6cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bilet satışlarına başlayıb


Kriminal 21 Avq 2023 20:16:00 237 0

6cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bilet satışlarına başlayıb

Azərbaycan Animasiya Assosiasiyası və "PERİ FİLM" MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2023-cü il 6-10 sentyabr arası Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcəyini bildirib.

Xatırladaq ki, 6-cı ANİMAFİLM Festivalınına üç əsas proqram daxildir:

1. Müsabiqə proqramı: Festivala 46 ölkədən daxil olmuş 174 film arasından seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq. Bütün seçilmiş filmləri beynəlxalq münsiflər və uşaq tamaşaçılar qiymətləndirəcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq. Festivalın mükafat fondu 2300 ABŞ dolları təşkil edir.

2. Müsabiqədənkənar proqram: "Qadınların qadınlar üçün çəkdiyi filmlər" proqramı, Yaponiyanın "Ghibli" studiyasının "Oscar" mükafatına namizəd "Qırmızı tısbağa" ("The Red Turtle") və "Oscar" mükafatı qazanmış "Ruhlarla sovrulanlar" ("Spirited Away") tammetrajlı filmləri, mükafata layiq görülmüş Hindistan animasiya filmləri nümayiş etdiriləcək. Qeyd edək ki, "Qadınların qadınlar üçün çəkdiyi filmlər" tədbirində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfi haqqında çəkilmiş "Hədis" filmi, müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili Pərixanım Sofiyeva haqqında gürcü filmi nümayiş etdiriləcək.

3. Peşəkarlar üçün proqram: Bu proqram çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, masterklaslar və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində "Oscar" mükafatı qazanmış rejissor Michaël Dudok de Wit-in, kanadalı animator Matthew Lyon-un masterklasları, uşaqlar üçün isə gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana animasiya vörkşopları keçirəcək.

Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il bir sıra qapalı tədbirlər də təşkil olunacaq. Bunlara İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən "Animasiya filmləri vasitəsilə qadın haqları" adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın rejissor üçün avropalı mentorlar - isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər, individual görüşlər daxildir. Seçilmiş animasiya layihələri "ANIMAFILM School: Pitçinq müsabiqəsi"ndə ictimaiyyətə təqdim olunacaq. Pitçinq müsabiqəsinə izləyici kimi hər kəs qatıla bilər.

Festival gedişində, həmçinin, Azərbaycan milli animasiya sənayesinin kommersiyalaşdırılması və ixrac imkanları perspektivləri mövzusunda dəyirmi masa təşkil olunacaq.

Həmçinin, Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradılmasının 100 illiyi münasibətilə "Klassik Azərbaycan animasiya filmləri" tədbirində milli animasiyamızın inciləri olan filmlərin nümayişi keçiriləcək.

Festivalın baş sponsorları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi, əsas sponsoru isə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyidir. Festivalın digər sponsorları Niderland Krallığının Azərbaycandakı Səfirliyi və "TOTD/Tip Of The Day" icma mərkəzi və ictimaiyyətlə əlaqələr.

Builki festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, "Shahmaran Metaceramica", "Gender Hub Azerbaijan", Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, "Tripsome", "XPPen" şirkətidir.

Festivalın media tərəfdaşları bunlardır: "Skwigly" onlayn animasiya jurnalı, Mədəniyyət TV, Trend İnformasiya Agentliyi, Day.az, Milli.az, Azernews, "Əkinçi", "VarYox" və "KYNO" platformaları və CityLife.az.

