Teatrdan qovuldu, Amaliya Pənahova onu xilas etdi


Kriminal 20 Avq 2023 12:00:00 256 0

Teatrdan qovuldu, Amaliya Pənahova onu xilas etdi

Son.az Kulis.az-a istinadən Xalq artisti Məhluqə Sadıqova haqqında maraqlı faktları təqdim edir.

Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel, 1917-ci ildə Şuşa şəhərində doğulub. Maddi səbəblərə görə 1930-cu ildə Bakıya köçüblər.

***

O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili aldığı illərdə isə rəqs və dram dərnəklərinə getməyə başlayıb. Məhluqə Sadıqova 1936-cı ildə Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş", "1905-ci ildə", "Göy quş", "Skapenin kələkləri", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Xanlar", "Günahsız müqəssirlər", "Şeyx Sənan", "Qış nağılı", "Vanya dayı", "Şeytanın şagirdi", "Nazirin xanımı", "Lənkəran xanının vəziri", "Qadın faciəsi", "Yalan", "Atayevlər ailəsi", "Şöhrət və ya unudulan adam" və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.

***

1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının ovaxtkı rəhbəri Həsənağa Turabov Məhluqə Sadıqova da daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. İşsiz qalan aktyorlar Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın dəvəti ilə Bələdiyyə Teatrında işə düzəlirlər.

Aktrisanın həmkarı Azad Şükürov müsahibələrinin birində bu barədə deyir:

"Aktyor səhnədə ölməlidir" deyirlər. Yaşı ilə əlaqədar onu Milli Dram Teatrından çıxaranda küsdü. Çünki o teatra sadəcə iş yeri kimi baxmırdı. Onun üçün Milli Dram Teatrı evi, doğma ocağı idi. İşdən çıxarılanda sanki doğmasından zərbə almışdı... Mən onu heç vaxt xəstə halda görmədim. Hamıdan qabaq gələr, ifa edəcəyi rola uyğun paltar geyinib oturardı. Hamımız təəccüb edirdik ki, hər dəfə belə tez gəlməyi, işə bu qədər məsuliyyətli olmağı necə bacarır... Gənclərə də deyirdi ki, işlərini sevsinlər, məsuliyyətlə yanaşsınlar. Tək işlə bağlı yox, elə digər məsələlərdə də gənclərdən məsləhətini əsirgəməzdi. Kimsə siqaret çəkəndə bir də görürdün ki, çağırıb bir kənara, tənbeh edir, deyir ki, səhhətinə ziyandır, olmaz. Açığı öz səhhətinə qarşı da məsuliyyətli idi. Soyuqda həmişə qalın geyinərdi ki, xəstə olmasın. Bəlkə, buna görə də biz onu yaşının çox olmasına baxmayaraq xəstə, pis vəziyyətdə görmədik".

Uzun illər Milli Dram Teatrında Məhluqə Sadıqova ilə birgə çalışmış Xalq artisti Rafiq Əzimov görkəmli aktrisanı belə xatırlayır:

"90-cı illərdə bir çox aktyor, aktrisalarımızı Dram Teatrından uzaqlaşdırdılar. İndinin özündə də həmin hadisə bizim qəlbimizdə ağrılı hadisə kimi qalır. Həmin illərdə bir çox istedadlı, qocaman sənətkarlarımız teatrdan uzaq düşdülər ki, onların arasında Məhluqə xanım da var idi. Lakin sağ olsun Amalya xanım, - 1992-ci il noyabrında Məhluqə Sadıqovanı Bələdiyyə teatrına dəvət etdi. Orada çalışdığı illərdə Məhluqə Sadıqova bir çox obrazları çox ustalıqla canlandırıb. Bələdiyyə teatrının Türkiyəyə tez-tez səfərləri olurdu. Biz eşidirdik ki, yaşının çoxluğuna baxmayaraq, Məhluqə Sadıqova böyük həvəslə həmin səfərlərdə təşkil olunan tamaşalarda çıxış edir".

Aktrisa 40 ildən çox Azərbaycan radiosunun "Bulaq" verilişinin aparıcılarından biri olub. 1969-cu ildə yaranan "Bulaq" verilişi üçün o zaman çox aparıcılar sınanıb saf-çürük olunduqdan sonra Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulağ"ın səsi kimi qəbul edilmişdi. Hər bazar günü eyni vaxtda - saat 19.30-da... Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi.

Məhluqə Sadıqova ilə Bələdiyyə teatrında birgə çalışmış Əməkdar artist Mahirə Yaqubova xatırlayır:

