Qızıl Aypara Cəmiyyəti olduğu halda BQXKnin Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur


Siyasət 23 Avq 2023 17:56:00 219 0

Qızıl Aypara Cəmiyyəti olduğu halda BQXKnin Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur

Beynəlxalq Qızıl Xaç Komitəsi, fəaliyyətdə olduğu digər ölkələrdən fərqli olaraq, Azərbaycan ərazilərindəki fəaliyyətini, nəinki beynəlxalq hüququ norma və prinsiplərinə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə, hətta elan etdiyi prinsiplərə uyğun qura bilməyib, yaxud qurmaq istəməyib.

Xankəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləri hesab olunduğuna baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı bu kiçik ərazisində fəaliyyət göstərən təsisatı, sözügedən komitənin Azərbaycandakı nümayəndəliyinə deyil, Cenevrədə yerləşən mərkəzi ofisinə tabedir. Bu beynəlxalq təcrübədə rast gəlinməmiş, hüquqa və sağlam məntiqə zidd, qərəzli və bölücü bir yanaşmadır, əsla sülhə və dinc birgəyaşayışın təmin edilməsinə xidmət etmir.

Müqayisə üçün qeyd edim ki, məsələn, Beynəlxalq Qızıl Xaç Komitəsinin Moldovanın separatçı Dnestryanı bölgəsində fəaliyyət göstərən ofisi Kişinyovda fəaliyyət göstərir. Beynəlxalq Qızıl Xaçın Moldova nümayəndəliyinin rəhbərinin və əməkdaşlarının son bir neçə ay ərzində Dnestryanı bölgəyə səfərləri, komitənin separatçı bölgədəki əməkdaşları və tibb işçiləri üçün məşğələlər təşkil etməsi də bunu sübuta yetirir.

Bununla yanaşı, son illər Beynəlxalq Qızıl Xaç Komitəsinin dünyanın müxtəlif ölkələrində yerləşən ofislərinin fəaliyyətində nəzərə çarpan neqativ hallar, komitənin reputasiyasına ciddi zərbə vurub. Belə ki, komitənin yaxın "tarixində" "Beynəlxalq Qızıl Xaç Komitəsi" adından istifadə etməklə offşor şirkətlərinin qeydə alınmasından, əməliyyatların bemefisiarlarının əldə edilməsindən humanitar yardımların, hətta uşaq oyuncaqlarının satılmasından, dələduzluğa, ştat cədvəlinin süni şəkildə şişirdilərək donorların ayırdığı vəsaitlərin mənimsənilməsinə kimi çoxsaylı cinayətlər yer alıb.

Panamada fəaliyyət göstərən "Mossack Fonseca" adlı hüquq şirkətinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işbirliyinə gedərək, Komitənin adından ofşor şirkətlərini qeydiyyata aldırması və bu şirkətlərdən çirkli pulların yuyulmasında istifadə olunması Qızıl Xaçın rəngini və üzünü qaraldan hadisələrdən sadəcə biridir.

2016-cı ildə Ukraynada, bu ölkənin media resurslarının apardığı araşırmalar Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbər şəxslərinin humanitar yardımları satması, ödənişli tibb kursları açaraq qanunsuz yollarla pul qazanması və digər korrupsiya, mənimsəmə faktlarını ortaya çıxarmışdı.

2017-ci ildə aparılan istintaq nəticəsində bəlli olub ki, 10 mindən çox insanın həyatına son qoyan Ebola epidemiyası ilə mübarizə üçün ayrılan vəsaitin 5 milyon dolları da Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının "zavalına" gəlib.

İstintaq müəyyən edib ki, Liberiyada proqram həddindən artıq şişirdilib, qiymətli alışlar həyata keçirilib və qondarma işçilərə əmək haqqı ödənilib. Nəticədə 2,7 milyon dollar oğurlanıb.

Syerra-Leonedə təhqiqatlarçılar BQXK əməldaşları ilə yerli bankirlər arasında 2 milyon dollarlıq "sövdələşmə"nin olduğunu aşkarlayıblar. Qvineyada saxta gömrük hesab-fakturaları ilə təxminən bir milyon dolların mənimsənildiyi aşkarlanıb.

Bütün bunlar, həmçinin Beynəlxaq Qızıl Xaç Komitəsinin əməkdaşlarının Laçın yolu ilə Azərbaycan ərazisinə qaçaqmal keçirmək cəhdinin ifşası, bu təsisata etimad göstərilməsi üçün heç bir əsas qoymur. Bu sıraya itkin düşmüş hesab edilən azərbaycanlıların taleyi ilə bağlı, təxminən 30 il ərzində Beynəlxalq Qızıl Xaçın fəaliyyətsizliyi, Ermənistanın antihumanist davranışlarına münasibətdə heç bir addım atmamaları, bu qurumun birtərəfli mövqeyinin bariz nümunəsi sayıla bilər.

Digər tərəfdən, Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərdiyi halda, Qızıl Xaç Komitəsinin mövcudluğu heç bir məntiqə sığmır. Məlum olduğu kimi, Qızıl Xaç Komitəsi 1990-cı illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, bir milyondan artıq qaçğın və məcburi köçkünlə bağlı yaranmış humanitar fəlakət səbəbindən ölkəmizə ayaq açmışdı. Bu illər ərzində göstərdiyi fəaliyyətin "nəticələri" də ortalıdadır. Ermənistan indiyədək azərbaycanlı itkin düşmüş şəxslərin taleyinə heç bir aydınlıq gətirməyib, Qızıl Xaş Komitəsi də bu barədə "müdrikcəsinə" susub.

