Heydər Əliyev Mərkəzində caz günləri başlayır


Kriminal 20 İyn 2023 12:52:00 241 0

Heydər Əliyev Mərkəzində caz günləri başlayır

İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

Artıq 5-ci dəfərdir ki, təşkil edilən festival qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakı da bu mənada istisna deyil. Konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə festivalın əsas məqsədinə - caz musiqisini daha geniş auditoriyaya təbliğ etməyə xidmət edir.

Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.

Festivalın açılışında - iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşaiyət edəcək. Bu dəfə orkestr fərqli ampluada təqdim edilərək klassika və cazın bir-birinə uyğun janrlar olduğunu sübut edəcək.

Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq. Elçin Şirinov 4 il ərzində İsrailin tanınmış "Avişai Kohen trio"sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. İndi isə o, israilli musiqiçilərlə yeni layihə üzərində işləyir və onun doğma şəhərində nümayişini səbirsizliklə gözləyir.

Festivalın ulduzu və cazsevərlər üçün əsl hədiyyə isə musiqinin bu janrının korifeyi Kuinsi Consun komandasından olan, Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin trio ilə dünya turnesi çərçivəsində Bakıya gəlişi olacaq. Onların çıxışları festivalın ikinci gününə - iyulun 4-nə təsadüf edir. Konsert Heydər Əliyev Mərkəzinin Auditorium zalında baş tutacaq.

Gürcüstanı Bakı caz günlərində pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze təmsil edəcək. İyulun 5-də o, Heydər Əliyev Mərkəzinin parkında Fransadan olan musiqiçilər Francois Moutin və Rafael Pannierlə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

Son.az 

Naxçıvanda daha bir vəzifəli şəxs like
  • 20 İyn 12:51  
Digərləri Naxçıvanda daha bir vəzifəli şəxs

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi vəzifəsindən aza

arrow Ətraflı
Nikol Paşinyan 44 günlük müharibə zamanı Putinlə 60 dəfə telefonla danışıb like
  • 20 İyn 12:40  
Siyasət Nikol Paşinyan 44 günlük müharibə zamanı Putinlə 60 dəfə telefonla danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Rusiya

arrow Ətraflı
Qurbanlıq heyvanların QİYMƏTİ neçəyə olacaq? like
  • 20 İyn 12:29  
Digərləri Qurbanlıq heyvanların QİYMƏTİ neçəyə olacaq?

İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.

arrow Ətraflı
Bakıda əsasən yağmursuz, rayonlarda isə... like
  • 20 İyn 12:26  
Digərləri Bakıda əsasən yağmursuz, rayonlarda isə...

İyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi tətbiq olunacaq like
  • 20 İyn 12:18  
Digərləri Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi tətbiq olunacaq

Tezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək

arrow Ətraflı
Paşinyan 9 noyabr bəyanatını necə imzalamasından danışdı: "Şuşanın əldən çıxması..." like
  • 20 İyn 12:13  
Siyasət Paşinyan 9 noyabr bəyanatını necə imzalamasından danışdı: "Şuşanın əldən çıxması..."

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtləri

arrow Ətraflı
Anası xalq artisti Röyadan niyə 7000 dollar istəyib? like
  • 20 İyn 12:07  
Şou-biznes Anası xalq artisti Röyadan niyə 7000 dollar istəyib?

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə c�

arrow Ətraflı
Türkiyə əlavə iki döyüş təyyarəsinin istehsalına başlayıb like
  • 20 İyn 11:56  
Digərləri Türkiyə əlavə iki döyüş təyyarəsinin istehsalına başlayıb

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yarad

arrow Ətraflı
Bunu etsəniz, 3 il həbs olunacaqsınız like
  • 20 İyn 11:51  
Digərləri Bunu etsəniz, 3 il həbs olunacaqsınız

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edili

arrow Ətraflı
Ermənilərdən özlərini aşağılayan QƏRAR  Paşinyanın yeni “xoxan” yaratmaq planı like
  • 20 İyn 11:48  
Siyasət Ermənilərdən özlərini aşağılayan QƏRAR Paşinyanın yeni “xoxan” yaratmaq planı

Arazdəyəndə inşa edilməkdə olan metallurgiya zavodunda Birləşmiş Ştatl

arrow Ətraflı
İtən qayıqdan paylaşım etdi  “Xilasediciləri gözləyirik” like
  • 20 İyn 11:44  
Dünya İtən qayıqdan paylaşım etdi “Xilasediciləri gözləyirik”

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gə

arrow Ətraflı
Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq like
  • 20 İyn 11:37  
Digərləri Paytaxt avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq

Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olaca

arrow Ətraflı
Yanvarmay aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daşınıb like
  • 20 İyn 11:33  
Digərləri Yanvarmay aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daşınıb

Yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 tondan çox yük daş

arrow Ətraflı
Qərbi Azərbaycan İcması: "Ermənistan barışıq çağırışlarımıza cavab vermir" like
  • 20 İyn 11:30  
Siyasət Qərbi Azərbaycan İcması: "Ermənistan barışıq çağırışlarımıza cavab vermir"

Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat

arrow Ətraflı