Üstdən COVID 19la bağlı like
  • 21 Avq 20:12  
Digərləri Üstdən COVID 19la bağlı

COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.

arrow Ətraflı
Plastik əməliyyat etdirmiş azərbaycanlı kişi məşhurlar like
  • 21 Avq 20:06  
Şou-biznes Plastik əməliyyat etdirmiş azərbaycanlı kişi məşhurlar

Qadınların estetik əməliyytalara həvəsini bilirik. İndi kişilər də onl

arrow Ətraflı
Azərbaycanın bu bölgələrində qaz KƏSİLƏCƏK like
  • 21 Avq 19:57  
Digərləri Azərbaycanın bu bölgələrində qaz KƏSİLƏCƏK

Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatın

arrow Ətraflı
Tanınmış məşqçi həbs edildi like
  • 21 Avq 19:48  
Digərləri Tanınmış məşqçi həbs edildi

Sumqayıtda 7 yaşlı uşağın məşq zamanı müəllimi tərəfindən öldür�

arrow Ətraflı
Zelenski Yunanıstana səfər edib like
  • 21 Avq 19:39  
Dünya Zelenski Yunanıstana səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib.

arrow Ətraflı
Tavandan asılan dairədə rəqs edərkən YERƏ ÇIRPILDI  FOTO like
  • 21 Avq 19:30  
Şou-biznes Tavandan asılan dairədə rəqs edərkən YERƏ ÇIRPILDI FOTO

Türkiyənin tanınmış aktrisası tavandan asılan dairədə rəqs edərkən

arrow Ətraflı
Bergüzar Korel görünüşünü dəyişdi  Fotolar like
  • 21 Avq 19:18  
Şou-biznes Bergüzar Korel görünüşünü dəyişdi Fotolar

Türkiyəli aktrisa Bergüzar Korel görünüşündə dəyişiklik edib.

arrow Ətraflı
Kabildə güclü partlayış baş verdi like
  • 21 Avq 19:09  
Digərləri Kabildə güclü partlayış baş verdi

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

arrow Ətraflı
“Vaqner”ə qoşulan rusiyalı qatil qayıtdıqdan sonra gənc qıza təcavüz etdi like
  • 21 Avq 19:00  
Digərləri “Vaqner”ə qoşulan rusiyalı qatil qayıtdıqdan sonra gənc qıza təcavüz etdi

"Vaqner" özəl hərbi şirkətinə qoşulan rusiyalı qatil qayıtdı

arrow Ətraflı
Kişi həbsdəki oğluna "xüsusi" üsulla like
  • 21 Avq 18:52  
Kriminal Kişi həbsdəki oğluna "xüsusi" üsulla

Gəncədə kişi həbsdə olan oğluna narkotik keçirməyə cəhd edib.

arrow Ətraflı
Madonna yenicə barışdığı böyük oğlunu yeni sevgilisi ilə tanış edib like
  • 21 Avq 18:44  
Şou-biznes Madonna yenicə barışdığı böyük oğlunu yeni sevgilisi ilə tanış edib

Ötən həftə 65 yaşını qeyd edən Madonna oğlu Rokkonu ad günündə yeni

arrow Ətraflı
“İçərişəhərin həyatı” adlı foto müsabiqəyə start verildi like
  • 21 Avq 18:36  
Digərləri “İçərişəhərin həyatı” adlı foto müsabiqəyə start verildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azə

arrow Ətraflı
Moskvaya PUA hücumu: like
  • 21 Avq 18:33  
Dünya Moskvaya PUA hücumu:

Bu gün Moskvaya endirilən PUA zərbəsi zamanı xəsarət alanlar olub.

arrow Ətraflı
Dövlət borcunun həcmi artdı like
  • 21 Avq 18:22  
Siyasət Dövlət borcunun həcmi artdı

Hesabat dövrünün əvvəli ilə müqayisədə birbaşa xarici borc azalıb, bi

arrow Ətraflı
Xalq artistinin arvadı "Tanqo"nu öyrənmək üçün bu addımı atdı like
  • 21 Avq 18:11  
Şou-biznes Xalq artistinin arvadı "Tanqo"nu öyrənmək üçün bu addımı atdı

Xəbər verdiyimiz kimi, həm ziyarət, həm ticarət üçün Azərbaycanın Xal

arrow Ətraflı