16 yaşlı yeniyetmə anasını yatdığı yerdə... Bakıdakı QƏTLİN TƏFƏRRÜATI FOTO


Kriminal 23 İyn 2023 00:24:00 237 0

16 yaşlı yeniyetmə anasını yatdığı yerdə...  Bakıdakı QƏTLİN TƏFƏRRÜATI  FOTO

Bakıda anasını qısqanclıq zəminində güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Maarif Əliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Son.az Ölkə.Az-a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Sabunçu rayonun Zabrat-2 qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. Daha sonra polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən olunub ki, Maarif Əliyev anası Mədinə Qurbanovanın dəfələrlə başqa kişilərlə mobil telefonla intim məzmunlu ünsiyyətdə olmasından xəbərdar olub.

O, anasının telefonunda olan proqramı onun xəbəri olmadan öz mobil telefonuna köçürüb. Beləliklə, gələn mesajları oxuya bilib. Anasının bir nəfər oğlanla yazışdığının və bir-birlərinə sevgi mesajları göndərdiklərinin şahidi olub.

Təqsirləndirilən Maarif Əliyevin babası M.Əliyev ifadəsində bildirib ki, sonuncu dəfə Mədinə ayaqyolunda telefonla danışarkən başqa kiməsə "mən də səni sevirəm" deyib. Oğlu bunu eşidib və çox əsəbiləşib:

"Gecə yatmaq vaxtı gələndə Mədinə divanda uzanıb, uşağı (nəvəsini) də yanına qoyub. Sən demə, bu zaman oğlan anasının yatmağını gözləyirmiş. Gecə mənim ov tüfəngimi sakitcə götürüb, necə vurubsa, eşitməmişik. Tüfəngi başına dirədikdən sonra atəş açıb. Yaxından atəş açdığı üçün tüfəngin səsi eşidilməyib. Evdə onlardan başqa mən və iki qız nəvəm olmuşuq. 18 yaşında olan qız nəvəm də səs eşitməyib. Səhər yuxudan ayılanda gördük ki, Mədinə ölüb, yer qan içindədir.

Maarif Əliyevin sözlərinə görə, anasını öldürmək qərarına gəlməkdə hər hansı şəxsin ona təsiri olmayıb. Sadəcə olaraq anasının ailəli qadın kimi onun yaşında oğlu olmasına baxmayaraq başqaları ilə məhəbbət məzmunlu ünsiyyət saxlaması və bu davranışların yaxınları arasında yayılması cavan oğlan kimi şəxsiyyətinə toxunub.

Buna görə də, anası olsa belə, sonuncunu cəzalandırmaq istəyib. 

Məhkəmə belə nəticəyə gəlib ki, Maarif Əliyev əməli CM-nin 120.2.4-cü (xusüsi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu ( aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Bu səbəbdən o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır.

Məhkəmə hesab edib ki, cinayəti törədərkən yetkinlik yaşına çatmadığından CM-nin 85.5-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası 10 ildən çox olmayan müddətə təyin edlməlidir. 

Sonda məhkəmənin hökmü ilə Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ajda Pekkan bu addımı ilə görənləri TƏƏCCÜBLƏNDİRDİ  FOTO like
  • 23 İyn 00:12  
Şou-biznes Ajda Pekkan bu addımı ilə görənləri TƏƏCCÜBLƏNDİRDİ FOTO

İllərə meydan oxuyan, fit görünüşü ilə diqqətləri üzərinə cəmləy

arrow Ətraflı
Günün qoroskopu: Təcrübəli insanlardan məsləhət almağı unutmayın like
  • 23 İyn 00:01  
Digərləri Günün qoroskopu: Təcrübəli insanlardan məsləhət almağı unutmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Gədəbəydə AĞIR QƏZA  Avtomobillər toqquşdu, 11 nəfər... like
  • 22 İyn 23:55  
Digərləri Gədəbəydə AĞIR QƏZA Avtomobillər toqquşdu, 11 nəfər...

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

arrow Ətraflı
İmişlinin ən böyük kəndi suya həsrətdir...  VİDEO like
  • 22 İyn 23:51  
Digərləri İmişlinin ən böyük kəndi suya həsrətdir... VİDEO

10 minə yaxın əhalisi olan kənd suya  həsrət qalıb.

arrow Ətraflı
Bakıdan Naxçıvana uçuşlar qeyrimüəyyən müddətə təxirə salınıb like
  • 22 İyn 23:43  
Digərləri Bakıdan Naxçıvana uçuşlar qeyrimüəyyən müddətə təxirə salınıb

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti "Azərba

arrow Ətraflı
"İnsanlar "Allah mübarək etsin" deyirdi, məni ağlamaq tuturdu"  Aynur Dadaşova like
  • 22 İyn 23:39  
Şou-biznes "İnsanlar "Allah mübarək etsin" deyirdi, məni ağlamaq tuturdu" Aynur Dadaşova

Müğənni Aynur Dadaşova bir vaxtlar dost olduğu həmkarı Niyam Salami ilə

arrow Ətraflı
Laçında ayı sakinə hücum etdi  VİDEO like
  • 22 İyn 23:33  
Digərləri Laçında ayı sakinə hücum etdi VİDEO

Laçında ayı sakinə hücum edib.

arrow Ətraflı
Yeni təhlükəli virus yayıldı  XƏBƏRDARLIQ  400dən çox yoluxan var like
  • 22 İyn 23:28  
Dünya Yeni təhlükəli virus yayıldı XƏBƏRDARLIQ 400dən çox yoluxan var

Tailandda turistlərə yeni təhlükəli virusun - çikunqunyanın yayılması i

arrow Ətraflı
Ay Yerdən uzaqlaşır? like
  • 22 İyn 23:22  
Digərləri Ay Yerdən uzaqlaşır?

Ay tədricən planetimizdən uzaqlaşır. Düzdür, bu, çox aşağı sürətlə

arrow Ətraflı
“Titanik”i görmək istəyən batiskafın ekipajından XƏBƏR VAR like
  • 22 İyn 23:15  
Digərləri “Titanik”i görmək istəyən batiskafın ekipajından XƏBƏR VAR

ABŞ Sahil Mühafizəsi itkin düşən Titan batiskafının ekipajının öldüy

arrow Ətraflı
Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub  FOTO like
  • 22 İyn 23:03  
Siyasət Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub FOTO

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri Vilayət Eyvazov və Ali

arrow Ətraflı
Varlılar üçün dünyanın ən bahalı 10 şəhərinin adı açıqlandı  FOTO like
  • 22 İyn 23:00  
Dünya Varlılar üçün dünyanın ən bahalı 10 şəhərinin adı açıqlandı FOTO

Varlılar üçün dünyanın ən bahalı 10 şəhərinin adı açıqlanıb.  

arrow Ətraflı
20 yaş cavan görünməyinin sirri AÇIQLANDI  FOTO like
  • 22 İyn 22:52  
Dünya 20 yaş cavan görünməyinin sirri AÇIQLANDI FOTO

Britaniyalı yoqa təlimatçısı Ueyn Leal 60 yaşından sonra sağlam və güm

arrow Ətraflı