Dilarə Əliyeva: “Oqtayla həmin gün bağa getməli deyildik” VİDEO


Şou-biznes 19 İyn 2023 17:34:00 254 0

Dilarə Əliyeva: “Oqtayla həmin gün bağa getməli deyildik”  VİDEO

"Biz həmin gün bağa getməli deyildik. Heç mən də getmək istəmirdim. Çünki ora bir gün əvvəl getmişdik. Qəşəng tonqal qalayıb, Novruz bayramını da qeyd etdik. Həmin gün Oqtayın işi çox idi və özü də yorğun idi. Ora getməməli idik. O, çox israrla bağa getmək istəyirdi. Nə yaxşı ki, onunla mən də getdim. Əgər Oqtay bağa mənsiz getsəydi və başına belə bir hadisə gəlsəydi, özümü heç zaman bağışlamazdım. Deyərdim ki, bəlkə o hadisə yerində olsaydım, nəsə edə bilərdim". 

Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "YouTube"da yayımlanan "AStar" layihəsinə müsahibəsində deyib.

Dəhşətli qəzada həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi, "Soy production"un rəhbəri Oqtay Əliyevi itirən sənətçi həmin hadisəni danışaraq, göz yaşlarına qərq olub:

"Bağa gedəndə hər şey yaxşı idi. Mənə "Yenə gedək" dedi. Mən də onun uşaq kimi sevinməyini bilirəm axı. Dəyişməyə cəhd göstərmədim. Çünki Oqtayı dəyişmək qeyri-mümkün idi. Ən yaxşı halda münasibətini dəyişə bilərsən. Mən də onun ürəyincə olsun deyə, bağa getməyə razılığımı verdim. Getdik... Həmin an mən arxada idim, Oqtay isə sükan arxasında. Mehriban Zəkini isə Oqtay birinci götürmüşdü. Zəng elədim Mehribana dedim ki, bağa gedəcəyik, istəyirsən bizlə gedək. O isə cavabında evdə və boş olduğunu söylədi. Mehribanın arxasınca gedib. Avtomobili saxlayıb, Mehribana deyib ki, qabaqda əyləş, bir də fırlanma. O isə "Bura Dilarənin yeridir" deyib. Oqtay isə "Nə fərqi var. Əyləş" deyib.

Beləcə Mehriban qabaqda əyləşib. Mənim arxamca gələndə isə gördüm ki, Mehriban qabaqda oturub, keçdim arxaya. Yolda dedik-güldük, zarafatlar etdik. Oqtay çox gözəl avtomobil idarə edirdi. Yolda üç-dörd dəqiqə Oqtayla danışmadıq. Hər şey yolunda idi. Birdən gördük ki, avtomobil sürətləndi. Avtomobilin sürətlənməyindən biz qışqırdıq.

Mehriban bir yana, mən isə bir yana başladıq Oqtayı çağırıb, qışqırmağa. Maşın yoldan çıxdı və aşdı. Yəni maşının sürətlənməsi, bizim qışqırmağımız, hadisəni dəyərləndirməklə dərk etmək arasında zaman olmadı və dərhal avtomobil bardürə dəyib, aşdı. Gözümü açdım, qalanını da özünüz bilirsiniz".  

Dilarə həyat yoldaşı Oqtayı qəzada itirdiyinə hələdə inanmadığını və anlamaq istəmədiyini bildirib:  

"Gözümü açanda Oqtayı artıq avtomobildən çıxartmışdırlar. Mehribanı da qanın içində avtomobildən çıxartdılar. Sonra mən özüm maşından çıxdım. Həmin an bilmədim nələr oldu. Mənə heç bir şey olmadı. Oqtayın yanına getmək istəyəndə insanlar ona yaxınlaşmağa qoymadılar. Orada bilmədim... Qoymadılar ki, ona toxunaram... Onun yanına getdikcə məni aparmaq istəyirdilər. Mən də "Yaxşı getmirəm" deyib, dayandım, gözlədim.

Həmin an isə bilmədim ki, Oqtay artıq yoxdur. Mənə demədilər ki, Oqtay ölüb. Dedilər ki, vəziyyəti yaxşı deyil, təcili tibbi yardım vasitəsi ilə onu xəstəxanaya aparacaqlar. Sonda zorla onu ora apardılar. İndi çözürəm, düşünürəm ki, (ağlayır) anlamaq istəmirdim. İnanmaq istəmirdim ki, bu hadisə baş verib. O anda isə istəyirdim ki, məni balaca uşaq kimi aldatsınlar. Nə bilim... Həmin vaxt anlanmaq istəyirdim ki, desinlər ki, belə bir şey yoxdur. İndi hazırda danışıram, gedirəm, yoxdur.... (ağlayır) Hərdən fikirləşirəm ki, nə baş verdiyini sona kimi anlamıram.

