Ermənilərin müharibə hazırlığı Fasiləsiz silah daşınır:


Siyasət 22 Mar 2023 12:50:00 208 0

Ermənilərin müharibə hazırlığı  Fasiləsiz silah daşınır:

Avropa İttifaqının "mülki missiyası"nın regiona gəlişindən sonra Ermənistan ordusunun silahları susmaq bilmir. Missiyanın Ermənistana gəlişinin ertəsindən (21 fevral) etibarən Azərbaycanla sərhəddə erməni tərəfinin silahlı insidentlərinin səngimədiyi faktdır.

Aİ missiyasının regiona gəlişinə qədər regionda nisbi sakitliyin hökm sürdüyünü nəzərə alsaq, görünür Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına töhfə vermək adı altında regiona gələn missiya əslində mövcud vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. 

Ermənistanın hansısa dövlətlərin, təşkilatıların arxasına sığınması heç nə ifadə etmir. Bunun ən bariz sübutu 44 günlük Vətən müharibəsidir. 

Son bir ayda Xankəndi-Xəlfəli-Turşsu yolundan törədilən təxribatlar, qanunsuz silah daşımaları faktı nəinki səngimir, əksinə daha da mütəşəkkil hal almağa başlayıb. Ermənistan tərəfinin destruktiv əməllərinə şərait yaradan Rusiya, təxribatlarına isə kar-kor və lal olan Qərb bu siyasi riyakarlığına son qoyacaq kimi görünmür. Proseslərin bu cur inkişafı isə regionun daha bir eskalasiyaya doğru getməsi üçün imkanlar yaradır. 

Son günlər sürətli şəkildə istər Qarabağa Rusiya sülhməramlılarının müşayiəti ilə separatçı rejim qalıqlarına məxsus silahı dəstələrin gizli yollarla, istərsə də Ermənistan tərəfinin Azərbaycanla sərhəddə qoşun və hərbi texnika topladığı ilə bağlı əldə olunan materiallardan da havadarlarının yardımı ilə İrəvanın növbəti müharibə hazırlığını sürətləndirdiyini görməmək mümkün deyil.

Hadisələrin bu cür cərəyanı Azərbaycanla Ermənistanın yeni hərbi toqquşma astanasında olduğunu deməyə əsas verir. Digər yandan isə iran öz hərbi imkanlarını Ermənistanın üzünə açıb. İran Ermənistanı hərbi kəşfiyyat məlumatları ilə təmin etmək üçün son vaxtlar xüsusilə canfəşanlıq göstərir. 

Ermənistanın dərhal öz hava məkanını İran üçün açması sıradan bir qərar deyil. İrəvandan belə bir addım imkan verir ki, İranın Azərbaycan əleyhinə kampaniyası hərbi təhdidlərlə davam etsin. İranın Azərbaycanla sərhədə qoşun cəmləməsi haqqındakı məlumatlar təsdiqini tapmasa da, Tehran Azərbaycanla sərhəddə kəşfiyyat uçuşlarının sayının artırdığı dəqiqləşir. 

Bu tərəfdən də artıq Ermənistan İran kəşfiyyat PUA-larının Azərbaycanla sərhəd istiqamətində uçuşlar həyata keçirməsi üçün hava məkanını Tehranın ixtiyarına verməsi İrəvanın müxtəlif cəbhələrdə Azərbaycana qarşı müharibə hazırlığı gördüyünü təsdiq edir. Böyük ehtimalla İran səmadan əldə etdiyi görüntüləri Azərbaycan-Ermənistan hərbi eskalasiyası ssenarisini göz önündə tutaraq İrəvana verməyi hədəfləyir. 

Qarşı tərəfdəki bütün bu canlanma isə Prezident İlham Əliyevin Talışkənd səfərindən sonra müşahidə edilməyə başladı. Görünür İlham Əliyevin işğaldan azad edilən ərazilərdən səsləndirdiyi növbəti bəyanatlar istər Ermənistanı, istərsə də onun havadarlarını ciddi narahat etməyə başlayıb: "Buradan - işğaldan azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran bəzi ölkələrə xəbərdarlıq edirik ki, bu çirkin əməllərdən çəkinin. Heç bir kənar qüvvə Azərbaycanın və Azərbaycan xalqının iradəsinə təsir edə bilməz".

Bununla da dövlət başçımız Ermənistana son "heç bir havadara arxayın olma, həddini aşsan səni bu dəfə bizim əlimizdən heç kim ala bilməyəcək" xəbərdarlığını etmiş oldu.

