"Bu proqram uğurlu əməkdaşlığa yol açaçaq"


Siyasət 05 Sen 2023 12:11:00 247 0

"Bu proqram uğurlu əməkdaşlığa yol açaçaq"

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq proqramının yeni mərhələsinin hazırlığının yekunlaşma prosesindəyik.

Bu barədə Trend-ə özəl müsahibiəsində FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat deyib.

"FAO-Azərbaycan münasibətləri 90-cı illərin əvvəlində qurulub və 2015-ci ildən bizim Azərbaycanda ofisimiz var. Tərəfdaşlıq strategiyası yaranandan və imzalanandan əməkdaşlığımız çox uğurla inkişaf edir. Biz Azərbaycanda kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi nazirlikləri ilə və digər maraqlı tərəflərlə çox sıx əməkdaşlıq edirik. Hazırda razılaşmanın birinci mərhələsi başa çatıb. Növbəti mərhələnin hazırlığının yekunlaşma prosesindəyik və bu ölkədə kənd təsərrüfatı sektoru üçün perspektivlər, həqiqətən, irimiqyaslıdır", - o deyib.

FAO nümayəndəsinin sözlərinə görə, hələ görüləsi çox iş var və kənd təsərrüfatında bir sıra təkmilləşmələr, texnologiyalar, yeni praktikalarla təkcə kənd əhalisi üçün deyil, bütünlükdə ölkə üçün böyük fayda əldə edilə bilər.

O, həmçinin, FAO-nun Qarabağda kənd təsərrüfatının inkişafını dəstəkləməyə hazır olduğunu qeyd edib.

"Bizim dünyanın digər ölkələrində kənd təsərrüfatının inkişafı və postmünaqişə zonalarında bərpa üzrə böyük təcrübəmiz var. Bu bölgələr çox çətin zamanlardan keçir və bu bölgələrdə kənd təsərrüfatının bərpası çox vacibdir", - o deyib.

Onun sözlərinə görə, bu kontekstdə FAO artıq torpaq islahatları, torpaq bölgüsü, torpaqdan istifadənin planlaşdırılması üzrə Azərbaycan hökumətinin təşəbbüsünü dəstəkləyir. Bundan başqa, kənd təsərrüfatı istehsalının bərpasında fermerlərin özlərinə yardım göstərilə bilər.

"Bu rayonlardan bəzisi hələ də yerüstü minalardan və partlayıcı maddələrdən təmizlənməyib. Beləliklə, bu da həll edilməli daha bir problemdir. Bundan başqa, biz aydınlaşdırmalıyıq ki, hansı kənd təsərrüfatı modeli bu rayonlar üçün ən yaxşısıdır. Hansı metodun daha yaxşı olduğuna qərar verməzdən əvvəl iqlim, suyun əlçatanlığı kimi amilləri və bir çox məsələləri nəzərə almaq lazımdır", - deyə FAO nümayəndəsi aydınlıq gətirib.

O əlavə edib ki, gələcəkdə FAO hökumətə nəzərdə tutulan strategiyanın icrasında dəstək göstərmək üçün zəruri olan texniki səriştə, potensialın yetişdirilməsi üzrə təcrübə və istənilən yardımı təmin edə bilər.

Muhammad Nasar Hayat qeyd edib ki, FAO Azərbaycana ərzaq məhsullarını bütün dünyaya ixrac etməkdə dəstək göstərir.

"Azərbaycan xüsusən buğda və ət olmaqla xeyli ərzaq idxal edir. Qiymətlər qalxarsa, bu, həmin malların əlçatanlığına və istehlakına təsir göstərə bilər. Azərbaycan resurslarla zəngin ölkədir, onun öz əhalisini təmin etmək üçün kifayət qədər resursu var. Lakin yenə də qida balansı, yəni istehsal və istehlak etdiyimiz arasındakı nisbət yaxşılaşmalıdır. İdxaldan daha az asılı olmalıyıq", - o deyib.

