Vyanada “Azərxalça” ASC xalçalarının sərgisi keçirilir VİDEO FOTO


Kriminal 03 Mar 2023 17:21:00 232 0

Vyanada “Azərxalça” ASC xalçalarının sərgisi keçirilir  VİDEO  FOTO

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə mart ayının 2-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində "Azərxalça" ASC Azərbaycan xalçalarının sərgisini təşkil edib.

Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.

Əsas məqsədinin Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdən ibarət olan Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi  nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.

Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan  sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.

Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, "Azərxalça" ASC-nin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən "Azərxalça" 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb.  Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. "Azərxalça" ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. "Azərxalça" ASC - nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.

Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir like
  • 03 Mar 16:58  
Digərləri Ödənişli parklanma yerləri ilə bağlı xüsusi paketlərin tətbiqi təklif edilir

Azərbaycanda ödənişli parklanma yerləri ilə bağlı yeni sistemin tətbiq

arrow Ətraflı
Qərbi Azərbaycan İcmasından Paşinyana cavab like
  • 03 Mar 16:50  
Digərləri Qərbi Azərbaycan İcmasından Paşinyana cavab

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana cavab ve

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq like
  • 03 Mar 16:49  
Kriminal Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiy

arrow Ətraflı
Elgiz Mustafa Sandalın xalasından şikayət edibmiş  VİDEO like
  • 03 Mar 16:47  
Şou-biznes Elgiz Mustafa Sandalın xalasından şikayət edibmiş VİDEO

Aparıcı Elgiz Əkbərin növbəti açıqlaması maraq yaradıb.

arrow Ətraflı
Paşinyanın Qərbi Azərbaycan xofu like
  • 03 Mar 16:46  
Siyasət Paşinyanın Qərbi Azərbaycan xofu

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasın

arrow Ətraflı
23 dollara görə 14 il mağarada yaşadı  FOTO like
  • 03 Mar 16:36  
Dünya 23 dollara görə 14 il mağarada yaşadı FOTO

Yanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin s

arrow Ətraflı
"Klipdə məndən başqa "18 +" nəsə yoxdur"  VİDEO  FOTO like
  • 03 Mar 16:25  
Şou-biznes "Klipdə məndən başqa "18 +" nəsə yoxdur" VİDEO FOTO

Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib. 

arrow Ətraflı
Qanunsuz erməni dəstələrinin postlarında olan kameralar sıradan çıxarılıb  VİDEO like
  • 03 Mar 16:16  
Digərləri Qanunsuz erməni dəstələrinin postlarında olan kameralar sıradan çıxarılıb VİDEO

Qanunsuz erməni dəstələrinin postlarında olan videomüşahidə kameraları

arrow Ətraflı
Daha 10 ailə Ağalı kəndinə köçürüldü  FOTO like
  • 03 Mar 16:15  
Digərləri Daha 10 ailə Ağalı kəndinə köçürüldü FOTO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə "Böyük Qa

arrow Ətraflı
İlham Əliyev Yunanıstanın dövlət başçısına başsağlığı verib like
  • 03 Mar 15:58  
Siyasət İlham Əliyev Yunanıstanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri

arrow Ətraflı
Tofiq Kazımovun 100 illik yubileyi qeyd olunacaq like
  • 03 Mar 15:55  
Siyasət Tofiq Kazımovun 100 illik yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi h

arrow Ətraflı
Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi like
  • 03 Mar 15:53  
Siyasət Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi

Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siy

arrow Ətraflı
Dünyanın ən böyük noutbuku hazırlandı  VİDEO  FOTO like
  • 03 Mar 15:52  
Digərləri Dünyanın ən böyük noutbuku hazırlandı VİDEO FOTO

Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.

arrow Ətraflı
Azərbaycana qanunsuz taxta göndərən həbs olundu like
  • 03 Mar 15:30  
Digərləri Azərbaycana qanunsuz taxta göndərən həbs olundu

Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əh

arrow Ətraflı
“DÜŞÜN VƏ YARAT!”  yaradıcılıq  müsabiqəsinin yekun sərgisi açıldı like
  • 03 Mar 15:29  
Kriminal “DÜŞÜN VƏ YARAT!” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Az

arrow Ətraflı