Laçın şəhərinə qayıdış başlandı


Digərləri 28 May 2023 16:49:00 162 0

Laçın şəhərinə qayıdış başlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülür. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksindən yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib.

Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Laçın şəhərinə ilk ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

"Yunan burun" nədir, plastik əməliyyatla düzəldilə bilərmi? like
  • 28 May 16:20  
Digərləri "Yunan burun" nədir, plastik əməliyyatla düzəldilə bilərmi?

Bu yaxınlarda məşhur rinoplastika əməliyyatına yenilik gəlib. Yunan burn

arrow Ətraflı
Masallıda dəhşətli olay: "Əmim qızı gecə özü yatağıma gəldi..." like
  • 28 May 16:00  
Kriminal Masallıda dəhşətli olay: "Əmim qızı gecə özü yatağıma gəldi..."

Masallı rayonunda 1993-cü il təvəllüdlü Fərid doğma əmisi qızı, 2000-

arrow Ətraflı
NATO Ukrayna ilə bağlı razılığa gələ bilmədi like
  • 28 May 15:51  
Dünya NATO Ukrayna ilə bağlı razılığa gələ bilmədi

NATO ölkələri Ukraynanın bloka daxil olması ilə bağlı razılığa gələ

arrow Ətraflı
Mini ətəklər necə kombinlənməlidir? like
  • 28 May 15:20  
Digərləri Mini ətəklər necə kombinlənməlidir?

Midi ətəklər qadınların vazkeçilməzləri arasındadır. Bir çox qadın b

arrow Ətraflı
Kiyevi 12 günə ala bilərəm like
  • 28 May 14:51  
Dünya Kiyevi 12 günə ala bilərəm

Rusiya Silahlı Qüvvələrinin baş komandanı təyin olunsam, Kiyevi ala bilə

arrow Ətraflı
Prezident: On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu like
  • 28 May 14:47  
Siyasət Prezident: On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu

Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayo

arrow Ətraflı
Rusiya Zəngəzurda konsulluq açacaq like
  • 28 May 14:45  
Siyasət Rusiya Zəngəzurda konsulluq açacaq

Rusiya Zəngəzurda konsulluq açacaq.

arrow Ətraflı
Azərbaycan Prezidenti: Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır like
  • 28 May 14:44  
Siyasət Azərbaycan Prezidenti: Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır

Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətl

arrow Ətraflı
Türkiyədə seçkilərlə bağlı təxribat xarakterli paylaşım edənlər araşdırılır like
  • 28 May 14:43  
Digərləri Türkiyədə seçkilərlə bağlı təxribat xarakterli paylaşım edənlər araşdırılır

Türkiyədə prezident seçkiləri ilə bağlı sosial media hesablarında təxr

arrow Ətraflı
Sarıköklə dərini gözəlləşdirin like
  • 28 May 14:40  
Digərləri Sarıköklə dərini gözəlləşdirin

Mətbəxdə çox istifadə olunan sarıkökün gözəllik üçün xeyirli vasit�

arrow Ətraflı
SEPAHın qərargahı partladıldı like
  • 28 May 14:31  
Digərləri SEPAHın qərargahı partladıldı

İranda SEPAH-ın qərargahı partladılıb.

arrow Ətraflı
Köhnə cins şalvarlara İKİNCİ HƏYAT like
  • 28 May 14:20  
Digərləri Köhnə cins şalvarlara İKİNCİ HƏYAT

Köhnə cins şalvarlara ikinci həyat bəxş etməyin yolları açıqlanıb.

arrow Ətraflı
Prezident: Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar like
  • 28 May 14:18  
Siyasət Prezident: Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar

Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə (Qarab

arrow Ətraflı