Azərbaycanda nişanlısını maşınla evə ötürən oğlanı döydülər Dirsəyi ilə sinəmə...


Kriminal 29 Avq 2023 13:00:00 275 0

Azərbaycanda nişanlısını maşınla evə ötürən oğlanı döydülər  Dirsəyi ilə sinəmə...

Şirvan şəhərində 1994-cü il təvəllüdlü Namiq Sənəmə (adlar şərti verilib - red.) xəsarət yetirib, xuliqanlıq hərəkətləri edib.

Son.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 21-də baş verib.

Namiq həmin gün saat 22 radələrində küçədə Sənəmlə heç bir səbəb olmadan mübahisə edib. Sənəmin və ailə üzvlərinin ünvanına ucadan nalayiq ifadələr işlədib, onun sinəsindən dirsəklə vurub.

Bundan sonra Sənəmin yaşadığı evin həyətinə girib, həyətyanı sahəsindəki yardımçı tikilinin plastik materialdan və şüşədən ibarət olan giriş qapısına yumruq-təpiklə vurub. Sənəmə 200 manat məbləğində maddı ziyan dəyib.

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 21-də saat 21 radələrində nişanlısı Səmanı evlərinə aparıb: "Nişanlımın yaşadığı evə çatmamış idarə etdiyim "Mercedes" asfalt yoldan torpaq yola düşən zaman toz yarandı. Bu vaxt hasarın yanında dayanan adını sonradan bildiyim Vüqarın mənə baxdığını gördüm. O, mənə maşında olan nişanlımı düşürdükdən sonra yanına gəlməyimi dedi.

Nişanlımı evlərinə apardıqdan sonra piyada geri qayıtdım. Vüqara onunla heç bir düşməçiliyimin olmadığını bildirdim, onu qəsdən toza basmadığımı dedim. O, cavab vermədən sol qulaq nahiyəmə yumruqla vurdu.

Vüqarı tutduqdan sonra onu vurmaq istəmədiyimi bildirdim, sərbəst buraxdım. Bu zaman Vüqar burnuma da yumruqla zərbə vuraraq qaçdı. Maşınıma əyləşdim, onun getdiyi istiqamətə hərəkət etdim. Bu zaman Sənəm adlı yaşlı qadının evdən çıxaraq küçəyə zibil atmağa getdiyini gördüm. Maşının pəncərəsindən "sizin oğlunuz idimi məni döyüb qaçan" dedim. Qadın da oğlunun məni döymədiyini söylədi.

Vüqarla aramızda mübahisə olan zaman nişanlım anama məlumat verdiyi üçün o, mənə zəng edərək harada olduğumu soruşdu. Anama hadisə barədə məlumat verdim, olduğum yeri dedim".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə dəqiqə sonra Sənəmin oğlu Vüsal evdən küçəyə çıxıb: "Vüsala başıma gələn hadisəni danışdım. Vüsal da mənimlə aqressiv danışmağa başladı. Daha sonra anam və qardaşım yanımıza gəldilər. Həmin vaxt çox əsəbiləşdim. Ola bilsin, özümün də xəbərim olmadan dirsəyim Sənəmin sinəsinə dəydi. Hadisə vaxtı Vüsal hardansa tüfəng götürdü və mənim hədələyərək həyətdən çıxmağımızı tələb etdi. Vüsalın ailə üzvləri onun əlindəki tir tüfəngini almağa çalışdı. Həmin vaxt kimsə polisə məlumat verdi və bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəldilər. İzahat alınması üçün bizi və qarşı tərəfi polis şöbəsinə dəvət etdilər".

İş üzrə zərərçəkmiş Sənəmin sözlərinə görə, oktyabrın 21-də saat 21 radələrində yaşadığı evinin həyətində olan zaman darvazanın döyüldüyünü eşidib: "Qapını açanda adını sonradan bildiyim Namiq adlı şəxs Vüqarın bizim evimizdə yaşayıb-yaşamadığını soruşdu. Ona bizdə Vüqar adlı adam yaşamadığını bildirdim. Namiq darvazadan uzaqlaşdı.

Darvazanın arxasını bağlayaraq evə getmək istəyəndə yenidən darvaz döyüldü. Qapını açanda Namiq həyətə daxil oldu və nalayiq sözlər işlətdi. Həmin vaxt oğlum Vüsal da səsə yuxudan oyanaraq həyətə düşdü. Həyətdəki əl evinin qapısını açmaq istəyən Namiq yumruq və təpiklə qapıya zərbələr vurdu. Qapının şüşəsi sınaraq yerə töküldü.

