Bu addım Prezident tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir Elçin Mirzəbəyli


Siyasət 01 Apr 2023 22:50:00 285 0

Bu addım Prezident tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir  Elçin Mirzəbəyli

Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir.

Son.az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən peşəkar medianın inkişafına və media subyektlərinin iqtisadi müstəqilliklərinin təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərə verilən çox mühüm dəstəkdir. Qısa bir zaman kəsiyindən sonra peşəkar media subyektləri dövlət başçısının müvafiq Fərmanı ilə qüvvəyə minən Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nun, daha qısa və aydın ifadə etsək, vergi güzəştlərinin təsirini öz fəaliyyətlərində ciddi şəkildə hiss edəcəklər", - deyə E.Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, sözügedən əlavə və dəyişiklər, eyni zamanda sosial şəbəkələrlə peşəkar media resursları arasındakı qeyri-bərabər rəqabətin mümkün qədər aradan qaldırılmasına, media sektorundakı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, reklam bazarının və biznes mühitinin kənar təsirlərdən sığortalanmasına və Azərbaycan mediasının, informasiya məkanının qorunmasına xidmət edir.

"Çap və onlayn mediaya münasibətdə davamlı olaraq tətbiq edilən və bir-biri ilə zəncirvari formada əlaqəli olan vergi güzəştləri paketləri, bütövlükdə ölkəmizdə media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi də mühüm əhəmiyyətə malikdir. Qəbul edilən qərarlar, atılan addımlar islahatların konseptual əsaslı olduğunu, sistemli şəkildə həyata keçirildiyini və "yol xəritəsi"nə uyğun irəliyə doğru aparıldığını nümayiş etdirir.

Cənab Prezidentə mediaya yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı fərmanına və təbii ki, bütövlükdə Azərbaycan mediasına davamlı dəstəyinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə siyasi şərhçi əlavə edib.

Oruc tutanlar nə qədər su içməlidir? like
  • 01 Apr 22:46  
Digərləri Oruc tutanlar nə qədər su içməlidir?

Oruc tutarkən düzgün su istehlakı bədənin maye balansını qoruyarkən gü

arrow Ətraflı
"Evim, maşınım var, nə edirəm kişini" like
  • 01 Apr 22:39  
Şou-biznes "Evim, maşınım var, nə edirəm kişini"

"Nə üçün insanlar hədsiz gözəl olmaq istəyir? Eybəcər adam var? M

arrow Ətraflı
Bakıda sökülən qəzalı binaların like
  • 01 Apr 22:34  
Digərləri Bakıda sökülən qəzalı binaların

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının

arrow Ətraflı
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib like
  • 01 Apr 22:21  
Digərləri Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yolux

arrow Ətraflı
Çaydan çox istifadə bu problemlərə like
  • 01 Apr 22:12  
Digərləri Çaydan çox istifadə bu problemlərə

Çayın bir çox faydası olduğu kimi mənfi tərəfləri də var.

arrow Ətraflı
Ordumuz Laçında yeni mövqeləri BELƏ TUTDU: like
  • 01 Apr 22:08  
Digərləri Ordumuz Laçında yeni mövqeləri BELƏ TUTDU:

Sosial şəbəkələrdə Azərbaycan ordusunun Laçın rayonunda sərhəd zonas�

arrow Ətraflı
Ülviranın həkim qızı gözəlliyi ilə like
  • 01 Apr 22:00  
Şou-biznes Ülviranın həkim qızı gözəlliyi ilə

Tanınmış aparıcı Ülvira Qarayeva sosial mediada paylaşım edib.

arrow Ətraflı
Səhər yeməyi üçün ən zərərli qida birləşməsi like
  • 01 Apr 21:55  
Digərləri Səhər yeməyi üçün ən zərərli qida birləşməsi

Portağal şirəsi və şəkərsiz qəhvə səhər yeməyi üçün ən zərərli

arrow Ətraflı
Ana və qızı özlərini binadan atdılar like
  • 01 Apr 21:49  
Dünya Ana və qızı özlərini binadan atdılar

Türkiyədə ana və qızı intihar edib.

arrow Ətraflı
Zelenski Rusiya Maliyyə Nazirliyinə like
  • 01 Apr 21:27  
Dünya Zelenski Rusiya Maliyyə Nazirliyinə

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükə

arrow Ətraflı
Pornoya baxanlara şəxsi həyatla bağlı like
  • 01 Apr 21:22  
Digərləri Pornoya baxanlara şəxsi həyatla bağlı

Briqama Yanqa Universitetinin amerikalı alimləri yeni araşdırma çərçivəs

arrow Ətraflı
Fransız polisi mərakeşli jurnalistə irqçi şüar səsləndirib: "Qayıt ölkənə" like
  • 01 Apr 21:16  
Dünya Fransız polisi mərakeşli jurnalistə irqçi şüar səsləndirib: "Qayıt ölkənə"

Fransada pensiya islahatlarına qarşı keçirilən aksiyanı lentə alan jurnal

arrow Ətraflı
İran like
  • 01 Apr 21:09  
Dünya İran

İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Hava asılılığından qurtulmağın yolu açıqlandı like
  • 01 Apr 21:05  
Digərləri Hava asılılığından qurtulmağın yolu açıqlandı

Meteohəssaslıqdan əziyyət çəkən insanlar yaxşı bilirlər ki, hava şər

arrow Ətraflı