İdmançını öldürən biznesmenin oğlundan xəbər var


Kriminal 15 May 2023 09:31:00 172 0

İdmançını öldürən biznesmenin oğlundan xəbər var

Göygöldə qara kəmər ustasını qətlə yetirməkdə ittiham olunan Urfan Rzayevin barəsindəki hökmdən kassasiya şikayətinə verilib.

Son.az Pravda.az-a istinadən bildirir ki, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası mayın 17-nə təyin edilib.

Qeyd: Hadisə 2014-cü il sentyabr ayının 4-də Göygöl rayonunun Quşqara kəndi ərazisində baş verib. Urfan Rzayev Quşqara çayının kənarında şəxsi münasibətlər zəminində 1985-ci il təvəllüdlü Kamal Rüstəmovla dalaşıb. Hadisə zamanı Urfan Rzayev bıçaqla Kamal Rüstəmovun qarın və sinə nahiyəsindən iki zərbə vurub. Qarşıdurma nəticəsində Urfan Rzayev özü də müxtəlif bədən xəsarətləri alıb. Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, Kamal Rüstəmov burada dünyasını dəyişib. Urfan Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib. Məhkəmə yolu ilə müəyyən edilib ki, 2007-ci ildə Kamal Rüstəmov uzaq qohumu Urfan Rzayevin bacısı Yaqutla ailə qurub. Urfanın atası Tapdıq Rzayevin həm Azərbaycanda, həm də Rusiyada böyük biznesi olub. Həmçinin Gəncə şəhərində və Göygöl rayonu ərazisində şərab və araq istehsalı ilə məşğul olub. K.Rüstəmov da həmin müəssisənin satış üzrə meneceri işləyib, Bakı şəhərindəki şadlıq evlərinə içkilərin - arağın, şərabın, şampan şərabının paylanması ilə məşğul olub. 2014-cü ildə qayınata ilə kürəkən arasında müəyyən narazılıq yaranıb. Bu soyuqluğun nəticəsi olaraq, bir müddət sonra Kamalla Yaqut ayrılıblar. K.Rüstəmov evi sataraq pulun yarısını həyat yoldaşına verib. Bundan sonra Kamal Rüstəmov Göygöl rayonunun Quşqara kəndində limonad sexi açıb. Biznes qurmaq üçün ailəsinə məxsus evi satıb, banklardan kredit götürüb. Yeni içki biznesi keçmiş qayınatası Kamalın biznesinə mane olmağa başlayıb. K.Rüstəmov limonadları ayrı-ayrı dükanlara 40 qəpiyə təklif edirmiş. Qayınatasının adamları isə həmin limonadı 25-30 qəpiyə təklif edirmişlər. Rzayevlər dükan sahiblərinə tapşırırmışlar ki, heç kim Kamaldan mal almasın. Urfan və atası Tapdıq Rzayev Kamalı hədələyirmişlər ki, "biz varıq, sən buradan xeyir götürə bilməzsən".

Qətlə yetirilən gün Ürfan Kamala zəng vurub və bildirib ki, sənin bizim şirkətdə işlədiyin dövrdən 330 manat borcun qalıb, onu hökmən bu gün ödəməlisən. Kamal da etiraz edib ki, mənim işlədiyim dövrdən heç bir borcum qalmayıb. Ürfan 4 sentyabr 2014-cü il tarixində "Mercedes 600 SLK" markalı avtomobillə gəlib və sənədi Kamala göstərib ki, borc budur. Kamal da sənədə baxaraq deyib ki, borc onun işlədiyi dövrə aid deyil. Bundan sonra Ürfan gedib və həmin gün təxminən saat 17 radələrində yenidən Kamalın limonad sexinə qayıdıb, onunla mübahisə edib. Mübahisə qansız ötüşməyib. Yaralı vəziyyətdə olan Kamalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Törətdiyi cinayət əməlinə görə Urfan Rzayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Urfan Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən prokurorluq və zərərçəkmiş tərəf apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsinin qərarı ilə Urfan Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az 

