Oğlunun qatili üçün yemək süfrəsi açdı


Kriminal 25 Avq 2023 17:41:00 259 0

Oğlunun qatili üçün yemək süfrəsi açdı

Bakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən Azər Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Son.az "Olke.az"a istinadən xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

İş üzrə dindirilmiş Azər Cəfərov ifadəsində bildirib ki, həyat yoldaşının xalası Lətifə Məmmədova, oğulları Samir, Saqil, Fərid və qızı Fəridə ilə birlikdə yaşayıb. Evləri yaxın məsafədə yerləşdiyindən tez-tez gediş-gəlişləri olub.

Aprelin 1-i saat 15:00 radələrində idarə etdiyi avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedərək arvadını və uşağını anasıgilə düşürüb. Özü isə taksi kimi işləmək üçün şəhərin mərkəzinə yollanıb. Həyətinin arxa tərəfindən hasar üçün taxtaları daşımaq lazım olduğuna görə 1 saatdan sonra evə qayıdıb. Köməyə qonşuluqdan Lətifə Məmmədovanın oğlu Saqili evlərindən səsləyib. Sonuncu gələndən sonra bir müddət taxta daşımaqla məşğul olublar.

Avtomobilin icarə haqqını ödəmək, övladının müalicə etdirmək, borclarını qaytarmaq həmçinin gündəlik xərci üçün pul lazım olub. Lakin taksi fəaliyyəti ilə məşğul olmaqla bütün bu ehtiyaclarını ödəyə bilməyib. Bir neçə ay əvvəl işə qəbul olunmuş Məmmədovanın böyük oğlu ona dəfələrlə pul yığdığını dediyi üçün onların evlərində 5 min manata yaxın pul olduğunu ehtimal edib. Hadisədən iki gün əvvəl həmin məbləği ələ keçirmək barədə düşünməyə başlayıb.

Saat 18:00 radələrində taxta parçası ilə qəflətən Saqilin başının arxasından möhkəm zərbə vurub və nəticədə o, huşunu itirərək yerə yıxılıb. Sonra oğlanın əllərini, ayağını və boğazını trosla bağlayıb. Evin qarşısında qalmaması üçün onu avtomobilinin yük yerinə yerləşdirib. Saqil həmin vaxt nəfəs almıyıb.

Bundan sonra siqaret almaq üçün maşını mərkəzi yola tərəf idarə edərkən yanacağı qurtarıb. Buna görə plastmas qab götürüb, piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Benzin alıb avtomobilinə tökdükdən sonra artıq hava qaralıb. Lətifə Məmmədovanın evinə tərəf gedərkən onun oğlu Fəridlə rastlaşıb və sonuncu Azəri evlərinə dəvət edib. Qadın onlara yemək süfrəsi açıb. Lətifəyə Saqilin yalandan onun evində olduğunu deyib. Onlar təxminən 15 dəqiqə yemək yedikdən sonra Fəridin dostu gələcəyi üçün birlikdə küçəyə çıxıblar. Fərid tanışı ilə söhbət edə-edə dəmir yolunu keçib aralanmağa başlayıb. Azər də bir qədər həmin istiqamətdə gedib. Sonra isə geri qayıdaraq avtomobilini saxladığı əraziyə qayıdıb.

Azər Cəfərov ifadəsinin davamında bildirib ki, maşında bıçağı götürüb Lətifəgilə yollanıb. Saat 22:00 radələrində qapını açan qadına əlindəki kəsici alətlə öldürmək məqsədi ilə boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. Qadın bir qədər solda yıxılıb hərəkətsiz vəziyyətdə qalıb. Bu zaman qızı Fəridə evdən çıxıb anasının yıxıldığını görüb qışqırmağa başlayıb. Vaxtı itirmək istəməyən Cəfərov dərhal giriş qapısının yanında hücum edərək bıçaqla qızın boğazından ardıcıl zərbələr vurub. Fəridə yerə yıxılıb və tərpənməyib. Onu sürüyərək həyətdəki avtomaşının qarşısında yerə qoyub. Məqsədi evdən pulu götürüb tez çıxmaq olub. Soldakı arxa otağa girib çarpayının üstündəki pul qabını açıb içərisinə baxıb. Orada 207 dollar və 250 manata yaxın pul olduğunu görüb və vəsaiti cibinə qoyub.

