6cı Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri açıqlandı FOTO


Kriminal 22 İyn 2023 17:50:00 256 0

6cı Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri açıqlandı  FOTO

İyunun 22-də "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib.

Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.

Qaliblərə mükafatlar "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalının iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində təqdim ediləcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat olub.

Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Özbəkistan bu müsabiqədə çox fəal idi. Seçimlər ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb.

Qeyd edək ki, "Muğam aləmi" 6-cı Büynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

XİNdən Paşinyana cavab like
  • 22 İyn 17:25  
Siyasət XİNdən Paşinyana cavab

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclas�

arrow Ətraflı
Ombudsmandan Ermənistanda əsir götürülən hərbi qulluqçularımızla bağlı müraciət like
  • 22 İyn 17:24  
Siyasət Ombudsmandan Ermənistanda əsir götürülən hərbi qulluqçularımızla bağlı müraciət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
“Ofeliya Aslan dedi ki, arzusu oğlunun ondan tez ölməsidir”  VİDEO like
  • 22 İyn 17:22  
Şou-biznes “Ofeliya Aslan dedi ki, arzusu oğlunun ondan tez ölməsidir” VİDEO

Aparıcı və ekstrasenst İlham Mirzəyev mərhum aktrisa Ofeliya Aslanla bağl

arrow Ətraflı
Bu ölkədə 25 min kişini axtaladılar  Səbəb təəccübləndirir like
  • 22 İyn 17:10  
Dünya Bu ölkədə 25 min kişini axtaladılar Səbəb təəccübləndirir

Yaponiyada İkinci dünya müharibəsindən sonra 1948 və 1996-də illərdə q�

arrow Ətraflı
Milli Məclisin deputatı dövlətin mövqeyini bilir?  VİDEO like
  • 22 İyn 16:58  
Digərləri Milli Məclisin deputatı dövlətin mövqeyini bilir? VİDEO

Milli Məclisdəki deputatlar arasında danışmamaları danışmalarından, sü

arrow Ətraflı
19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş like
  • 22 İyn 16:26  
Digərləri 19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul ola

arrow Ətraflı
Müdafiə Nazirliyi daha bir məlumat yaydı like
  • 22 İyn 16:18  
Digərləri Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun

arrow Ətraflı
Köndələnçay su anbarının quruduğu doğrudur?  AÇIQLANDI like
  • 22 İyn 15:28  
Digərləri Köndələnçay su anbarının quruduğu doğrudur? AÇIQLANDI

Sosial şəbəkələrdə Füzuli rayonunda yerləşən Köndələnçay su anbar�

arrow Ətraflı
Quru sərhədlərlə bağlı açıqlama: iyulun 1də... like
  • 22 İyn 15:06  
Digərləri Quru sərhədlərlə bağlı açıqlama: iyulun 1də...

Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyu

arrow Ətraflı
Aysel keçmiş həyat yoldaşını biabır etdi  tək qadın olmaq çətindir  FOTO like
  • 22 İyn 15:04  
Şou-biznes Aysel keçmiş həyat yoldaşını biabır etdi tək qadın olmaq çətindir FOTO

Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib. 

arrow Ətraflı
"Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək" like
  • 22 İyn 14:54  
Digərləri "Laçın rayon prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək"

Bu gün Laçın rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki,

arrow Ətraflı