Pensiyalar BU TARİXDƏ ödəniləcək like
  • 15 May 09:24  
Digərləri Pensiyalar BU TARİXDƏ ödəniləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi may ayının 16-s

arrow Ətraflı
Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzrə işlər gedir  FOTO like
  • 15 May 09:19  
Digərləri Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzrə işlər gedir FOTO

Azərbaycanda hidrogen istehsalı üzrə pilot layihələrin hazırlanması üzr

arrow Ətraflı
Quba və Qusara qar yağıb like
  • 15 May 09:14  
Digərləri Quba və Qusara qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək d

arrow Ətraflı
Londonda həyəcanlı anlar: Aeroport bağlandı like
  • 15 May 08:52  
Dünya Londonda həyəcanlı anlar: Aeroport bağlandı

Londonun (İngiltərə) "Gatwick" hava limanının işi aeroportun yax

arrow Ətraflı
Bakıda maskalı adam qadına like
  • 15 May 08:37  
Kriminal Bakıda maskalı adam qadına

Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.

arrow Ətraflı
Bakının bu yollarında tıxac yaranıb  SİYAHI like
  • 15 May 08:25  
Digərləri Bakının bu yollarında tıxac yaranıb SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

arrow Ətraflı
Bu 3 bürcdən ehtiyatlı olun like
  • 15 May 08:22  
Digərləri Bu 3 bürcdən ehtiyatlı olun

Mütəxəssis astroloqların fikrincə, bəzi bürclər ilanlar kimi məkrli ola

arrow Ətraflı
Bayden Yaponiyanın baş naziri ilə Xirosimada görüşəcək like
  • 15 May 08:15  
Dünya Bayden Yaponiyanın baş naziri ilə Xirosimada görüşəcək

ABŞ prezidenti Co Bayden cümə axşamı Yaponiyaya səfər etdikdən sonra ba�

arrow Ətraflı
Azərbaycan istəyinə çatdı  Paşinyan daha iki dəfə düşünə bilməyəcək! like
  • 15 May 08:07  
Siyasət Azərbaycan istəyinə çatdı Paşinyan daha iki dəfə düşünə bilməyəcək!

Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər-Basarkeçər istiqamət

arrow Ətraflı
Rusiya Lukaşenkonun səhhətinin pisləşdiyini təsdiqlədi like
  • 15 May 07:52  
Dünya Rusiya Lukaşenkonun səhhətinin pisləşdiyini təsdiqlədi

Orada fövqəltəbii heç nə yoxdur, bu, COVİD-19 deyil. Sadəcə, insan xəst

arrow Ətraflı
Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi like
  • 15 May 07:45  
Dünya Muharrem İncenin partiyası kollektiv şəkildə istefa verdi

Türkiyədə səsvermə prosesi bitdikdən sonra səslərin sayılması davam ed

arrow Ətraflı
“Biz prezidentimizə inanırıq”  Çavuşoğlu like
  • 15 May 07:37  
Dünya “Biz prezidentimizə inanırıq” Çavuşoğlu

"Seçkilərin nəticələri yaxşı olacaq, narahat olmayın".

arrow Ətraflı
Baydendən Türkiyədəki seçkilərə reaksiya like
  • 15 May 07:30  
Dünya Baydendən Türkiyədəki seçkilərə reaksiya

ABŞ Prezidenti Co Bayden Türkiyədəki seçkiləri ilk dəfə şərh edib.

arrow Ətraflı
Türkiyədəki seçki təcrübəsi bütün dünyaya nümunədir  Ömər Çelik like
  • 15 May 07:14  
Dünya Türkiyədəki seçki təcrübəsi bütün dünyaya nümunədir Ömər Çelik

Türkiyədəki seçki təcrübəsi bütün dünyaya nümunədir.

arrow Ətraflı