Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”


Siyasət 22 Mar 2023 12:00:00 163 0

Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”

"Bu gün Azərbaycanın yüksək səviyyədə əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də Almaniyadır. Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə etdiyi işgüzar səfəri də, şübhəsiz, mövcud əlaqələrin bundan sonra daha sürətli inkişafına xidmət edəcək. Prezident İlham Əliyev tərəfindən təqdim olunan aydın strateji istiqamətlər, bu və ya digər sahələr üzrə qeyd edilən konkret rəqəmlər alman biznesinin nümayəndələri üçün son dərəcə maraqlı perspektivlərin olduğunu nümayiş etdirdi". 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib: "Möhtərəm dövlət başçımızın alman biznesinin aparıcı təmsilçilərinə təqdim etdiyi məlumatlarda Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil olması faktı öz əksini tapmış oldu ki, bu da ən mühüm cəhətlərdən biridir.  Prezidentimiz  birmənalı olaraq vurğuladı ki, ölkəmiz iqtisadi cəhətdən müstəqildir və bu, ötən illər ərzində dövlətin ən əsas hədəflərindən biri olub. Dövlət başçımızın açıqlamalarında son iyirmi il ərzində əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artımın olduğu, bu gün  yeni hədəf kimi iqtisadiyyatımızın daha çox şaxələndirilməsinin müəyyən edildiyi qeyd olundu. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Bunun müqabilində ölkəmiz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. İri xarici şirkətləri maraqlandıra biləcək perspektivli fəaliyyət istiqamətlərindən biri də 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında aparılan yenidənqurma işləri  ola bilər".

Martın 14-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə və kansler Olaf Şoltsla keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərin gedişində bir çox mühüm məsələlərin müzakirə olunduğunu qeyd edən K.Qafarov deyib:

"Almaniyanın dövlət və hökumət başçıları ilə keçirilən görüşlərdən sonra Azərbaycan Prezidenti və Almaniyanın kansleri keçirdikləri mətbuat konfransında müzakirə olunan məsələlərə dair açıqlamalar verdilər. Bu zaman bir daha qeyd olundu ki, Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyir. Bu istiqamətdə çox önəmli addımlar atıldığını qeyd edən dövlətimizn başçısı keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun  əhəmiyyətini bir daha vurğuladı. Mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin mövcud durumu barədə açıqlama verən dövlətimizin başçısı 30 ilə yaxın müddət ərzində davam edən erməni işğalı, xalqımızın məruz qoyulduğu  etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşdüyünü və bir milyon azərbaycanlının Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulduğunu, qaçqın-köçkün vəziyyətinə düşdüyünü bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırdı.  2020-ci ilin sentyabr-noyabr ayları ərzində  Azərbaycanın apardığı ədalətli Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdiyini vurğulayan  Prezident İlham Əliyev 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistanın cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olduğunu qeyd etdi. Lakin bu gün Azərbaycan Ermənistanla münasibətlərində ədavət səhifəsini çevirməyə hazırlaşdığını bütün dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı mətbuat konfransındakı çıxışında da birmənalı olaraq bildirdi ki, bu gün sülhün zamanı çatıb. Bu məqsədlə Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır və Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlanmalıdır".

Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi like
  • 22 Mar 11:52  
Digərləri Tanınmış müğənni faciəvi şəkildə həyatını itirdi

Rusiyanın "Cream Soda" qrupunun yaradıcısı Dmitri Svirqunov çayda

arrow Ətraflı
Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza like
  • 22 Mar 11:41  
Digərləri Meydana çıxıb qapıçını yumruqlayan azarkeşə 40 illik cəza

Avropa Liqasının pley-off mərhələsində keçirilmiş PSV - "Sevilya&qu

arrow Ətraflı
Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı like
  • 22 Mar 11:40  
Siyasət Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı

Ermənistan "Azərbaycan əsir götürüb" dediyi hərbçisini tapıb.

arrow Ətraflı
İndiki xanımlar boşanmaq üçün evlənir like
  • 22 Mar 11:36  
Digərləri İndiki xanımlar boşanmaq üçün evlənir

Azərbaycan insanının həmişə fəxr etdiyi ailə institutu ciddi təhlükə

arrow Ətraflı
Azərbaycanda kişini girov götürüb like
  • 22 Mar 11:30  
Kriminal Azərbaycanda kişini girov götürüb

Xaçmazda adam oğurlayan şəxs saxlanılıb.

arrow Ətraflı
Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb like
  • 22 Mar 11:19  
Digərləri Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb

Rusiyalı tanınmış bloqer Aleksandra Mitroşinaya qarşı 120 milyon rubl ver

arrow Ətraflı
BVF Kiyevlə 15,6 milyard dollarlıq kreditlə bağlı razılaşma əldə olunduğunu təsdiqləyib like
  • 22 Mar 11:08  
Dünya BVF Kiyevlə 15,6 milyard dollarlıq kreditlə bağlı razılaşma əldə olunduğunu təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı Ukrayna ilə dörd il mü

arrow Ətraflı
Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu like
  • 22 Mar 10:57  
Şou-biznes Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu

Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan: Doğma nəğmələr"in qa

arrow Ətraflı
Rusiya Bakını HƏDƏLƏDİ  Kreml Qarabağı işğal edəcəyinin like
  • 22 Mar 10:48  
Siyasət Rusiya Bakını HƏDƏLƏDİ Kreml Qarabağı işğal edəcəyinin

Rusiya üçün İrəvan hər halı ilə Moskvaya Bakıdan bir neçə köynək da

arrow Ətraflı
İran vətəndaşlarının Ermənistana axını azalıb like
  • 22 Mar 10:46  
Digərləri İran vətəndaşlarının Ermənistana axını azalıb

İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər ir

arrow Ətraflı
Evində pornofilm çəkən aktrisa: like
  • 22 Mar 10:35  
Şou-biznes Evində pornofilm çəkən aktrisa:

Belçikalı ərlə arvad pandemiyadan sonra başqa yolla pul qazanmağa başlay�

arrow Ətraflı
Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər like
  • 22 Mar 10:24  
Dünya Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər

Fransanın Marsel şəhəri yaxınlığında Fos-sur-Mer kommunasında "Exx

arrow Ətraflı
Ramazan bayramı ilə bağlı like
  • 22 Mar 10:16  
Digərləri Ramazan bayramı ilə bağlı

Aprel ayında Ramazan bayramı ilə əlaqədar ardıcıl olaraq 4 gün qeyri-iş

arrow Ətraflı
Məşhur müğənninin yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI like
  • 22 Mar 10:02  
Şou-biznes Məşhur müğənninin yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI

Türkiyənin məşhur müğənnisi Seda Sayan 4 milyon dollara (təxminən 6,8 m

arrow Ətraflı