Bu idarənin sabiq rəisləri barədə cinayət işi başlandı


Kriminal 04 Sen 2023 14:57:00 257 0

Bu idarənin sabiq rəisləri barədə cinayət işi başlandı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşların qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ibtidai istintaqla qeyd edilən şəxslərin qabaqcadan əlbir olaraq iş yoldaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin köməkçiliyi ilə həmin İdarədə formal olaraq işçi kimi rəsmiləşdirdikləri çoxsaylı şəxslərin əmək haqqı kartlarını götürərək maddi yardım, əmək haqqı və nəqliyyat vasitələrinə ayrılan yanacaqla bağlı kartlara köçürülmüş ümumilikdə 1 milyon 830 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ağabəy Ağayev və Mahir Əliyevin cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özləri və qohumlarının adına müxtəlif əqdlər bağlamaqla Bakı şəhəri və Masallı rayonunda çoxsaylı daşınar və daşınmaz əmlaklar alaraq leqallaşdırmaları, eləcə də, Ağabəy Ağayevin ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alması ibtidai istintaq zamanı sübuta yetirilib.

Toplanmış sübutlar əsasında Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci, Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəlləsinin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələrilə ittiham elan edilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslər və onların ailə üzvlərinə məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Toy kortejinə 14 "Rolly Royce" qoşuldu like
  • 04 Sen 14:52  
Dünya Toy kortejinə 14 "Rolly Royce" qoşuldu

Çeçenistanda bir neçə bahalı avtomobilin toy korteji lentə alınıb.

arrow Ətraflı
Zəfər Günündə danışdı: kaş danışmayaydı...  VİDEO like
  • 04 Sen 14:50  
Siyasət Zəfər Günündə danışdı: kaş danışmayaydı... VİDEO

Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə təntənəli tədbir keçi

arrow Ətraflı
Mövcud vaksinlər koronavirusun yeni variantından qorumur like
  • 04 Sen 14:41  
Digərləri Mövcud vaksinlər koronavirusun yeni variantından qorumur

Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı

arrow Ətraflı
“HONOR” “IFA 2023” sərgisində “HONOR V Purse” modelini təqdim etdi like
  • 04 Sen 14:30  
Digərləri “HONOR” “IFA 2023” sərgisində “HONOR V Purse” modelini təqdim etdi

"Telefondan çantaya" konsepti moda sənayesi üçün texnologiyaları

arrow Ətraflı
Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı like
  • 04 Sen 14:20  
Digərləri Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanıldı

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir

arrow Ətraflı
Qayıqda seks ömürlük qadağa ilə nəticələndi like
  • 04 Sen 14:16  
Şou-biznes Qayıqda seks ömürlük qadağa ilə nəticələndi

Venesiyadakı qayıq icarəsi şirkətlərindən biri dünyaca məşhur reper Ka

arrow Ətraflı
Toy karvanı nəqliyyatı iflic etdi  Yolu kəsib, “drift etdilər” like
  • 04 Sen 13:27  
Digərləri Toy karvanı nəqliyyatı iflic etdi Yolu kəsib, “drift etdilər”

İstanbulda toy karvanı magistral yolu kəsərək, sürücülərin hərəkətin

arrow Ətraflı
Sentyabrın 8dən qatarlar like
  • 04 Sen 13:16  
Digərləri Sentyabrın 8dən qatarlar

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-2024-cü tədris ilinin b

arrow Ətraflı
Düşmən yeni səngər yolları qazmağa cəhd göstərib, like
  • 04 Sen 12:56  
Siyasət Düşmən yeni səngər yolları qazmağa cəhd göstərib,

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respubli

arrow Ətraflı
“Whatsapp”a çoxdan gözlənilən funksiya əlavə edildi like
  • 04 Sen 12:54  
Digərləri “Whatsapp”a çoxdan gözlənilən funksiya əlavə edildi

"WhatsApp"ın Android üçün beta versiyasında "Parametrlər&qu

arrow Ətraflı
Bakıda 33° isti olacaq like
  • 04 Sen 12:46  
Digərləri Bakıda 33° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Xameneiyə varis axtarılır: like
  • 04 Sen 12:43  
Dünya Xameneiyə varis axtarılır:

İran İslam Respublikasının gələcək rəhbərinin kim olacağı haqda vaxta

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 04 Sen 12:41  
Digərləri Bu ərazilərdə su olmayacaq

Bakının bu ərazilərində su məhdudiyyətlərlə veriləcək.

arrow Ətraflı