“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalında Cadenza Orkestri çıxış edib


Kriminal 22 İyn 2023 12:21:00 261 0

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalında Cadenza Orkestri çıxış edib

"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.

Son.az-ın xəbərinə görə, gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Cadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği.

Daş Salnamə Muzeyində isə "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində özbək milli klassik musiqi ənənəsini davam etdirən müğənni və musiqiçi İlyos Arabov və Tacik dövlət ansamblının solisti, 5-ci Beynəlxalq Muğam Festivalında solo ifa nominasiyası üzrə laureat Sardor Soliyev çıxış ediblər.

Daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim edilib. Səhnəyə İordaniyanın tanınmış vokalçısı Macadi Nahhas və caz pianoçusu Tural Rafael çıxıblar.

İordaniyada anadan olan Macadi Nahhas Beyrut Musiqi Konservatoriyasının məzunudur. O, musiqi karyerasına 1997-ci ildə Jerash festivalında ilk canlı ifası ilə başlayıb. Onun musiqisi ərəb melodiyalarını Kuba və latın cazı ilə birləşdirir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Tural Rafael piano ifaları ilə tanınır. O, Azərbaycan və xaricdə keçirilən festivalların iştirakçısıdır.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfər edib  FOTO like
  • 22 İyn 11:56  
Siyasət Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycana səfər edib FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti

arrow Ətraflı
Yanvarmay aylarında Türkiyənin Ayvalık limanı yüzdən çox gəmi qəbul edib like
  • 22 İyn 11:29  
Digərləri Yanvarmay aylarında Türkiyənin Ayvalık limanı yüzdən çox gəmi qəbul edib

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Balıkesir şəhərində yerlə

arrow Ətraflı
Cığatel düşmən olduğu Nazilənin adını eşidib efirdə güldü like
  • 22 İyn 10:49  
Şou-biznes Cığatel düşmən olduğu Nazilənin adını eşidib efirdə güldü

Şairə və qiraətçi Cığatel İsaqızı "qanlı bıçaq" olduğu h

arrow Ətraflı
Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı like
  • 22 İyn 10:46  
Digərləri Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı

Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insid

arrow Ətraflı
Qərbin Azərbaycan sərhədlərində TƏXRİBAT HAZIRLIĞI like
  • 22 İyn 10:38  
Siyasət Qərbin Azərbaycan sərhədlərində TƏXRİBAT HAZIRLIĞI

Aİ-nin mülki missiyası Ermənistanın Azərbaycanla sərhədində fəaliyyət

arrow Ətraflı
İnsult keçirən Nisə Qasımova aylar sonra EFİRƏ ÇIXDI like
  • 22 İyn 10:27  
Şou-biznes İnsult keçirən Nisə Qasımova aylar sonra EFİRƏ ÇIXDI

Bir müddət əvvəl insult keçirərək danışıq qabiliyyətini itirən Xalq

arrow Ətraflı
Bu məlumatların qeyriqanuni açıqlanması qadağan edilir like
  • 22 İyn 10:16  
Digərləri Bu məlumatların qeyriqanuni açıqlanması qadağan edilir

Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əm�

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti may ayından ilk dəfə 80 dolları ötüb like
  • 22 İyn 10:13  
Digərləri Azərbaycan neftinin qiyməti may ayından ilk dəfə 80 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin

arrow Ətraflı
Bakıda yanan avtomobilin söndürülməsinin görüntüləri like
  • 22 İyn 10:02  
Digərləri Bakıda yanan avtomobilin söndürülməsinin görüntüləri

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yasama

arrow Ətraflı
Yanvarmay aylarında İskenderun limanı 19 milyon tondan çox yük qəbul edib like
  • 22 İyn 09:51  
Digərləri Yanvarmay aylarında İskenderun limanı 19 milyon tondan çox yük qəbul edib

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İskenderun limanı 19 milyon 2

arrow Ətraflı
Xocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu like
  • 22 İyn 09:48  
Siyasət Xocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu

İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri G

arrow Ətraflı
Nəsrin toya geyindiyi açıqsaçıq libası ilə GÜNDƏMDƏ like
  • 22 İyn 09:44  
Şou-biznes Nəsrin toya geyindiyi açıqsaçıq libası ilə GÜNDƏMDƏ

Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə anası ilə b

arrow Ətraflı
"Azərbaycanla birgə ortaq layihələrimiz olacaq" like
  • 22 İyn 09:39  
Siyasət "Azərbaycanla birgə ortaq layihələrimiz olacaq"

Azərbaycanla birgə ortaq layihələrimiz olacaq.

arrow Ətraflı