Əqli mülkiyyət sistemi Prezidentin dəstəyi nəticəsində uğurla inkişaf edir


Siyasət 20 Apr 2023 14:15:00 194 0

Əqli mülkiyyət sistemi Prezidentin dəstəyi nəticəsində uğurla inkişaf edir

Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlət başçısı cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində hamımızı müzəffər-millət və qalib-xalq səviyyəsinə gətirən cənab İlham Əliyevdə görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibəti məşhur kəlamın dili ilə ifadə etsək: "İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Heydər Əliyev ili" çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda konfransda deyib.

K.İmanov bildirib ki, bugünkü reallıqlar Ulu öndərin qələbəsidir, xilaskarlıq missiyasından şanlı zəfər yolundadır, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir.

"Kapitulyasiya aktını imzalayan Ermənistan rəhbərləri və separatçı qalıqları hal-hazırda ağa axtarışındadır, "gah nala vurur, gah mıxa". Odur ki, 18 mart 2023-cü ildə dövlət başçımız İlham Əliyevin müraciətindəki fikirləri xatırladıram: "Ermənistanın 29 min kv.km ərazidə rahat yaşaması üçün bir şərt var - bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kv.km ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var...".

Aprelin 18-də isə Salyan şəhərində AzTV-ə verdiyi müsahibədə isə demişdir: "...onlar [separatçılar] ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar ".

Sözləri və hərəkətləri fariseyliklə dolu erməni siyasətçilərə bu xəbərdarlıq məlumatı yaddaşlarında həkk etmək heç də artıq olmaz", - deyə K.İmanov bildirib.

O qeyd edib ki, yaxın keçmişə müraciət etsək, görürük ki, riyakarlıq və ikiüzlülük, uydurma və saxtakarlıq hay-erməni siyasətinin aparıcı ana xətti olub.

"Haylara məxsus olmayan armen / erməni etnonimini və Arminiya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma "böyük Armeniya" mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "Şərqi Armeniya" ərazisi elan olundu, hal bu ki, müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.

İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı.

1918-ci ildə V.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız N.Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və Sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq-Qarabağ Muxtar vilayəti yaradıldı.

Nədir Şərqi Armeniya? Uydurma "Şərqi Armeniya" torpaqsız Sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır. Əvvəlcə "Şərqi Armeniya" çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, Sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur. Uydurma "parçalanmış erməni torpaqları" tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki, Sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan "Şərqi Armeniya" çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, "Şərqi Armeniyanın" Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu "sübut" edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı", - deyə K.İmanov vurğulayıb.

K.İmanov əlavə edib ki, bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur.

"XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çün ki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin "Eçmiyədzin dövrü" adlandırdılar.

Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, "Qərbi Ermənistan" hələ də Türkiyənin tərkibində qalıb. Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir?

Armenistlərin yazı ənənəsini qoyan "erməni tarixinin atası" M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı "Патмутюн Хайоц" ("Hayların tarixi"), "İncili" təftiş, "Xalqlar cədvəli"nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz "Aşxaratsuyts"unda ("Coğrafiya") yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə "Armeniya"ların sayı 35-ə çatıb.

Bəs neçə dənə "Armeniya" adlı dövlət mövcud idi? Bu günkü dövlətləri istisna olmaqla, heç bir dənə.

Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri "Armeniya tarixi"ni yox, Ermənilərin tarixi"ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da "Hayastan" adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Erməni siyasətinin əsas dəst-xətti mifologiyadır.

Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti "Ermənistan" adlandırmaqdan ibarətdir.

Tarixi haşiyənin sonunda ən məşhur qərb filosof-hüquqşünasların dəfələrlə istinad etdiyimiz fikirlərini yada salmaq yerinə düşərdi. Nobel laureatı, liberal fəlsəfənin banisi Fridrix fon Hayek deyirdi: "İnsanların həyatını mümkün edən onların fəaliyyətinin nizamlanması, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir". Əks halda, digər qərb alimi, liberal hüququn banisi İyeremiya Bentamın dediyi kimi, "Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar". Vətən müharibəmiz, Qarabağnaməmiz, müzəffər Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin şücaəti bir daha bu deyilənlərin əyani sübutudur.

Ümummilli liderin uzaqgörənliyi nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir.

Özü də ƏM-in sürətlə dəyişən anlayışı dövründə, özündə çərçivə, sistem formalaşdıran amil kimi hüquq (yurisprudensiya) ilə yanaşı, iqtisadiyyatı və sosiologiyanı nəzərdə tutan dövrdə.

Bu isə o deməkdir ki, bir tərəfdən ƏM institutunun sinergetikası, emergentliyi nəzərə alınmalıdır, digər tərəfdən isə ƏM ekosisteminin institusional dəyişikliklərini gündəmə gətirilmiş olur.

Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir.

Bu isə institusional islahatın effektivliyinin təsdiqidir.

Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququnun (Copyright) bir örtük altında birləşdirilərək Əqli Mülkiyyət Agentliyinin yaradılması, Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin tərkibinə verilməsi. Agentliyin tabeliyində üç mərkəz - Patent və Əmtəə Nişanlarının Ekspertizası, Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzləri yaradılması ilə nəticələnib.

Həyata keçirilən digər infrastruktur layihəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər olan "Əqli Mülkiyyət Milli Təlim Mərkəzi", habelə Agentliyin nəzdində Bakı Dövlət Universitetinin bizim Agentliklə birgə yaradılan Əqli Mülkiyyət Hüququ kafedrası və kafedranın filialı fəaliyyətdədir, Agentlikdə tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılmışdır. Belə bir kafedra Memarlıq və inşaat universitetində də yaradılıb və onun filialı Agentlikdə yerləşəcək.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır. Bu sahədə tətbiq edilən "vahid pəncərə" və "istənilən yerdən xidmətə əlçatanlıq" prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərmiş, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəltmişdir.

Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılmışdır.

Dövlət başçısının səyləri nəticəsində aparılan islahatlar funksional fəaliyyətdə də bəhrələrini verir", - deyə K.İmanov əlavə edib.

Son.az 

Boşanmaların sayı artıb like
  • 20 Apr 14:11  
Digərləri Boşanmaların sayı artıb

Hərgün 50 boşanma faktı qeydə alınır.

arrow Ətraflı
Paşinyan "Qarabağ Azərbaycandır" dedi  İrəvan like
  • 20 Apr 14:02  
Siyasət Paşinyan "Qarabağ Azərbaycandır" dedi İrəvan

Söz oyunu davam edir. Söhbət Bakı ilə İrəvan arasında sülh danışıqla

arrow Ətraflı
Üzeyir psixoloji səbəblərə görə efirə çıxmırmış... like
  • 20 Apr 14:00  
Şou-biznes Üzeyir psixoloji səbəblərə görə efirə çıxmırmış...

Müğənni Üzeyir Mehdizadə efirlərdən uzaq qalma səbəbini açıqlayıb.

arrow Ətraflı
Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər like
  • 20 Apr 13:54  
Dünya Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər

Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Mosk

arrow Ətraflı
"Əlbəttə ki, hamının olduğu kimi, mənim də pula ehtiyacım var" like
  • 20 Apr 13:48  
Şou-biznes "Əlbəttə ki, hamının olduğu kimi, mənim də pula ehtiyacım var"

"Plastik əməliyyatların qətiyyən əleyhinə deyiləm. Çox sevdiyim Fr

arrow Ətraflı
Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib like
  • 20 Apr 13:45  
Digərləri Ərdoğan Ramazan bayramı münasibətilə xalqı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə x

arrow Ətraflı
İran qadınlarından molla rejiminə tərs sillə like
  • 20 Apr 13:35  
Dünya İran qadınlarından molla rejiminə tərs sillə

Son.az musavat.com-a istinadən bildirir ki, İranda qadınlar tutulmaq riskini

arrow Ətraflı
Mart ayında Trabzon Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb like
  • 20 Apr 13:29  
Digərləri Mart ayında Trabzon Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb

2023-cü ilin mart ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gəl�

arrow Ətraflı
“52 yaşımda boşanıb neyləyəcəyəm?” Nadir Qafarzadə like
  • 20 Apr 13:25  
Şou-biznes “52 yaşımda boşanıb neyləyəcəyəm?” Nadir Qafarzadə

"Baxıram ki, ahıl yaşında boşanırlar və deyirlər ki, insan həyatı

arrow Ətraflı
Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub  FOTO like
  • 20 Apr 13:14  
Digərləri Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub FOTO

"Turizm biznesi: mövcud vəziyyət və perspektivlər" mövzusunda ic

arrow Ətraflı
Elza Seyidcahan üçüncü dəfə nənə oldu like
  • 20 Apr 13:07  
Şou-biznes Elza Seyidcahan üçüncü dəfə nənə oldu

Əməkdar artist Elza Seyidcahan üçüncü dəfə nənə olub. 

arrow Ətraflı
Rusiya qorxur, biz Qərbə üz tuturuq like
  • 20 Apr 12:58  
Dünya Rusiya qorxur, biz Qərbə üz tuturuq

İrəvan Kremldən üz döndərdikdən sonra postsovet məkanında sözün əsl

arrow Ətraflı
İş xanımı Elnarə Bəkirova atasının qətli barədə: "Biri deputatın dayısıdır..." like
  • 20 Apr 12:49  
Digərləri İş xanımı Elnarə Bəkirova atasının qətli barədə: "Biri deputatın dayısıdır..."

Xəbər verdiyimiz kimi, iş xanımı Elnarə Bəkirovanın atası Kamran Bəkir

arrow Ətraflı
General Aydın Qasımovun qızı like
  • 20 Apr 12:45  
Digərləri General Aydın Qasımovun qızı

Ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun ailəsində

arrow Ətraflı