Namiq yenə də mənim və oğlumun ünvanına heç bir səbəb olmadan yüksək səslə nalayiq sözlər işlətdi. Həmin vaxt küçəmizdə ikinci avtomobil dayandı. Avtomobildən Namiqin anası, qardaşı və adlarını bilmədiyim 2 nəfər düşdü. Onlar küçəyə açılan darvazalarından həyətlərinə daxil oldular. Namiq uca səslə yenə də mənim və oğlumu söyüb təhqir etməyə başladı. Namiqin qarşısına keçərək yalvardım, irəli getməsinin qarşını almaq istədim. Bu zaman o, dirsəyi ilə sinəmə möhkəm zərbə vuraraq xəsarət yetirdi".

Sənəm qeyd edib ki, səs-küyə gəlini və nəvələri də yuxudan oyanıblar: "Onlar hadisənin şokundan həyəcanlanaraq ürəkləri sıxıldı, yerə yıxıldılar. Namiqin anası və oğlanlarının həyətdən çıxmadığını görən oğlum Vüsal nəvəmə dedi ki, get silahı gətir, bunları rədd edəcəm. Bundan sonra onlar həyəti tərk edərək küçəyə çıxdılar. Oradan yenidən bizi uca səslə söydülər. Bu zaman təcili tübbi yardım maşını və polis əməkdaşları yaxınlaşdılar. Vüsal evdən tır tüfəngini gətirərək polislərə verdi".

Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb.

Namiq 2300 manat cərimə edilib.

Sürücülərin əksəriyyəti sürət həddinin endirilməsinin tərəfdarıdır... like
  • 29 Avq 12:50  
Digərləri Sürücülərin əksəriyyəti sürət həddinin endirilməsinin tərəfdarıdır...

Səməd Vurğun  və Fətəli Xan Xoyski küçələrində sürət həddi 60-dan

arrow Ətraflı
Vaqif Mustafayevin yubiley gecəsindən like
  • 29 Avq 12:38  
Kriminal Vaqif Mustafayevin yubiley gecəsindən

Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmu�

arrow Ətraflı
“Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik” like
  • 29 Avq 12:35  
Digərləri “Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik”

"Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik! Biz uşa

arrow Ətraflı
Özünü axtalatdıran Rafetdən tənqidlərə reaksiya like
  • 29 Avq 12:27  
Şou-biznes Özünü axtalatdıran Rafetdən tənqidlərə reaksiya

Adətən bu məsuliyyət təkcə qadınların çiyinlərində olur

arrow Ətraflı
KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir like
  • 29 Avq 12:19  
Digərləri KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir

2023-cü ilin birinci yarısında 50-yə yaxın mikro, kiçik və orta sahibkarl

arrow Ətraflı
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi like
  • 29 Avq 12:16  
Dünya Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi

Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki ofisi

arrow Ətraflı
Koronavirusun yeni ştamı sürətlə yayılır – like
  • 29 Avq 11:54  
Dünya Koronavirusun yeni ştamı sürətlə yayılır –

Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavi

arrow Ətraflı
Qanunsuz avtomobil idxalı ilə bağlı like
  • 29 Avq 11:44  
Kriminal Qanunsuz avtomobil idxalı ilə bağlı

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eks

arrow Ətraflı
Hakim niyə özünə qəsd etdi? like
  • 29 Avq 11:43  
Digərləri Hakim niyə özünə qəsd etdi?

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsin

arrow Ətraflı
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı AÇIQLANIB like
  • 29 Avq 11:38  
Digərləri Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı AÇIQLANIB

2023-ci ilin iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 151 şirkət q

arrow Ətraflı
Nazirliyin keçmiş idarə rəisi həbs edilib like
  • 29 Avq 11:36  
Kriminal Nazirliyin keçmiş idarə rəisi həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti

arrow Ətraflı
"Ya çok seversen"də yeni aktrisa like
  • 29 Avq 11:21  
Şou-biznes "Ya çok seversen"də yeni aktrisa

Türkiyənin "Kanal D" telekanalında yayımlanan "Ya çok sever

arrow Ətraflı
Bakıda çaxan güclü şimşək qorxu yaratdı like
  • 29 Avq 11:00  
Digərləri Bakıda çaxan güclü şimşək qorxu yaratdı

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

arrow Ətraflı
Yaponiyada "Toyota"nın 12 zavodu like
  • 29 Avq 10:49  
Digərləri Yaponiyada "Toyota"nın 12 zavodu

Yaponiyada "Toyota"nın 12 zavodu fəaliyyətini dayandırıb.

arrow Ətraflı