Digər tərəfdən, hazırda Azərbaycan nəinki özünü təmin edir, hətta digər ölkələrə də yardımlar göstərir. Bunu pandemiya dövründə və dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə baş verən təbii fəlakətlər zamanı Azərbaycanın dövlət səviyyəsində göstərdiyi yardımlar, Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin verdiyi dəstək də sübuta yetirir.

1997-ci il Sevilya razılaşmasına 2022-ci ildə razılaşmaya edilmiş müvafiq əlavələrə əsasən, qırmızı Xaç və Qızıl Aypara təşkilatları hər hansı ölkədə təmsil olunursa, həmin ölkələrdə fəaliyyətlərini əlaqələndirilmiş formada həyata keçirməlidirlər. Əslində, bu razılaşma sözügedən təsisatların tərəfsizliyini və yalnız humanitar prinsiplərdən çıxış etdiyini göstərən əsas amildir.

Amma Qızıl Xaçın Bakıda və Xankəndidə fəaliyyət göstərən ofisləri fəaliyyətlərini nəinki Qızıl Aypara ilə əlaqələndirmir, hətta irəli sürülən təşəbbüslərə də etinasız yanaşırlar.

Məlum olduğu kimi, Prezident İlham Əliyev xarici dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatların, eləcə də dünyanın müxtəlif ölkələrindən olan media təmsilçiləri ilə təmaslarında Beynəlxalq Qızıl Xaç Komitəsinin hüquqa zidd davranışları, eləcə də komitənin itkin düşmüş azərbaycanlıların talelərinə biganə yanaşması ilə bağlı davamlı olaraq, məsələ qaldırır, yaranmış vəziyyətin beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayır.

Yaranmış vəziyyət, Beynəlxalq Qızıl Xaç Komitəsinin, bütövlükdə Azərbaycan ərazisində fəaliyyətinə ehtiyac duyulmadığını, Qızıl Aypara Cəmiyyətinin bütün humanitar məsələləri, yüksək peşəkarlıqla həll etmək iqtidarında olduğunu təsdiqləyir.

Elçin Mirzəbəyli Siyasi şərhçi

Türkiyədə yenə zəlzələ oldu like
  • 23 Avq 17:53  
Digərləri Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Bingöl vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
5 uşaq göbələkdən zəhərlənib like
  • 23 Avq 17:42  
Dünya 5 uşaq göbələkdən zəhərlənib

Rusiyanın Leninqrad vilayətindəki düşərgədə 5 uşaq göbələkdən zəh�

arrow Ətraflı
Paşinyan sülhdən göyə qədər uzaqlaşır like
  • 23 Avq 17:32  
Siyasət Paşinyan sülhdən göyə qədər uzaqlaşır

Ermənistanın BMT Təhlükəsizlik Şurasındakı Laçın yolunda vəziyyətə

arrow Ətraflı
İran Ermənistana silah və dron ötürür like
  • 23 Avq 17:31  
Dünya İran Ermənistana silah və dron ötürür

İran Ermənistana silah və dron ötürərək onu Azərbaycanla qarşıdurmaya

arrow Ətraflı
Timati Rusiyada daha bir brendi satın almaq istəyir like
  • 23 Avq 17:20  
Şou-biznes Timati Rusiyada daha bir brendi satın almaq istəyir

Məşhur reper Timati Rusiyadakı "Domino's Pizza" şəbəkəsin

arrow Ətraflı
Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər like
  • 23 Avq 17:15  
Siyasət Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci

arrow Ətraflı
Eris variantı bu ölkədə sürətlə artır like
  • 23 Avq 17:09  
Dünya Eris variantı bu ölkədə sürətlə artır

6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizə dava

arrow Ətraflı
Türkiyənin Mersin limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb like
  • 23 Avq 16:26  
Digərləri Türkiyənin Mersin limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 23 milyon 699 m

arrow Ətraflı
SOCAR AQŞ, Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb like
  • 23 Avq 16:20  
Digərləri SOCAR AQŞ, Türkiyə Neft Şirkəti (TPAO) ilə qazma xidmətləri üzrə yeni müqavilə imzalayıb

Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-ni

arrow Ətraflı
Sevgili olduqlarını belə etiraf etdi like
  • 23 Avq 16:15  
Şou-biznes Sevgili olduqlarını belə etiraf etdi

Türkiyəli aktyor, aparıcı İbrahim Selim yeni eşq yaşayır.

arrow Ətraflı
QAİ Lüksemburqun XİN rəhbərinin Azərbaycana qarşı yönəlmiş açıqlamasını pisləyir like
  • 23 Avq 15:23  
Siyasət QAİ Lüksemburqun XİN rəhbərinin Azərbaycana qarşı yönəlmiş açıqlamasını pisləyir

Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana

arrow Ətraflı
Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?” like
  • 23 Avq 15:20  
Şou-biznes Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?”

Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə "Təsir Dairəsi&quo

arrow Ətraflı
Krım körpüləri dağılıb, Rusiya bu yola arxalanır like
  • 23 Avq 15:09  
Dünya Krım körpüləri dağılıb, Rusiya bu yola arxalanır

Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar

arrow Ətraflı
31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları like
  • 23 Avq 15:05  
Digərləri 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları

Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən 1969-cu il t�

arrow Ətraflı
Bütün bəşəriyyət üçün yeni ev  Barnard ulduzunun sirri like
  • 23 Avq 14:58  
Digərləri Bütün bəşəriyyət üçün yeni ev Barnard ulduzunun sirri

Yerin unikal olmadığını insanlar çoxdan təxmin edirdilər.

arrow Ətraflı