FAO nümayəndəsinin sözlərinə görə, Azərbaycanda dünyanın digər ölkələrinə ixrac edilə biləcək əsl keyfiyyətli qida məhsulları var.

"Misal üçün, Azərbaycanda meyvələr çox yüksək keyfiyyətdədir və bütünlükdə təbii üsulla yetişdirilir. Bütün bunlar kənd təsərrüfatı ilə məşğul olan fermerlərin daha çox qazanması məqsədilə ixrac edilməli spesifik Azərbaycan məhsulları üçün bazar yaradır", - Nasar Hayat deyib.

O əlavə edib ki, FAO Azərbaycan hökumətini qida məhsullarının təhlükəsizliyi, qida standartları, bu sahədə istehsal gücünün artırılması, qablaşdırma, markalama məsələlərində, beynəlxalq bazara çıxış üçün lazım olan bütün məsələlər üzrə dəstəkləyir.

Bununla belə, Muhammad Nasar Hayat haqlı olaraq qeyd edib ki, kənd təsərrüfatı istehsalı üçün ikinci dərəcəli əhəmiyyət daşıyan amil sudur.

"Kənd təsərrüfatı su çatışmazlığı probleminin həllində çox unikal yer tutur. Çünki bir tərəfdən kənd təsərrüfatı su resurslarının böyük hissəsindən istifadə edir, digər tərəfdən, suyun müəyyən formada çirklənməsinə və israfına səbəb olur. Beləliklə, bu kontekstdə kənd təsərrüfatı istehsalının konkret sistemi üçün nəyin ən uyğun olduğuna baxmalıyıq. Burada, Azərbaycanda biz su resurslarından istifadənin effektivliyini artırmalıyıq. Həmçinin, görürəm ki, Azərbaycan hökuməti bir sıra səmərəli addımlar atıb. İstər çiləyicilərlə, istərsə də damcılı suvarma metodundan istifadə olsun, yüksək keyfiyyətli suvarma sistemləri üçün subsidiyalar mövcuddur. Bu müasir texnologiyaların tətbiqi üçün subsidiyalar nəzərdə tutulub. Bu subsidiyaların əhatə dairəsini genişləndirməliyik", - o deyib.

"FAO-nun Azərbaycanda üzərində çalışdığı daha bir sahə torpağın vəziyyətinin yaxşılaşdırılmasıdır. Torpaqlar ciddi şəkildə deqradasiya olunub. Torpağın bərpası onun daha səmərəli olmasına səbəb olacaq ki, bu da özündə istehsal sistemlərini, hansı gübrələrdən istifadə etdiyimizi, hansı kulturaları becərdiyimizi əhatə edir", - deyə FAO nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, meşələr qorunub saxlanmalı daha bir təbii resursdur. Həmçinin, suya qənaət, su yığımı, xüsusən, suyu necə yığmaq və daha səmərəli istifadə etmək də buraya daxildir. Pestisidlərdən istifadə də diqqət yetirilməli daha bir məsələdir. Bu, xüsusən onların ətraf mühitə zərər yetirmədiyindən əmin olmaq üçün lazımdır.

"Şübhəsiz, ərzaq sistemləri istehsalla yanaşı, bir çox digər məsələləri də əhatə edir. FAO-nun yanaşması istehsal öncəsi tədbirləri ehtiva edən bütün ərzaq sistemlərini əhatə edir. Toxumların və torpağın hazırlanması, konservləşdirmə, əkmə, məhsul yığımı, yığım sonrası çeşidləmə, qida tullantılarına qənaət, markalama, daşıma, marketinq, qidanın hazırlanması - bütün bunlar əhatə etməli olduğumuz sahələrdir.

Beləliklə, hazırkı kənd təsərrüfatı modelində gördüyüm gələcək daha dayanıqlı və gəlirli kənd təsərrüfatı sektoruna transformasiyadır ki, bu da sonra milli iqtisadiyyata, ölkənin ümumdaxili məhsuluna töhfə verə, həmçinin, sağlam və doyurucu qidanın əhali üçün istənilən vaxt əlçatan olmasını təmin edə bilər. Bu, həm bizim hədəfimiz, həm də Azərbaycan hökumətinin bəyan etdiyi açıqlamadır və biz burada ölkəni bu prosesdə dəstəkləmək üçün varıq", - Muhammad Nasar Hayat son olaraq deyib.

