Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi,


Kriminal 22 Mar 2023 16:00:00 236 0

Gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi,

Son.az Kulis.az-a istinadən Xalq artisti Gülyanaq Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində, on uşaqlı fəhlə ailəsində dünyaya gəlib. Ailədə altı bacı, dörd qardaş olublar. Uşaqlıq və yeniyetməlik illəri kolxozda, əkin-biçində keçən Gülyanaq keçmiş illər haqqında danışanda deyir:

"Mən zəhmətkeş bir ailədə böyümüşəm. Tütün əkirdik, barama saxlayırdıq. Biz o qədər əziyyətlərdən, zəhmətlərdən keçmişik ki. Ailəlikcə fəhləliyə, işə bağlı olmuşuq. Gecə-gündz əkin sahələrində işləmişəm. Əllərimiz işləməkdən qabar-qabar olub. Tütün sahələrində səhərə qədər gecələdiyimiz olub ki, su növbəsini qaçırtmayaq, gecə tütünlərimizi suvaraq. Tütün yarpaqlarını iynəyə düzə-düzə bir gözüm kitabda dərs oxumuşam".

Orta məktəbi Böyük Dəhnə 1 saylı orta məktəbdə başa vurub. 1992-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində Nəriman Əliyevin sinfində təhsil almağa başlayır. Onunla eyni sinifdə Xalq artisti Nəzakət Teymurova da oxuyur. Bakıda kirayədə yaşayan Gülyanağın çətin, kasıblıq günləri çox olub. Günlərin birində isə bəstəkar Şəfiqə Axundovanın Filarmoniyada yubileyi keçirilir. Səhnədə Gülyanaq da oxumalı olur. Ancaq onun yaxşı səhnə geyimi olmadığından o, rəfiqəsi Nəzakət Teymurovanın paltarını geyinib səhnəyə çıxmalı olur.

***

1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən bu günə kimi R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində, "Malmo" festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Hannover şəhərində EKSPO - 2000 sərgisində, 2000-ci ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul - Ankara şəhərlərində konsertlər verib.

***

Gülyanaq Türkiyədə konsert verən zaman orda yaşayan bir azərbaycanlı ailə onun konsertində iştirak edir. Daha sonra onlar müğənnini bacısı Gülyazla birgə evlərinə qonaq dəvət edirlər. Qonaqlıqda Gülyanaq gələcək həyat yoldaşı Ziya ilə tanış olur. Onu sənəti ilə birgə qəbul edən bəy düz beş il Gülyanaqdan "hə" cavabı alacağı günü gözləyir. Nəhayət onlar ailə qururlar. Bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəlir.

Müğənni haqqında son illər yayılan şayiələrdən biri isə onun həyat yoldaşından ayrılması xəbəri olur. Ancaq bu barədə ondan soruşanda, deyir:

"Yanlış xəbərdir. Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə gözəl ailə nəsib etsin. Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür. Hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam".

Bir müddət əvvəl müğənni həyat yoldaşının xəstəliyi ilə bağlı açıqlama verərək deyir:

"Həyat yoldaşım xəstə idi. Onun xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır. İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsun. Həkimlər sayəsində indi hər şey yaxşıdır".

***

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2014-cü ildə Xalq artisti adına layiq görülüb.

Son.az 

Hər zaman dəbdə olan SAÇ RƏNGLƏRİ like
  • 22 Mar 15:20  
Digərləri Hər zaman dəbdə olan SAÇ RƏNGLƏRİ

Bərbər Stella Cini həmişə dəbdə olan saç rənglərini açıqlayıb. 

arrow Ətraflı
Quşlar zəlzələni belə hiss etdi  7 SANİYƏ əvvəl... like
  • 22 Mar 15:11  
Digərləri Quşlar zəlzələni belə hiss etdi 7 SANİYƏ əvvəl...

Türkiyədə 6 fevralda baş verən dəhşətli zəlzələni qəfəsdəki quşla

arrow Ətraflı
Ata Sumqayıtda kar və kor övladlarına işgəncə verdi... like
  • 22 Mar 15:00  
Kriminal Ata Sumqayıtda kar və kor övladlarına işgəncə verdi...

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Vaqif ailə münaqişəsi zə

arrow Ətraflı
“Taliban”dan TƏLƏB: like
  • 22 Mar 14:51  
Dünya “Taliban”dan TƏLƏB:

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direk

arrow Ətraflı
Ayağınız üçün evdə pilinq hazırlayın like
  • 22 Mar 14:40  
Digərləri Ayağınız üçün evdə pilinq hazırlayın

Qüsursuz və hamar ayaqlara sahib olmaq hər bir qadının arzusudur.

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb like
  • 22 Mar 14:31  
Digərləri Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı
Kişilər yayda bu 3 geyimdən imtina etməlidir like
  • 22 Mar 14:20  
Digərləri Kişilər yayda bu 3 geyimdən imtina etməlidir

Tanınmış stilist Joe bu ilin yayında dəbdən düşmüş 3 kişi geyimini a�

arrow Ətraflı
"Çox ağır günlər keçirirəm" like
  • 22 Mar 14:11  
Şou-biznes "Çox ağır günlər keçirirəm"

Bir neçə il əvvəl oğlunu itirən model Ebru Şallı Kahramanmaraşda baş v

arrow Ətraflı
“Fəryad”ın çəkilişində ona suiqəsd təşkil etmişdilər like
  • 22 Mar 14:00  
Kriminal “Fəryad”ın çəkilişində ona suiqəsd təşkil etmişdilər

Son.az Kulis.az-a istinadən rejissor, aktyor Ceyhun Mirzəyev haqqında maraql�

arrow Ətraflı
NATO üzvləri 2022ci il Ukraynaya 120 milyard dollar yardım edib like
  • 22 Mar 13:51  
Dünya NATO üzvləri 2022ci il Ukraynaya 120 milyard dollar yardım edib

Rusiya Federasiyasının tammiqyaslı müharibəsinin başlandığı 2022-ci ild

arrow Ətraflı
Dietoloq yerkökü şirəsinin faydalarından danışdı like
  • 22 Mar 13:40  
Digərləri Dietoloq yerkökü şirəsinin faydalarından danışdı

Yerkökü qanda müxtəlif xəstəliklərin ağırlaşması riskini azaldır.

arrow Ətraflı
Baxmutun taleyi bir həftəyə həll olunacaq like
  • 22 Mar 13:31  
Dünya Baxmutun taleyi bir həftəyə həll olunacaq

Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir.

arrow Ətraflı
Uşaqlar üçün ən faydalı qida like
  • 22 Mar 13:20  
Digərləri Uşaqlar üçün ən faydalı qida

Bildirçin yumurtası öz faydaları ilə insanların sevimli qidasına çevrili

arrow Ətraflı
İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb like
  • 22 Mar 13:11  
Dünya İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb

İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığ�

arrow Ətraflı
“Maşını sürəsürə intim təklif etdi, mən isə..." like
  • 22 Mar 13:00  
Kriminal “Maşını sürəsürə intim təklif etdi, mən isə..."

Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Azər cinsi azlıq nümayənd�

arrow Ətraflı