"Tənha qadınlar" tamaşasındakı Dihabəyim obrazını mənə verdilər. Bu rolu əvvəllər Məhluqə xanım oynamışdı. Tamaşanın məşqlərinə ara-sıra gəlir, otağın qapısından baxıb keçirdi. Mənə elə gəlirdi ki, onun obrazını canlandırdığım üçün məni qısqanır. Çünki həmin obrazı illərlə Məhluqə xanım çox ustalıqla canlandırmışdı. Tamaşanı səhnədə canlandıranda gördüm ki, o da zaldan məni izləyir. Tamaşa bitdikdən sonra yaxınlaşıb dedi ki, "xəstə idim, lakin gəlməliydim. Elə şeylər oldu ki, məndən yaxşı etdin". O sözündən sonra ürəkləndim, başa düşdüm ki, məni qısqanmır... Yaşı çox idi deyə, Amaliya xanım deyirdi ki, hər gün gəlməsin, yorular. Lakin evdə darıxdığını deyir, hər gün teatra gəlirdi. Amma zal soyuq olduğuna görə də çox otura bilmirdi, evə qayıdırdı. Xüsusilə, kimin maddi sıxıntısı var idisə, Məhluqə xanıma yaxınlaşırdı. O da deyirdi ki, mənə çox pul lazım deyil. Hətta bəzi hallarda verdiyi borcları da geri almırdı, deyirdi ki, gəncsən, özündə saxla, lazımın olar. Bəzən kənardan özü də müşahidə edirdi ki, kimin vəziyyəti pisdir. Heç ona müraciət etməmiş bir də görürdün ki, yanına çağırıb cibinə pul qoyur".

1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

***

Aktrisa 2003-cü il, avqust ayının 15-də Bakıda vəfat edib.

Son.az 

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu like
  • 20 Avq 11:56  
Siyasət Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı
"Yaxşı ki, başıma belə bir şey gəldi" like
  • 20 Avq 11:51  
Şou-biznes "Yaxşı ki, başıma belə bir şey gəldi"

Türkiyəli müğənni Oğuzhan Koç ilk dəfə aktrisa Demet Özdəmirlə boş

arrow Ətraflı
Məzuniyyət üçün ən gözəl seçimlər like
  • 20 Avq 11:40  
Digərləri Məzuniyyət üçün ən gözəl seçimlər

Yay gəldi, imtahanlar bitdi. Artıq şagirdlər məktəbdən, tələbələr is�

arrow Ətraflı
Xırdalanda müəllimin açıqlaması valideynlər arasında ÇAŞĞINLIQ YARADIB like
  • 20 Avq 11:31  
Digərləri Xırdalanda müəllimin açıqlaması valideynlər arasında ÇAŞĞINLIQ YARADIB

Söküntü ilə əlaqədar Xırdalan şəhərində yerləşən 8 nömrəli məkt

arrow Ətraflı
Mədəni təmizləmək mütləqdir like
  • 20 Avq 11:20  
Digərləri Mədəni təmizləmək mütləqdir

Gün ərzində yediyimiz qidaların mədə üçün zərərli tərəfləri də az

arrow Ətraflı
Lavrovun Qarabağla bağlı “14 maddəlik" tələsi... like
  • 20 Avq 11:11  
Siyasət Lavrovun Qarabağla bağlı “14 maddəlik" tələsi...

İnternetdə erməni mənbələrinə istinadən Sergey Lavrovun (Rusiya XİN rə

arrow Ətraflı
Bakıda ər arvadının xalası oğluyla yazışdığını öyrəndi, qətlə yetirdi like
  • 20 Avq 11:00  
Kriminal Bakıda ər arvadının xalası oğluyla yazışdığını öyrəndi, qətlə yetirdi

Bakıda 1993-cü il təvəllüdlü Talıb qısqanclıq zəminində yaranan müna

arrow Ətraflı
Tehran rejimi Urmu aksiyasına imkan verməyəcək like
  • 20 Avq 10:52  
Digərləri Tehran rejimi Urmu aksiyasına imkan verməyəcək

Hökumət Urmu gölünü qəsdən qurudur. Ona görə də millətin bu istiqamə

arrow Ətraflı
Xaricdə təhsil alanların diplomları bu formada TANINACAQ... like
  • 20 Avq 10:46  
Digərləri Xaricdə təhsil alanların diplomları bu formada TANINACAQ...

Xarici diplomların tanınması qaydaları təsdiqlənib.

arrow Ətraflı
Çin imperatorunun məzarı yaxınlığında alimləri təəccübləndirən tapıntı like
  • 20 Avq 10:35  
Digərləri Çin imperatorunun məzarı yaxınlığında alimləri təəccübləndirən tapıntı

Çin imperatorunun məzarı yaxınlığında 2200 illik nəhəng panda və tapir

arrow Ətraflı
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 45 min 975 ipoteka krediti verilib like
  • 20 Avq 10:24  
Digərləri İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 45 min 975 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kred

arrow Ətraflı
Yağışlar BU TARİXDƏ tədricən kəsiləcək like
  • 20 Avq 10:15  
Digərləri Yağışlar BU TARİXDƏ tədricən kəsiləcək

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun

arrow Ətraflı
Yol polisi sürücülərə xəbərdarlıq etdi like
  • 20 Avq 10:13  
Digərləri Yol polisi sürücülərə xəbərdarlıq etdi

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olan sürücülərə xəbərda

arrow Ətraflı
Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı like
  • 20 Avq 10:02  
Dünya Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı

Rusiyanın paytaxtı Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanları

arrow Ətraflı
Moskvaya dronlarla hücum cəhdi olub like
  • 20 Avq 09:51  
Dünya Moskvaya dronlarla hücum cəhdi olub

Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücum

arrow Ətraflı