Müəllimə 19 il həbs verildi


Kriminal 30 Avq 2023 16:04:00 224 0

Müəllimə 19 il həbs verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qohumunu qətlə yetirərək yandıran 1986-cı il təvəllüdlü Elnur Hüseynovun məhkəməsi başa çatıb.

Son.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, həbs edilənədək Göygöldə yerləşən Kəlbəcər rayonu 58 saylı tam orta məktəbdə fizika müəllimi işləmiş E.Hüseynova 19 il müddətinə həbs cəzası verilib.

Məhkəmə E.Hüseynovu Cinayət Məcəlləsinin ümumilikdə 9 maddəsi ilə (120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci) təqsirli bilib.

Bildirilib ki, Ağdərə rayonunun Çərəkdər kəndindən məcburi köçkün olan E.Hüseynov Göygöl rayonunun Çaykənd kəndində yaşadığı müddətdə 2019-2021-ci illərdə çoxsaylı vətəndaşlara (təxminən 10 nəfər) məxsus mal-qaranı oğurlayıb. O, 7 aprel 2021-ci il tarixdə saat 01 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən "Göyözən" kafesini qisas məqsədi ilə yandıraraq oranın sahibinə 40 min manatdan artıq ziyan vurub.

Bundan başqa o, 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə birgə Çaykənd kəndində oğurluq etdiyi evi izi itirmək məqsədilə yandıraraq mənzil sahibinə 52 min manata yaxın ziyan vurub.

Həmçinin qeyd edilib ki, E.Hüseynov 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə arvadının xalası, iş adamı 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızını da qəsdən öldürüb. Belə ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək qərarına gələrək 2021-ci ilin aprel ayının 14-də qadının yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb. Toplanan sübutlar əsasında Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktında qeyd olunub ki, o, Səidə Hüseynovaya ümumilikdə 66 277 manat məbləğində ziyan vurmaqla qadının əmlakını qəsdən məhv edib.

Qeyd edək ki, Elnur Hüseynovun ümumilikdə 18 cinayət əməli törətməsi məlum olub. Onun bu əməlləri işlədiyi məktəbdə dərsdən sonra, əsasən istirahət günləri növbəli olaraq mal-qara otardığı vaxt həyata keçirdiyi bildirilib. Son.az

Selin dərəyə yuvarladığı avtomobildən iki qadın xilas edildi like
  • 30 Avq 15:59  
Digərləri Selin dərəyə yuvarladığı avtomobildən iki qadın xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı

arrow Ətraflı
Alişan canlı yayımda dikdaban geyindi like
  • 30 Avq 15:48  
Şou-biznes Alişan canlı yayımda dikdaban geyindi

Alişanın bu görüntüləri sosial mediada gündəm olub.

arrow Ətraflı
Priqojin bu səbəbə görə gizli dəfn olundu like
  • 30 Avq 15:37  
Digərləri Priqojin bu səbəbə görə gizli dəfn olundu

"Vaqner" rəhbəri Yevgeni Priqojinin dəfn mərasiminin qapalı keçi

arrow Ətraflı
Ermənistan ordusunun iki zabiti 44 günlük müharibə ilə bağlı həbs edilib like
  • 30 Avq 15:29  
Digərləri Ermənistan ordusunun iki zabiti 44 günlük müharibə ilə bağlı həbs edilib

Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti həbs edilib.

arrow Ətraflı
Tanınmış meyxanaçının son halı məyus etdi like
  • 30 Avq 15:24  
Şou-biznes Tanınmış meyxanaçının son halı məyus etdi

Bir zamanlar meyxana ustası kimi tanınan Cavid Dağlının son halı təəccü

arrow Ətraflı
Fransadan "şou"ya dəstək  Makronu like
  • 30 Avq 15:22  
Siyasət Fransadan "şou"ya dəstək Makronu

Son günlər məktəblərlə bağlı qərarına görə hətta BMT tərəfindən

arrow Ətraflı
"BQXK itkinlərimizin tapılmasında birtərəfli olmamalıdır" like
  • 30 Avq 15:19  
Digərləri "BQXK itkinlərimizin tapılmasında birtərəfli olmamalıdır"

Həyat yoldaşım Səxavət Canıyev 1-ci Qarabağ müharibəsi zamanı 1994-cü

arrow Ətraflı
Britaniya XİN başçısının Çinə səfəri son 5 ildə like
  • 30 Avq 15:15  
Dünya Britaniya XİN başçısının Çinə səfəri son 5 ildə

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ikitərəfli münasib

arrow Ətraflı
Türk jurnalistlər bu tələbi TBMMə təqdim etdi like
  • 30 Avq 15:13  
Digərləri Türk jurnalistlər bu tələbi TBMMə təqdim etdi

Türkiyəli jurnalistlər "yaşıl pasport" tələbini Numan Kurtulmu�

arrow Ətraflı
Naxçıvanda idarə rəisi işdən çıxarıldı like
  • 30 Avq 15:04  
Digərləri Naxçıvanda idarə rəisi işdən çıxarıldı

Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi işdən azad olu

arrow Ətraflı
Abituriyentlər niyə təhsil üçün xarici ölkələrə üz tuturlar? like
  • 30 Avq 15:03  
Digərləri Abituriyentlər niyə təhsil üçün xarici ölkələrə üz tuturlar?

Ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə 300-ə yaxın ixtis

arrow Ətraflı
Zamiq Hüseynov şəhid övladları üçün oxudu  VİDEO  FOTO like
  • 30 Avq 15:00  
Şou-biznes Zamiq Hüseynov şəhid övladları üçün oxudu VİDEO FOTO

Müğənni Zamiq Hüseynovun şəhid övladları ilə birgə oxuduğu "Mən

arrow Ətraflı
"31 il həsrətlə yaşamaq çox çətindir" like
  • 30 Avq 14:53  
Digərləri "31 il həsrətlə yaşamaq çox çətindir"

Mənim də qardaşım Abbas Behbudov 1-ci Qarabağ müharibəsində Zənginlan r

arrow Ətraflı
Hüseyn bu dəfə Qırğızıstan prezidenti ilə görüşdü like
  • 30 Avq 14:47  
Şou-biznes Hüseyn bu dəfə Qırğızıstan prezidenti ilə görüşdü

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov)

arrow Ətraflı