan vaxt qazanmağa çalışır XİN

8 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər

arrow Ətraflı
Ordumuz əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun yığır like
  • 08 Sen 17:28  
Siyasət Ordumuz əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun yığır

Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsəd

arrow Ətraflı
Paşinyan müharibə edəcək: Məqsədi budur like
  • 08 Sen 17:26  
Siyasət Paşinyan müharibə edəcək: Məqsədi budur

Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ild�

arrow Ətraflı
562ci gün: Rusiyanın itkiləri açıqlandı like
  • 08 Sen 17:25  
Digərləri 562ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 562-ci günü üçün Rusiya ordusunun itkiləri haqda mə

arrow Ətraflı
Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq like
  • 08 Sen 17:15  
Digərləri Peşə məktəblərində “Dayə” ixtisası tədris olunacaq

Peşə təhsili müəssisələrində "Dayə" ixtisası tədris olunaca

arrow Ətraflı
İranda polis qüvvələri dinc sakinlərə hücum etdi like
  • 08 Sen 17:03  
Digərləri İranda polis qüvvələri dinc sakinlərə hücum etdi

İranda polis qüvvələri Minab şəhərinin Kolahi limanına basqın edərək

arrow Ətraflı