"Muğam aləmi" Festivalında Misir, Hindistan və Yunanıstan sənətkarlarının çıxışları


Kriminal 23 İyn 2023 13:11:00 231 0

"Muğam aləmi" Festivalında Misir, Hindistan və Yunanıstan sənətkarlarının çıxışları

"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Misir, Hindistan və Yunanıstan sənətkarlarının çıxışları baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

Konsert proqramında məşhur misirli müğənni, musiqişünas, bəstəkar və virtuoz ud ifaçısı Mustafa Said özünün "Asil" adlı Müasir Ərəb Klassik Musiqi Ansamblı ilə çıxış edib. Maraqlısı odur ki, kollektivin tərkibində Mustafa Saidin özü kimi görmə məhdudiyyətli şəxslər də var idi.

O, karyerasını klassik ərəb repertuarına həsr etməklə yanaşı, yeni forma və səsləndirmələri də araşdırmaqda olan az sayda istedaddan biridir. Onun musiqiyə yanaşması XIX əsrin ikinci yarısında Aralıq dənizi ölkələrində mövcud olan musiqi ənənələrinə söykənir. Mustafa Saidin ənənəvi şərq irsindən ilham alan kompozisiyaları və interpretasiya formaları olduqca müasir yanaşma təqdim etməklə instrumental və vokal improvizasiyanı (təqsim) vurğulayır. O sağlamlıq vəziyyətinə baxmayaraq, uzun illərdir ki, Livanda Ali Musiqi Məktəbində ənənəvi ərəb ansambl musiqisini tədris edir. Həmçinin bir neçə sənədli və dram filmi üçün musiqi bəstələyib və bir çox beynəlxalq festivallarda iştirak edib.

"Bu, Bakıya ilk gəlişim deyil və burada musiqinin necə sevildiyini, sənətkarların necə səmimiyyət və mehribanlıqla qarşılandığını həmişə eşidir və hiss edirəm. Qədim ənənələrə malik Azərbaycan muğamını çox bəyənirəm. Bu, insana ən ali hisslər bəxş edən xüsusi, ruhani musiqidir", - Mustafa Said Trend Life-a müsahibəsində deyib.

Festivalın növbəti günü də bir sıra konsert proqramı keçirildi.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında UNESCO-nun xüsusi mükafatçısı, Yunanıstanın "En Chordais" musiqi ansamblı çıxış edib. Ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəaliyyət göstərir. Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır. Ansambl dünyanın ən tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır.

Azərbaycan Milli Konservatoriyasında Hindistanın məşhur vokalisti Varijashree Venugopal, violin ifaçısı, bəstəkar Jyotsna Srikanth, azərbaycanlı truba ifaçısı, bəstəkar Firudin Həmidovun çıxışları olub. Varijashree Venugopal uşaqlıqdan fenomen olub, belə ki, o yaş yarımlığında 40-a yaxın raqanı (qədim hind klassik musiqi növüdür), 4 yaşında isə artıq 200-ə yaxın raqanı ayırd edə bilmək kimi nadir bacarığa sahib idi. Onun yaradıcılığı klassik musiqi əsərlərinin digər janrlarla qarışdırılması ilə fərqlənir. Jyotsna Srikanth karnatik və qərb klassik musiqisi ifa etməklə heyrətamiz sintez yaradır. Onlarla hind filmlərində və teleseriallarda, "Discovery" və "National Geographic" kanallarının çəkdiyi sənədli filmlərdə iştirak edib, Kembric və Liverpul universitetlərində dərs deyir və musiqi festivallarının təşkili ilə məşğuldur. Firudin Həmidov eysid-caz, fank-caz, hip-hop və s. kimi müasir musiqi tərzlərində ifa edən populyar "H3 Collective" qrupunun təsisçisi və rəhbəridir.

"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı 18-25 iyun tarixlərində keçirilir. Festival çərçivəsində Bakının müxtəlif mədəniyyət mərkəzlərində, Şuşa şəhərinin tarixi meydanlarında və Ağcabədi şəhərində müxtəlif tədbirlər - müsabiqələr, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil olunub.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsində Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları keçirilir. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və qorumaq məqsədi daşıyır.

Tacirin meymuna qarşı etdiyi bu hərəkət aranı qarışdırdı like
  • 23 İyn 13:04  
Şou-biznes Tacirin meymuna qarşı etdiyi bu hərəkət aranı qarışdırdı

Müğənni Tacir Şahmaoğlunun sosial mediada yayılan videosu müzakirələrə

arrow Ətraflı
İlham Əliyev: Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır like
  • 23 İyn 13:00  
Siyasət İlham Əliyev: Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır

Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qa

arrow Ətraflı
Azərbaycan 4 günlük iş rejiminə keçir? like
  • 23 İyn 12:53  
Digərləri Azərbaycan 4 günlük iş rejiminə keçir?

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi

arrow Ətraflı
Prezident: Biz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq like
  • 23 İyn 12:26  
Siyasət Prezident: Biz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq

Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar h

arrow Ətraflı
“Ora camaatı da, polisi də çıxarıb “üzə qaz sıx”​ deyən eyni əldir” like
  • 23 İyn 12:20  
Digərləri “Ora camaatı da, polisi də çıxarıb “üzə qaz sıx”​ deyən eyni əldir”

"Qızıl mədəni də Amerikanındır, FETÖ-də Amerikada oturub. FETÖ-ç

arrow Ətraflı
Gədəbəydəki hadisələri bu şəxs təşkil edib?  SENSASİON SƏS YAZISI YAILDI like
  • 23 İyn 12:09  
Digərləri Gədəbəydəki hadisələri bu şəxs təşkil edib? SENSASİON SƏS YAZISI YAILDI

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcəd

arrow Ətraflı
#Kitabfest: “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb like
  • 23 İyn 11:52  
Şou-biznes #Kitabfest: “TikTok”da ədəbiyyata dair videolar 9 milyondan çox baxış toplayıb

"TikTok" Azərbaycanda ilk genişmiqyaslı #kitabfest ədəbiyyat layi

arrow Ətraflı
Türk Hava Yolları tarixi rekorda imza atıb like
  • 23 İyn 11:46  
Digərləri Türk Hava Yolları tarixi rekorda imza atıb

Türk Hava Yolları (THY) tarixində ən yüksək uçuş və sərnişin rekordu

arrow Ətraflı
Dilarə Əliyeva: “Yuxuda Oqtay dedi ki, yerim çox rahatdır” like
  • 23 İyn 11:42  
Şou-biznes Dilarə Əliyeva: “Yuxuda Oqtay dedi ki, yerim çox rahatdır”

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Əməkdar mədəniyy�

arrow Ətraflı
Yasamalda yanğın yerindən görüntülər like
  • 23 İyn 11:25  
Digərləri Yasamalda yanğın yerindən görüntülər

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşm

arrow Ətraflı
Azərbaycan İtaliyaya qaz tədarükünü təqribən iki dəfə artırıb like
  • 23 İyn 11:14  
Digərləri Azərbaycan İtaliyaya qaz tədarükünü təqribən iki dəfə artırıb

2023-cü ilin aprelində Azərbaycan İtaliyaya 814 milyon 775 min kubmetr təbi

arrow Ətraflı
Qazinin çənəsini qıran idmançı ilə bağlı QƏRAR VERİLDİ like
  • 23 İyn 11:05  
Kriminal Qazinin çənəsini qıran idmançı ilə bağlı QƏRAR VERİLDİ

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qa

arrow Ətraflı