Evdən çıxdıqdan sonra avtomobilinə yanacaqdoldurma məntəqəsində benzin doldurub. Sonra Əmircan qəsəbəsinə gedərək həyətdə qana bulaşmış əlini yuyub. Lətifə ilə qızı Fəridəni vurarkən bıçağın tiyəsi öz əlinidə kəsib. Arvadını, uşağını və qayınanasını götürüb evə gətirib. Yoldaşına hadisə barədə danışmayıb. Sonuncu da heç nədən şübhələnməyib. Onları evdə düşürdükdən sonra maşının yük yerində olan Saqilin metiyi ilə nə edəcəyini fikirləşib. Arvadının bibisi oğluna zəng edərək ona gödəkçə lazım olduğunu bildirib. Onunla görüşüb gödəkçəni götürən zaman ona Fəridəni, Lətifəni və Saqili bıçaqla burduğunu deyib. Qohumu ondan Saqilin harada olduğunu soruşduq da, Azər meyitini qəbristanlığa atdığını deyib. Bir müddət sonra şəhər ərazisində olan zaman Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkmiş Lətifə Məmmədova bildirb ki, Azər çıxıb getdikdən sonra özündə güc tapıb sürünə-sürünə evin qapısına çatıb. Oğlu Samir onu yaralı vəziyyətdə aşkar edib və təcili tibbi yardım maşını çağırıb. Sonradan məlum olub ki, Azər oğlunu və qızını öldürüb.

Məhkəmə prosesində Azər Cəfərov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Lətifə Məmmədova məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş ediblər.

Sonda məhkəmənin hökmü ilə Azər Cəfərov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü like
  • 25 Avq 17:30  
Digərləri Sərhədçilərimiz erməni maşınının üstündəki emblemi sökdürdü

Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində növbəti dəfə təx

arrow Ətraflı
Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini like
  • 25 Avq 17:29  
Dünya Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini

Pivə istehsalçısı olan "Heineken" şirkəti Rusiyadakı aktivləri

arrow Ətraflı
Bakıda qəza  "Prius" aşdı like
  • 25 Avq 17:20  
Digərləri Bakıda qəza "Prius" aşdı

Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində

arrow Ətraflı
Həftəsonu milli parklarda hava necə olacaq? like
  • 25 Avq 17:18  
Digərləri Həftəsonu milli parklarda hava necə olacaq?

İstirahət günlərində (avqustun 26-27-də) milli parklarda gözlənilən hav

arrow Ətraflı
Filipp Kirkorov 43 minlik saatını nümayiş etdirdi like
  • 25 Avq 17:07  
Şou-biznes Filipp Kirkorov 43 minlik saatını nümayiş etdirdi

İstirahətə yollanan Rusiyanın Xalq artisti Filipp Kirkorov bu dəfə saatı

arrow Ətraflı
TürkiyəYunanıstan sərhədində like
  • 25 Avq 17:03  
Digərləri TürkiyəYunanıstan sərhədində

Türkiyə-Yunanıstan sərhəddini qanunsuz keçmək istəyən 17 nəfər saxlan

arrow Ətraflı
ROG Zephyrus M16: güc, zəriflik, mobillik və keyfiyyətin like
  • 25 Avq 16:55  
Digərləri ROG Zephyrus M16: güc, zəriflik, mobillik və keyfiyyətin

ASUS bir çoxlarının oyun notbuku deyəcəyi yeni noutbuk modelini təqdim etd

arrow Ətraflı
Türkiyənin ticarət nazirindən ABŞ ilə ticarət əlaqələri mexanizmi barədə like
  • 25 Avq 16:27  
Digərləri Türkiyənin ticarət nazirindən ABŞ ilə ticarət əlaqələri mexanizmi barədə

Əhəmiyyətli ticarət tərəfdaşlarımızdan biri olan ABŞ ilə iqtisadi və

arrow Ətraflı
"Vaqner" hələ də ABŞ üçün təhlükədir  Rayder like
  • 25 Avq 16:24  
Dünya "Vaqner" hələ də ABŞ üçün təhlükədir Rayder

ABŞ Müdafiə Nazirliyi "Vaqner"in Amerikanın milli təhlükəsizliy

arrow Ətraflı
Rusiyadakı biznesini 1 avroya satdı like
  • 25 Avq 16:15  
Dünya Rusiyadakı biznesini 1 avroya satdı

Niderlandın pivə istehsal edən "Heineken" şirkəti Rusiyadakı akt

arrow Ətraflı
Kremldən Priqojinin ölümü barədə like
  • 25 Avq 16:08  
Digərləri Kremldən Priqojinin ölümü barədə

"Kremlin "Vaqner"in təsisçisi Yevgeni Priqojinin də həlak old

arrow Ətraflı
Britni Spirsin sirli tanışı ilə görüşündən kadrlar yayıldı like
  • 25 Avq 16:07  
Şou-biznes Britni Spirsin sirli tanışı ilə görüşündən kadrlar yayıldı

Ötən həftə Sem Əsgəri ilə boşanma xəbərləri çıxan amerikalı müğ�

arrow Ətraflı
Azərbaycanlı aparıcının görüntüləri gündəm oldu  Açıq geyimdə...  VİDEO like
  • 25 Avq 15:23  
Şou-biznes Azərbaycanlı aparıcının görüntüləri gündəm oldu Açıq geyimdə... VİDEO

Tanınmış aparıcı Rövşanə Ağasəfqızının (Bektaşi) görüntüləri g

arrow Ətraflı