Ölkənin danışdığı sirli intiharlar like
  • 05 Sen 11:57  
Digərləri Ölkənin danışdığı sirli intiharlar

Azərbaycanda belə serial intiharlar 3-5 ildən bir təkrarlanır, amma...

arrow Ətraflı
Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllim işdən azad olunur like
  • 05 Sen 11:29  
Digərləri Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllim işdən azad olunur

"Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əm

arrow Ətraflı
Paşinyan Rusiya haqda arsız danışır like
  • 05 Sen 11:24  
Dünya Paşinyan Rusiya haqda arsız danışır

Ermənistanın Baş naziri Nikol Paşinyan getdikcə daha çox Rusiyaya qarşı

arrow Ətraflı
Bakının bu ünvanında söküntü başlayır  Sakinlərə 2000 AZN like
  • 05 Sen 11:13  
Digərləri Bakının bu ünvanında söküntü başlayır Sakinlərə 2000 AZN

Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləc

arrow Ətraflı
Tiktoker Ləman saxlanılıb? like
  • 05 Sen 11:07  
Şou-biznes Tiktoker Ləman saxlanılıb?

"TikTok" sosial şəbəkəsində açdığı canlı yayımlarla auditor

arrow Ətraflı
Rusiya SSRİ deyil, bunu gözləməyin like
  • 05 Sen 11:02  
Digərləri Rusiya SSRİ deyil, bunu gözləməyin

Əgər Rusiya hərbi məğlubiyyətə uğramasa, Rusiya Prezidenti Vladimir Puti

arrow Ətraflı
Əməkdar artistdən paylaşım: like
  • 05 Sen 10:51  
Şou-biznes Əməkdar artistdən paylaşım:

Əməkdar artist Rafael İsgəndərov 33 il öncə həmkarlarının da yer aldı

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs işdən like
  • 05 Sen 10:40  
Digərləri Azərbaycanda vəzifəli şəxs işdən

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun inzibati məsələ

arrow Ətraflı
Bakıda gənc oğlan sevgilisinə əsəbləşdi, evinə basqın etdi like
  • 05 Sen 10:29  
Kriminal Bakıda gənc oğlan sevgilisinə əsəbləşdi, evinə basqın etdi

Bakının Nərimanov rayonunda 1997-ci il təvəllüdlü İsmayıl sevgi münasi

arrow Ətraflı
Qubada maşın aşıb, ölən və yaralananlar var like
  • 05 Sen 10:20  
Digərləri Qubada maşın aşıb, ölən və yaralananlar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Birbank kartları ilə 200 AZN xərcləyin və 30 AZN qazanın like
  • 05 Sen 10:18  
Digərləri Birbank kartları ilə 200 AZN xərcləyin və 30 AZN qazanın

Birbank kartları ilə 200 AZN xərcləyin və 30 AZN qazanın

arrow Ətraflı
Keçmiş məhkum "Kalaşnikov"la tutuldu like
  • 05 Sen 10:11  
Kriminal Keçmiş məhkum "Kalaşnikov"la tutuldu

Füzulidə keçmiş məhkumdan "Kalaşnikov" avtomatı aşkar olunaraq

arrow Ətraflı
Ukrayna uzaqmənzilli raket üzərində işləyir like
  • 05 Sen 09:52  
Dünya Ukrayna uzaqmənzilli raket üzərində işləyir

Ukrayna 1500-2000 km mənzilli raket üzərində işləyir.

arrow Ətraflı
9 ildə 25 dəfə görüşən liderlər  Onları belə intensiv like
  • 05 Sen 09:41  
Dünya 9 ildə 25 dəfə görüşən liderlər Onları belə intensiv

Onlar dünya dövlətlərinin prezidentləri arasında ən çox görüşən, ən

arrow Ətraflı