16 yaşından toylara getdi, içki olan məclislərindən imtina etdi, özünü cəzalandırdı


Kriminal 20 Mar 2023 16:00:00 195 0

16 yaşından toylara getdi, içki olan məclislərindən imtina etdi, özünü cəzalandırdı

Son.az Kulis.az-a istinadən müğənni Xuraman Şuşalı haqqında maraqlı faktları təqdim edir.

Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərinin Mamay məhəlləsində anadan olub. Xuramanın bacısı piano, qardaşı isə qarmon ifaçısı olub. Tez-tez evlərində qurulan ailə ansamblında Xuraman müğənni kimi mahnılar oxuyurmuş. O, "mən Zeynəb Xanlarova kimi məşhur müğənni olacam. Məni dünyada tanıyacaqlar" deyirmiş.

***

İlk təhsilini 1990-cı ildə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məktəbinin solo ifaçılıq sinfinə daxil olub.

5-ci sinfə qədər Şuşada yaşayan Xuraman Şuşadan məcburi didərgin düşəndən sonra "Bənövşə" uşaq xorunda fəaliyyət göstərir.

***

1992-ci ildə Şuşa şəhərinin işğal olunmasıyla, ailəsi ilə birgə Bakı şəhərinə köçür. Xuramanın ailəsi həmin dövrdə çox ağır günlər yaşayır. Müğənni müsahibələrinin birində deyir:

"Atam çox inadkar adam idi. O, inanmırdı ki, Şuşa işğal oluna bilər. Ona görə də biz Şuşadan sonuncu çıxanlardan olmuşuq. O günləri yadımdan çıxartmaq üçün uzun illər müalicə almışam. Amma Şuşanın işğal dövrünü, ondan sonrakı dövrləri yaddan çıxartmaq üçün gərək dünyaya ikinci dəfə gəlim. Atam həm də döyüşçü idi. O, döyüşlərdə yaralandı. Üç il yataq xəstəsi oldu. Anam çox əziyyət çəkdi. Biz şuşalılar qızıl sevən oluruq. Anamın üç kiloluq balonla bir qızılları vardı. Ən çətin günlərimizdə anam o qızılları satıb bizi saxladı. Sonuncu qızıl dəstini satanda qoymadıq, dedik qoy, yadigar qalsın".

Təhsilini 1993-1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirir. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub.

***

On altı yaşından sonra Xuraman qardaşı ilə birgə toylara getməyə başlayır. Hər gün bir-iki mahnı öyrənir, banketlərdə, məclislərdə çıxış edir. Qazandığı pulları isə hər gün gətirib anasına verir, deyir, ana, mən çoxlu pul qazanıb səni bu köhnə evdən çıxaracam. Xuraman toylardan qazandığı ilk pula televizor və videomaqnitofon alır. Sonrakı illərdə verdiyi sözü tutur və anasına ev alır.

***

Həmin illərdə o, həm də Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli", Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə, "Fərhad və Şirin" tamaşasında "Şirin", Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaradır.

Vaxtilə ailə quracağını deyən, hətta gələcək qayınanasından danışan Xuramanın şəxsi həyatı sonralar böyük müzakirələrə səbəb olur. Buna görə peşmanlıq yaşayır, hətta bir müddət səhnəyə çıxmır, mahnı oxumur. Bununla da o, özünü cəzalandırdığını deyir.

***

Xuraman Şuşalı 2010-cu ildə prodüsser kimi fəaliyyət göstərən Elçin adlı bəylə ailə qurur. Bu evlilikdən onun iki oğlu, iki qızı dünyaya gəlir.

***

Ailə qurandan sonra hicaba keçən müğənni namaz qılır, oruc tutur və içki olan məclislərdən imtina edərək ancaq qadın məclislərində müğənnilik edir. Müsahibələrinin birində bu barədə deyir:

"Cılız insanlar mənim əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar. Kimə nə sübut etmək istəyirlər? Allahın qaldırdığı insanı endirmək istəyirlər? Allah köməkləri olsun, onları hidayət etsin. Bilsinlər ki, Allah bir insana kömək olubsa, onu qaldırıbsa, onların məni yıxmağa çalışması hədərdir. Həyat yoldaşımla məni bir-birimizə İslam dini, onun Allaha olan eşqi bağladı. Allaha olan eşqim isə məni dinə gətirdi. Həyat yoldaşımın dəstəyi böyük oldu. Mənim devizim var: "İçki məclislərində iştirak etmirəm". Bunu artıq hamı bilir, ətrafım yəni. Müştərilər də bilirlər. Bəzən elə yerə çağırıb deyirlər ki, gəl, narahat olma, sənin oturduğun stolda içki olmayacaq. Razılaşmıram. Bu qanunla 7 ildir yaşayıram və hələ ki, riayət edirəm. Başıaçıq olan şəkillərimin baxılması haramdır. Nəyi ki özüm və ya dost-tanış qoyub internetə, onları sildirmişəm. Nəyi ki, gücüm çatmayıb, onlar hələ də qalıb. Xahiş edirəm, kim ki ixtiyar sahibidir, çalışıb silsinlər onlar da".

