Gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında... – "Əhməd"in FACİƏVİ HƏYATI


Kriminal 02 Sen 2023 22:25:00 245 0

Gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında... – "Əhməd"in FACİƏVİ HƏYATI

Ötən gün məşhur aktyor Səyavuş Şəfiyevin doğum günü idi.

Son.az kulis.az-a istinadən onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Beyləqanda anadan olub. Məktəb illərindən idmanla məşğul olan Səyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, o, sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi bitirəndən sonra "Soyuzsirk"ə göndərilir. Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir.

1972-ci ildə Səyavuş Bakıya, yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları böyük məşhurluq qazanır. Bakı Teatr məktəbinin rejissorluq fakültəsinə daxil olur. Adil İsgəndərovdan dərs alır. Koroğlu rolunu o canlandırmalı imiş, ancaq sirkin qastrol səfərinə görə alınmır. O, ilk dəfə "Əhməd haradadır?"da Əhməd roluna çəkilir.

Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. "Burjua-meşşan elementləri ilə zəngin" film kimi xarakterizə edilir.

"Uşaqlığın son gecəsi" filmi Gürcüstanda keçirilən festivalda mükafat alır. Daha sonra o, "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını canlandırır.

Onu bir dəfə görmək üçün saatlarla gözləyənlər olub. Bacıları xatırlayırlar ki, telefonun dəstəyi yerə dəyməzdi.

Səyavuş Şəfiyev Moskvada hamıdan gizlin evlənir, qızı Bakıya - nənəsigilə gətirir. Bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gəlir ki, belə ailə olmaz, xeyir-dua verin. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar.

Əməkdar artist adına layiq görülsə də, evi yox idi. Hökumətə müraciət edir, ona mikrorayondakı panel binadan ev verirlər. Səyavuş inciyir, evdən imtina edir: "Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun yolunu tanımıram".

Oğlunun sındığını görən anası Südabə xanım dözmür, beyninə qan sızır. Səyavuş özünü anasının ölümündə günahkar hesab edir və "mən də belə öləcəm" deyir.

Moskva sirk kollektivi təzədən Səyavuşa iş təklif edir. Ona fəxri ad, mənzil vəd edirlər. Ailəsini də götürüb Moskvaya gedir və sirk birliyinin baş rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Səyavuş Şəfiyev nə vaxtsa Bakıya qayıdacağının ümidi ilə yaşayır. Bacıları üçün darıxır.

Moskva sirk kollektivi Fransanın Havr şəhərində olanda faciə baş verir. Belə ki, məşqə gəlməyən rejissor hotel otağında huşsuz tapılır. Həkimlərin dediklərinə görə, onun beyninə qan sızıbmış.

O, Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Aktyoru Bakıya göndərmək istəslər də, razılaşmır.

Doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, anasını itirdiyi gün vəfat edir.

Vəsiyyətinə əməl olunur: Aktyor Bakıda dəfn edilir.

Amerikada yaşayan qızı hamilə olduğuna görə atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları göndərir. "Dostum, sevincim, fərəhim, fəxrim, idealım, yeganə sevdiyim.... Atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç vaxt unutmayacam. Həmişəki kimi parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların".

Trampa dəstək kəskin şəkildə artır like
  • 02 Sen 22:17  
Dünya Trampa dəstək kəskin şəkildə artır

Respublikaçıların təxminən 60%-i ABŞ-ın keçmiş prezidenti Donald Tramp�

arrow Ətraflı
Demet Özdemirin ətəyinin qiyməti təəccübləndirdi  Fotolar like
  • 02 Sen 22:05  
Şou-biznes Demet Özdemirin ətəyinin qiyməti təəccübləndirdi Fotolar

Xəbər verdiyimiz kimi, 80-ci Venesiya Film Festivalı start götürüb.

arrow Ətraflı
Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb like
  • 02 Sen 21:53  
Siyasət Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

İstanbulda Türk Dövlətləri Təşkilatının binasında Baş katib Kubanıç

arrow Ətraflı
Hamar dəri üçün pilinq like
  • 02 Sen 21:48  
Digərləri Hamar dəri üçün pilinq

Qüsursuz və hamar ayaqlara sahib olmaq hər bir qadının arzusudur.

arrow Ətraflı
Azərbaycan Ordusunun zərərsizləşdirdiyi PUAnın istehsalçısı məlum olub  FOTO like
  • 02 Sen 21:36  
Digərləri Azərbaycan Ordusunun zərərsizləşdirdiyi PUAnın istehsalçısı məlum olub FOTO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu

arrow Ətraflı
İzmirdə meşə yanğını like
  • 02 Sen 21:24  
Digərləri İzmirdə meşə yanğını

İzmirin Qaziemir rayonunda Nəqliyyat Məktəbi ətrafında meşə yanğını b

arrow Ətraflı
Anım mərasimində 12 nəfər zəhərləndi like
  • 02 Sen 21:12  
Digərləri Anım mərasimində 12 nəfər zəhərləndi

Dağıstanda anım mərasimində zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Çingiz Abdullayev: "Ölkədən həmişəlik getmək vaxtıdır" like
  • 02 Sen 21:00  
Kriminal Çingiz Abdullayev: "Ölkədən həmişəlik getmək vaxtıdır"

Xalq yazıçısı Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini bildirib.

arrow Ətraflı
“Facebook” və “Instagram”ın pullu versiyaları hazırlanır like
  • 02 Sen 20:48  
Digərləri “Facebook” və “Instagram”ın pullu versiyaları hazırlanır

ABŞ-nin "Meta" şirkəti "Facebook" və "Instagram&quo

arrow Ətraflı
Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənəcəyini açıqladı like
  • 02 Sen 20:36  
Şou-biznes Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənəcəyini açıqladı

Bir müddət əvvəl son konsert turuna çıxdığını və karyerasını bitir�

arrow Ətraflı
Avropada ölümcül xəstəlik yayıldı like
  • 02 Sen 20:12  
Digərləri Avropada ölümcül xəstəlik yayıldı

Polşada leqionelezz adlı ölümcül xəstəlik yayılıb.

arrow Ətraflı
İnstaqramda bu gün önə çıxanlar like
  • 02 Sen 20:00  
Şou-biznes İnstaqramda bu gün önə çıxanlar

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsind

arrow Ətraflı
Rusiya Marsın peykindən torpaq gətirmək istəyir like
  • 02 Sen 19:48  
Digərləri Rusiya Marsın peykindən torpaq gətirmək istəyir

Rusiyada Marsın peyki - Fobosdan torpaq gətirə bilən planetlərarası "

arrow Ətraflı
"Təşvişə düşmək lazım deyil"  Zoologiya İnstitutundan suiti xəbərinə reaksiya like
  • 02 Sen 19:37  
Digərləri "Təşvişə düşmək lazım deyil" Zoologiya İnstitutundan suiti xəbərinə reaksiya

Xəzər dənizində çimərlikdə suitinə rast gəlinməsi bəzi insanlar aras�

arrow Ətraflı
40 yaşlı aktyor xəstəlikdən vəfat etdi like
  • 02 Sen 19:25  
Kriminal 40 yaşlı aktyor xəstəlikdən vəfat etdi

Rusiya Akademik Gənclər Teatrının aktyoru Aleksey Yanin vəfat edib.

arrow Ətraflı