YARAT “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlıda təqdim edib FOTO


Kriminal 02 Mar 2023 18:22:00 203 0

YARAT “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlıda təqdim edib  FOTO

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərlərindən ibarət "İncə müşahidələr" səyyar qrup sərgisini Saatlı ictimaiyyətinə təqdim edib.

YARAT Müasir İncəsənət Məkanından verilən məlumata görə, sərgi Saatlı Dövlət Rəsm Qalereyasında açılıb.

Açılışa Saatlı Rayon İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov, YARAT Müasir İncəsənət Məkanı İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova və digər iştirakçılar çıxış ediblər.

Sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürüb. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya "dumanının" içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardan hesab olunurlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər. Gündəliyin müvəqqətiliyi kontekstində, sərgi müşahidə, refleksiya etmək və yaxşılığa doğru dəyişmək üçün humanist yanaşmanı təklif edir.

Fotoqraf Dadaş Adna öz əsərlərində sadəliyin poetikasını - insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır. Oxşar üsulu ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır. Rəssam videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür. Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür. Ramal Kazımın əsərlərində təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini qrotesk, güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir. Nadir Eminovun "Okey, bumer" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir. Sanki həyat ekranın o biri tərəfindən güdülür, burada sənətçi reallıq və idrak arasındakı qaçış və uçuruma işarə edərək, tənha və əzmkar bir atmosfer yaradır.

Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.

Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur, məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməyin həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar. Habib Saherin "Qodonu gözləyərkən" instalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir. Rəssam Rəşad Babayevin "Dərviş" əsəri isə məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir. Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.

Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər daxildir.

Ənənəvi olaraq, sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqram çərçivəsində müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilatı dəstəyi ilə həyata keçirilir.

Ziraat Bank Azərbaycan ABA tərəfindən mükafatlara layiq görülüb like
  • 02 Mar 18:20  
Digərləri Ziraat Bank Azərbaycan ABA tərəfindən mükafatlara layiq görülüb

Ziraat Bank Azərbaycan 2022-ci il ərzində göstərdiyi fəaliyyətə görə B

arrow Ətraflı
Elə bildilər zəlzələ baş verdi  VİDEO like
  • 02 Mar 18:17  
Digərləri Elə bildilər zəlzələ baş verdi VİDEO

Türkiyənin İstanbul şəhərində yeni təhvil verilən mənzildə tavan evd�

arrow Ətraflı
“Məni az qala boğurdular”  FOTO like
  • 02 Mar 18:06  
Şou-biznes “Məni az qala boğurdular” FOTO

"Mən tərpənə və danışa bilmirdim..."

arrow Ətraflı
III Çarlzın taxtı tacqoymadan öncə təmirə göndərildi – FOTO like
  • 02 Mar 17:55  
Dünya III Çarlzın taxtı tacqoymadan öncə təmirə göndərildi – FOTO

Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl b

arrow Ətraflı
"Makronun bugünkü cinayətkar siyasətini dayandırmaq lazımdır" like
  • 02 Mar 17:22  
Siyasət "Makronun bugünkü cinayətkar siyasətini dayandırmaq lazımdır"

Əlcəzairdə törədilən cinayətləri nəzərə alsaq, Fransa prezidenti Makr

arrow Ətraflı
Bakı qlobal siyasəti dəyişməyə başlayır like
  • 02 Mar 17:21  
Siyasət Bakı qlobal siyasəti dəyişməyə başlayır

"Qoşulmaq, yoxsa qoşulmamaq?" Çağdaş geosiyasətin inkişaf etmə

arrow Ətraflı
"Azərbaycana təşəkkür edirəm" like
  • 02 Mar 17:20  
Siyasət "Azərbaycana təşəkkür edirəm"

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib like
  • 02 Mar 17:13  
Siyasət İlham Əliyev: Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib

Azərbaycan böyükmiqyaslı mina problemi ilə üzləşib. Müharibənin başa

arrow Ətraflı
Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayır  Mikael Forrest like
  • 02 Mar 17:12  
Siyasət Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayır Mikael Forrest

Fransa hər vəchlə aparılan danışıqları və nizamlama prosesini bloklayı

arrow Ətraflı
Prezident: Metsamor AES bütün region üçün böyük nüvə təhlükəsi yaradır like
  • 02 Mar 17:10  
Siyasət Prezident: Metsamor AES bütün region üçün böyük nüvə təhlükəsi yaradır

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərba

arrow Ətraflı
Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Mikael Forrest ilə görüşüblər  FOTO like
  • 02 Mar 17:05  
Siyasət Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Mikael Forrest ilə görüşüblər FOTO

Martın 2-də Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayıl

arrow Ətraflı
Oğlu Ramiz Novruzun görüntüsünü görüb ağladı  VİDEO like
  • 02 Mar 16:50  
Şou-biznes Oğlu Ramiz Novruzun görüntüsünü görüb ağladı VİDEO

Aktyor Cavidan Novruz atası, Xalq artisti Ramiz Novruza həsr edilən "Xə

arrow Ətraflı
Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb like
  • 02 Mar 16:45  
Digərləri Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb

Mart ayı üçün kosmik hava proqnozu açıqlanıb.

arrow Ətraflı