Son.az 

Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin edilir like
  • 20 Mar 15:54  
Siyasət Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin edilir

İşğaldan azad edilən Talış kəndinə köçürülən sakinlərin məşğull

arrow Ətraflı
Göygölə 20 yaşlı oğlanı maşın vurub like
  • 20 Mar 15:51  
Digərləri Göygölə 20 yaşlı oğlanı maşın vurub

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

arrow Ətraflı
Hipertoniyadan bu yolla xilas olun like
  • 20 Mar 15:40  
Digərləri Hipertoniyadan bu yolla xilas olun

Hipertoniya - yüksək təzyiq, son illərdə gənclər arasında da tez-tez tə

arrow Ətraflı
Rəsmi Bakıdan Ermənistana like
  • 20 Mar 15:34  
Siyasət Rəsmi Bakıdan Ermənistana

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş

arrow Ətraflı
Azərbaycanlı müğənni İsveçrəyə köçüb like
  • 20 Mar 15:31  
Şou-biznes Azərbaycanlı müğənni İsveçrəyə köçüb

Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçd�

arrow Ətraflı
Manikür lampaları təhlükəlidirmi? like
  • 20 Mar 15:20  
Digərləri Manikür lampaları təhlükəlidirmi?

Manikür zamanı istifadə olunan lampalar həssas dərili insanlar üçün tə

arrow Ətraflı
Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir” like
  • 20 Mar 15:11  
Dünya Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”

Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi

arrow Ətraflı
"Rusiya AzərbaycanErmənistan arasında sülh sazişinə köməklik göstərməyə hazırdır" like
  • 20 Mar 15:01  
Siyasət "Rusiya AzərbaycanErmənistan arasında sülh sazişinə köməklik göstərməyə hazırdır"

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin parametrlərinin raz

arrow Ətraflı
FTBni “sındıran” haker iki il sonra ələ keçdi like
  • 20 Mar 14:57  
Dünya FTBni “sındıran” haker iki il sonra ələ keçdi

ABŞ FTB-si (Federal Təhqiqatlar Bürosu - FBI) "BreachForums" onlayn

arrow Ətraflı
Qayınatanın yataq otağında gəlininə şok təklifi: "Ya boşan, ya da..." like
  • 20 Mar 14:46  
Kriminal Qayınatanın yataq otağında gəlininə şok təklifi: "Ya boşan, ya da..."

Daşkəsən rayonunda 1964-cü il təvəllüdlü Salman ailə münaqişəsi zəm

arrow Ətraflı
Burun qanaxmasının səbəbi nədir? like
  • 20 Mar 14:40  
Digərləri Burun qanaxmasının səbəbi nədir?

Hər il insanların təxminən 5-10%-i fəal şəkildə burun qanaxması ilə qa

arrow Ətraflı
Bakıda ilk dəfə işığlı interaktiv kvestşousu “Macəra”. Möhtəşəm bir həkayə! like
  • 20 Mar 14:34  
Şou-biznes Bakıda ilk dəfə işığlı interaktiv kvestşousu “Macəra”. Möhtəşəm bir həkayə!

Bakıda ilk dəfə! Bütün ailə üçün işığlı interaktiv kvest-şousu &qu

arrow Ətraflı
Hədəf Türkiyəni parçalamaqdır like
  • 20 Mar 14:31  
Dünya Hədəf Türkiyəni parçalamaqdır

ABŞ İraqı işğal etməklə "Böyük Kürdüstan" layihəsi yaratma

arrow Ətraflı
Buruq saçların insan beynində müsbət təsirləri like
  • 20 Mar 14:20  
Digərləri Buruq saçların insan beynində müsbət təsirləri

Alimlər insanların buruq saçlara nə üçün ehtiyac duyduğunu tapıblar.

arrow Ətraflı
Elvis Preslinin ailəsində miras qalmaqalı like
  • 20 Mar 14:11  
Şou-biznes Elvis Preslinin ailəsində miras qalmaqalı

Mərhum müğənni Elvis Presli ailə üzvləri arasındakı qalmaqal bitmək bi

arrow Ətraflı