Görünür, Avropa İttifaqı missiyasının bölgəyə gəlməsindən sonra arxayınlaşaraq Qərbin müəyyən dairələri ilə Azərbaycan Ordusunu təxribatlara cəlb edib, bununla da ölkəmiz əleyhinə bəyanatların səsləndirilməsinə, qərarların qəbul edilməsinə nail olacağına ümid edən Nikol Paşinyan və komandası 3 il əvvəlki aqibətlərini artıq unudub.

Ermənistanın regionda yeni eskalasiya mühiti yaratmaq istiqamətində havadarlarının hərtərəfli dəstəyi ilə atdığı addımlar, ara verməyən təxribatları Bakının İrəvan üçün verdiyi zamana yenidən baxması ilə nəticələnə bilər. 

Prezidentin son Qarabağ səfəri, oradan verilən mesajlardan hər şey çox aydın şəkildə göründü: Qarabağdakı açıq qalan məsələlərin həlli Azərbaycanın taktiki hədəfinə çevrilməyə doğru getdiyi kimi, rəsmi Bakı sərhədlə bağlı planlarını da əsas strateji hədəfi olaraq qısa zamanda çözmək barədə düşünür.

Təhməz Əsədov Son.az

ABŞdə nəhəng ilanlar çoxalır like
  • 22 Mar 12:47  
Dünya ABŞdə nəhəng ilanlar çoxalır

Floridanı bürümüş nəhəng pitonların çoxalmasını dayandırmaq artıq n

arrow Ətraflı
İlham Əliyevin "yaşıl" strategiyası regionun optimal inkişaf modeli kimi like
  • 22 Mar 12:42  
Siyasət İlham Əliyevin "yaşıl" strategiyası regionun optimal inkişaf modeli kimi

Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla əmək

arrow Ətraflı
Lalə Məmmədovanın qızları ilə like
  • 22 Mar 12:36  
Şou-biznes Lalə Məmmədovanın qızları ilə

Əməkdar artist Lalə Məmmədova qızları Nərgiz və Çinarə ilə yeni foto

arrow Ətraflı
Yeddinci mərtəbədən yıxılan rusiyalı qalxıb evinə getdi like
  • 22 Mar 12:25  
Digərləri Yeddinci mərtəbədən yıxılan rusiyalı qalxıb evinə getdi

45 yaşlı Taqanroq sakini yeddinci mərtəbədən yıxılıb.

arrow Ətraflı
"Ögey ana"nın Cəmiləsi like
  • 22 Mar 12:14  
Şou-biznes "Ögey ana"nın Cəmiləsi

Aktrisa, "Ögey ana" filmindəki Cəmilə obrazı ilə tanınan Sevinc

arrow Ətraflı
Məşhur yazıçının evi satışa çıxarılıb like
  • 22 Mar 12:03  
Dünya Məşhur yazıçının evi satışa çıxarılıb

İngilis yazıçısı Ceyn Ostinin Hempşirdəki mülkü "Knight Frank"

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir” like
  • 22 Mar 12:00  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”

"Bu gün Azərbaycanın yüksək səviyyədə əlaqələrə malik olduğu A

arrow Ətraflı
Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi like
  • 22 Mar 11:52  
Digərləri Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi

Rusiyanın "Cream Soda" qrupunun yaradıcısı Dmitri Svirqunov çayda

arrow Ətraflı
Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza like
  • 22 Mar 11:41  
Digərləri Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza

Avropa Liqasının pley-off mərhələsində keçirilmiş PSV - "Sevilya&qu

arrow Ətraflı
Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı like
  • 22 Mar 11:40  
Siyasət Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı

Ermənistan "Azərbaycan əsir götürüb" dediyi hərbçisini tapıb.

arrow Ətraflı
İndiki xanımlar boşanmaq üçün evlənir like
  • 22 Mar 11:36  
Digərləri İndiki xanımlar boşanmaq üçün evlənir

Azərbaycan insanının həmişə fəxr etdiyi ailə institutu ciddi təhlükə

arrow Ətraflı
Azərbaycanda kişini girov götürüb like
  • 22 Mar 11:30  
Kriminal Azərbaycanda kişini girov götürüb

Xaçmazda adam oğurlayan şəxs saxlanılıb.

arrow Ətraflı
Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb like
  • 22 Mar 11:19  
Digərləri Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb

Rusiyalı tanınmış bloqer Aleksandra Mitroşinaya qarşı 120 milyon rubl ver

arrow Ətraflı
BVF Kiyevlə 15,6 milyard dollarlıq kreditlə bağlı razılaşma əldə olunduğunu təsdiqləyib like
  • 22 Mar 11:08  
Dünya BVF Kiyevlə 15,6 milyard dollarlıq kreditlə bağlı razılaşma əldə olunduğunu təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı Ukrayna ilə dörd il mü

arrow Ətraflı
Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu like
  • 22 Mar 10:57  
Şou-biznes Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu

Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan: Doğma nəğmələr"in qa

arrow Ətraflı