Dörd nəfərin qatili Fuad qalan ömrünü həbsdə keçirəcək...


Kriminal 29 Avq 2023 17:31:00 283 0

Dörd nəfərin qatili Fuad qalan ömrünü həbsdə keçirəcək...

Beyləqanın Tatarlı kəndində dörd nəfəri öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Fuad Cəlilzadə barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən ikinci iclasda F.Cəlilzadə şikayətdən imtina etdiyini bildirib.

O, verilmiş cəza ilə razılaşıb, əlavə araşdırmaya ehtiyac görməyib. Təqsirləndirilən şəxsin istəyi yerinə yetirilərək, yekun məhkəmə aktı çıxarılıb.

Bu qərarla 27 yaşlı F.Cəlilzadə barəsindəki hökm qanuni qüvvəyə minib. O, qalan ömrünü Qobustanda yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Fuad Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyevi, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.

Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava ilə nəticələnib. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L.Cəlilov özünü asaraq intihar edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdən verilmiş şikayətdə ömürlük azadlıqdan məhrum etmənin müddətli cəza ilə əvəzlənməsi xahiş olunub.

Retro maşınlar Bakını bəzədi... like
  • 29 Avq 17:28  
Digərləri Retro maşınlar Bakını bəzədi...

Bakı küçələrini klassik maşınlar bəzəyib.

arrow Ətraflı
Türkiyəli aktyor vəfat etdi like
  • 29 Avq 17:23  
Şou-biznes Türkiyəli aktyor vəfat etdi

Türkiyəli aktyor Ünal Silver vəfat edib.

arrow Ətraflı
İstanbul 9 ilə like
  • 29 Avq 17:22  
Digərləri İstanbul 9 ilə

Bu il Türkiyənin Mərmərə bölgəsində yağıntıların azalması nəticəs

arrow Ətraflı
Dünyaca məşhur müğəninin başına iş gəldi like
  • 29 Avq 17:17  
Şou-biznes Dünyaca məşhur müğəninin başına iş gəldi

Dünyaca məşhur müğənni Selena Gomezin başına iş gəlib.

arrow Ətraflı
Azərbaycanda qeyriyaşayış binalarının girişlərinə ünvan təyin ediləcək like
  • 29 Avq 16:57  
Digərləri Azərbaycanda qeyriyaşayış binalarının girişlərinə ünvan təyin ediləcək

Nazirlər Kabineti 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş

arrow Ətraflı
Elmira Rəhimova uzun aradan sonra ilk dəfə  FOTOlar like
  • 29 Avq 16:56  
Şou-biznes Elmira Rəhimova uzun aradan sonra ilk dəfə FOTOlar

Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.

arrow Ətraflı
“Park Bulvar”da “Azerçay” stendi yeniləndi like
  • 29 Avq 16:28  
Digərləri “Park Bulvar”da “Azerçay” stendi yeniləndi

Doğma çay  "Azerçay"ın "Park Bulvar"da yeni stendinin a

arrow Ətraflı
Ukrayna 84 hərbçinin cəsədini qaytardı like
  • 29 Avq 16:20  
Dünya Ukrayna 84 hərbçinin cəsədini qaytardı

Ukrayna Rusiya ilə müharibədə həlak olan 84 hərbçinin cəsədini qaytarı

arrow Ətraflı
Özünə qəsd edən hakimin evindən like
  • 29 Avq 16:14  
Digərləri Özünə qəsd edən hakimin evindən

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin h

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 29 Avq 16:10  
Digərləri Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

arrow Ətraflı
Tanınmış aktrisa güclü yağış altında hönkürdü: like
  • 29 Avq 16:09  
Şou-biznes Tanınmış aktrisa güclü yağış altında hönkürdü:

Tanınmış aktrisanın güclü yağış altında ağlayarkən çəkilən videos

arrow Ətraflı
Banklara satılan dolların həcmi açıqlandı like
  • 29 Avq 15:58  
Digərləri Banklara satılan dolların həcmi açıqlandı

29 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyu

arrow Ətraflı
Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb like
  • 29 Avq 15:26  
Kriminal Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb

Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.

arrow Ətraflı
Moskva nüvə sınaqlarının bərpasına münasibət bildirdi like
  • 29 Avq 15:24  
Dünya Moskva nüvə sınaqlarının bərpasına münasibət bildirdi

Moskva hazırda Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqınd

arrow Ətraflı