Sonra deyirəm ki, anlamamağım daha yaxşıdır. Verilişimdə qalaq-qalaq monoloqlar deyirəm. Orada deyirəm ki, ən gözəl dərman zamandır. Bəlkə də o zaman özü mənə yavaş-yavaş hər şeyi anladacaq".  

Aktrisa müsahibəsində tibbi ekspertizanın qərarını da açıqlayıb:  

"Tibbi ekspertizanın qərarı çıxdı. Bilmədilər ki, Oqtay həmin an bayılıb, yoxsa təzyiqi qalxıb-düşüb. Nə baş verib bunu espert deyə bilmir. Yalnız onu dedilər ki, qəza zamanı aldığı travmalardan yerində keçinib. Düz yolda nə baş verdi Oqtaya, biz bilmirik. Oqtayın ciddi mənada səhhəti ilə bağlı şikayəti olmayıb. Deyəsən ki, ürəyində, başında problemı olub, xeyr, belə bir problemləri olmayıb. Sadəcə Oqtay biraz çəki almışdı. Vəssalam". 

Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki aldığı ciddi bədən xəsarətlərindən bir müddət xəstəxanada müalicə alıb.

Qadınların pensiya məbləği artırıla bilər  Azərbaycan like
  • 19 İyn 17:22  
Digərləri Qadınların pensiya məbləği artırıla bilər Azərbaycan

Ötən gün Milli Məclisdə qadınlarla kişilər arasında pensiya məbləğin

arrow Ətraflı
Ana və qızlarının meyitlərini parçalayan qatil qəssablardan like
  • 19 İyn 17:10  
Digərləri Ana və qızlarının meyitlərini parçalayan qatil qəssablardan

Ötən gün bir evdən 4 nəfərin meyitinin tapılması barədə məlumat vermi

arrow Ətraflı
Bu şəxslərə 500 manat veriləcəyi ilə bağlı mesajlar barədə rəsmi açıqlama like
  • 19 İyn 17:08  
Digərləri Bu şəxslərə 500 manat veriləcəyi ilə bağlı mesajlar barədə rəsmi açıqlama

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına

arrow Ətraflı
MAXE özünü öldürdü like
  • 19 İyn 17:06  
Digərləri MAXE özünü öldürdü

Azərbaycan Ordusunun əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb.

arrow Ətraflı
"Instagram"da tanış olduğu şəxs narkotik satdırdı  VİDEO like
  • 19 İyn 16:58  
Kriminal "Instagram"da tanış olduğu şəxs narkotik satdırdı VİDEO

Binəqədi rayonunda "Instagram" sosial şəbəkəsində tanış oldu�

arrow Ətraflı
Düşmən atəş açarkən biz silahsız idik  Laçın postunda yaralanan hərbçimiz  FOTO like
  • 19 İyn 16:52  
Digərləri Düşmən atəş açarkən biz silahsız idik Laçın postunda yaralanan hərbçimiz FOTO

Ermənilərin iyun ayının 15-də Laçın sərhəd-buraxılış məntəqəsini

arrow Ətraflı
Bu Qanuna dəyişiklik təsdiqləndi like
  • 19 İyn 16:50  
Siyasət Bu Qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2023-cü il bü

arrow Ətraflı
DSMFnin gəlir və xərcləri artırıldı like
  • 19 İyn 16:48  
Digərləri DSMFnin gəlir və xərcləri artırıldı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan�

arrow Ətraflı
Son sutkada 2 nəfər yoluxdu like
  • 19 İyn 16:40  
Digərləri Son sutkada 2 nəfər yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxm

arrow Ətraflı
Kifayət Məmmədova yüksək vəzifəyə like
  • 19 İyn 16:22  
Digərləri Kifayət Məmmədova yüksək vəzifəyə

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin dire

arrow Ətraflı
İran Paşinyanı pis vərdişə qurşandırdı like
  • 19 İyn 16:10  
Siyasət İran Paşinyanı pis vərdişə qurşandırdı

Rəsmi İrəvanın indiki hərəkətləri yüksək dozalı narkotikin təsiri al

arrow Ətraflı
Muğam Mərkəzində Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək like
  • 19 İyn 15:56  
Kriminal Muğam Mərkəzində Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk

arrow Ətraflı