Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub FOTO


Siyasət 28 May 2023 17:15:00 170 0

Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub  FOTO

Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.

Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.

Məlumat verildi ki, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.

Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.

Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.

X X X

Prezident İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu.

Qeyd edək ki, ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.

Son.az 

Azərbaycan üçün əlimizdən gələni edirik like
  • 28 May 16:51  
Dünya Azərbaycan üçün əlimizdən gələni edirik

Azərbaycan, Kipr, Liviya, Kosova və Bosniyadakı qardaşlarımız üçün əli

arrow Ətraflı
Laçın şəhərinə qayıdış başlandı like
  • 28 May 16:49  
Digərləri Laçın şəhərinə qayıdış başlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu

arrow Ətraflı
"Yunan burun" nədir, plastik əməliyyatla düzəldilə bilərmi? like
  • 28 May 16:20  
Digərləri "Yunan burun" nədir, plastik əməliyyatla düzəldilə bilərmi?

Bu yaxınlarda məşhur rinoplastika əməliyyatına yenilik gəlib. Yunan burn

arrow Ətraflı
Masallıda dəhşətli olay: "Əmim qızı gecə özü yatağıma gəldi..." like
  • 28 May 16:00  
Kriminal Masallıda dəhşətli olay: "Əmim qızı gecə özü yatağıma gəldi..."

Masallı rayonunda 1993-cü il təvəllüdlü Fərid doğma əmisi qızı, 2000-

arrow Ətraflı
NATO Ukrayna ilə bağlı razılığa gələ bilmədi like
  • 28 May 15:51  
Dünya NATO Ukrayna ilə bağlı razılığa gələ bilmədi

NATO ölkələri Ukraynanın bloka daxil olması ilə bağlı razılığa gələ

arrow Ətraflı
Mini ətəklər necə kombinlənməlidir? like
  • 28 May 15:20  
Digərləri Mini ətəklər necə kombinlənməlidir?

Midi ətəklər qadınların vazkeçilməzləri arasındadır. Bir çox qadın b

arrow Ətraflı
Kiyevi 12 günə ala bilərəm like
  • 28 May 14:51  
Dünya Kiyevi 12 günə ala bilərəm

Rusiya Silahlı Qüvvələrinin baş komandanı təyin olunsam, Kiyevi ala bilə

arrow Ətraflı
Prezident: On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu like
  • 28 May 14:47  
Siyasət Prezident: On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu

Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayo

arrow Ətraflı
Rusiya Zəngəzurda konsulluq açacaq like
  • 28 May 14:45  
Siyasət Rusiya Zəngəzurda konsulluq açacaq

Rusiya Zəngəzurda konsulluq açacaq.

arrow Ətraflı
Azərbaycan Prezidenti: Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır like
  • 28 May 14:44  
Siyasət Azərbaycan Prezidenti: Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır

Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətl

arrow Ətraflı
Türkiyədə seçkilərlə bağlı təxribat xarakterli paylaşım edənlər araşdırılır like
  • 28 May 14:43  
Digərləri Türkiyədə seçkilərlə bağlı təxribat xarakterli paylaşım edənlər araşdırılır

Türkiyədə prezident seçkiləri ilə bağlı sosial media hesablarında təxr

arrow Ətraflı
Sarıköklə dərini gözəlləşdirin like
  • 28 May 14:40  
Digərləri Sarıköklə dərini gözəlləşdirin

Mətbəxdə çox istifadə olunan sarıkökün gözəllik üçün xeyirli vasit�

arrow Ətraflı
SEPAHın qərargahı partladıldı like
  • 28 May 14:31  
Digərləri SEPAHın qərargahı partladıldı

İranda SEPAH-ın qərargahı partladılıb.

arrow Ətraflı