"Əsli ilə cinsi əlaqədə olduqdan iki gün sonra mənə ailəli olduğunu dedi..." Tovuzdakı cinayətin təfərrüatı


Kriminal 28 Fev 2023 17:44:00 221 0

"Əsli ilə cinsi əlaqədə olduqdan iki gün sonra mənə ailəli olduğunu dedi..."  Tovuzdakı cinayətin təfərrüatı

Tovuz rayonunda 1992-ci il təvəllüdlü Əmir qısqanclıq zəminində həyat yoldaşı, 1998-ci il təvəllüdlü Əslini (adlar şərti verilib red.) qətlə yetirib.

Son.az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata göra, Əmir bibisi qızı Əsli ilə illər öncə ailə həyatı qurub.

Sonradan o, arvadının kənddə Seymurla sevgi münasibətlərində olmaqla, ona xəyanət etməsindən şübhələnib.

Buna görə da arvadını 13 iyul 2022-ci ildə saat 11 radələrində birgə yaşadıqları evə bitişik bir otaqdan ibarət yardımçı tikiliyə çağırıb. Əslidən Seymurla sevgi münasibətlərində olması, ona xəyanət edib-etməməsini soruşub.

Əsli Seymurla sevgi münasibətlərini etiraf etməsə də, Əmir arvadının ona xəyanət etməsinə əmin olub və bunu özü üçün qəbuledilməz sayıb. Əmir bıçaqla Əslinin boğaz nahiyəsini kəsib. Daha sonra ona 25 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib. İstintaq orqanı tərəfindən Əmirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Nə yaxşı gəldiklərini soruşdum"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ildə Əsli ilə ailə həyatı qurub, birgə nikahdan üç oğlu olub: "Özüm kənddə yerləşən un məmulatlarının satış mağazasında fəhlə işləmişəm. Həyat yoldaşım heç bir yerdə işləməyib. Orta təhsilliyəm, hərbi xidmətdə olmuşam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən təxminən 3 gün əvvəl, yəni iyulun 10-da işdə olarkən, saat təxminən 13 radələrində baldızı Vəfa, qayınanası Nərmin və digər bibisi Gülnar bibisi oglu Əliyə məxsus avtomobillə işlədiyi mağazanın qarşısında dayandıqlarını görüb: "Əlidən nə yaxşı gəldiklərini soruşdum. Əli mənə anası Gülnara məxsus paltar və əşyaların bizdə qaldığını, gedərək götürəcəklərini bildirdi. Mən işdə olduğumdan onlarla gedə bilmədim və öz işimlə məşğul oldum".

"Adına söz çıxacağını bildirdi"

Əmir qeyd edib ki, təxminən bir saat sonra Əligilin qayıtdıqlarını və yenidən işlədiyi mağazanın qarşısında dayandıqlarını görüb: "Bibim Gülnar mənə Əslinin mobil telefon nömrələrini qırdıqlarını, zəng çatmasa narahat olmamağıml bildirdi. Mən niyə Əslinin telefon nömrəsini qırdıqlarınl soruşdum. Gülnar Əslinin telefonla çox oynadığını, evə baxmadığını və təmizləmədiyini bildirdi. Bundan sonra bibim Gülnar mənə uşaqları bağçaya qoymamağımı, Əslinin taksi ilə gedib-gəlməməsini, adına söz çıxacağını bildirdi. Yenidən nə olduğunu soruşdum. Bu vaxt Əli heç nə olmadığını, Əslinin telefonla çox oynadığını dedi. Sonra onlar sağollaşaraq getdilər".

"Seymur adlı sürücüyə zəng vur"

Əmirin sözlərinə görə, həmin vaxtdan sonra Əslidən şübhələnməyə başlayıb: "Təxminən 1 saat sonra beynimdəki şübhələrə görə Əliyə zəng vurdum. Ondan bibimgilin Əslinin telefon nömrələrini niyə qırdıqlarını, uşaqları niyə bağçaya qoymamağımı, Əslinin niyə taksi ilə gedib-gəlməməsini, niyə adına söz çıxacağını soruşdum. O məndən Seymur adlı taksi sürücüsünü tanıyıb-tanımadığımı soruşdu. Seymuru tanıdığımı, nəyə görə soruşduğunu dedim. Əli Seymurun Əsli ilə münasibəti olduğunu, Əslinin adını hər yerdə hallandırdığını bildirdi. Məsləhət gördü ki, Seymurun nömrəsinə zəng vuraraq çağırıb söhbət edim, bu məsələni aydınlaşdırım. O özlərinin də birazdan gələcəklərini bildirdi".

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Seymura zəng vurub və işlədiyi yerə çağırıb: "Təxminən 20 dəqiqə sonra Seymur işlədiyim yerin qarşısına gəldi. Ondan arvadımın adına niyə söz-söhbət çıxardığını, onunla münasibəti olub-olmadığını soruşdum. Seymur söyüş söyərək münasibəti olmadığını, onun adına söz-söhbət çıxarmadığını dedi. Seymura inanmadığımdan mübahisəmiz yarandı. Bu vaxt Əlinin avtomobilinin dayandığını gördüm. O və digər bibim uşaqları gəldilər, bizi araladılar".

"Maşında çəkişmə oldu"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Əli Seymura bir az uzaqlaşmağı təklif edib: "Nə olduğunu soruşdum, Əli dəqiq bir şey demədi. Daha sonra Seymurun "VAZ 2106" markalı avtomobilinə əyləşdi. Avtomobil təxminən 2 metr sonra dayandı. Onlar söhbət etməyə başladılar. Bir az sonra avtomaşında çəkişməyə başladıqlarını gördüm. Orada səs-küy oldu. Seymur qaçaraq getdi. Əlidən niyə Seymurla dalaşdığını soruşdum. O Seymurun giclədiyinə görə onunla süprüşdüyünü dedi. Daha sonra orada olan polis əməkdaşları bizə yaxınlaşdı, nə məsələ olduğunu soruşdular. Seymurun şikayət edəcəyini fikirləşdiyimizdən, bu barədə polis əməkdaşlarından şöbəyə məlumat vermələrini xahiş etdik".

"Cinsi əlaqədə olmadığını bildirdi"

Əmir qeyd edib ki, bir müddət sonra oraya post-patrul maşını gəlib və onları polis şöbəsinə aparıblar: "Şöbədə profilaktik söhbət edildikdən sonra barəmizdə inzibati protokol tərtib edildi və bizi buraxdılar. Mən evə gəldim. Arvadımdan nə söz-söhbət olduğunu soruşdum. Əsli ona Seymurun hədə-qorxu gəldiyini, ona görə də danışaraq münasibət qurduqlarını, lakin cinsi əlaqədə olmadığını bildirdi. Həmin vaxt Əslinin gözlərinə baxdıqda, gözlərinin dolduğunu və peşmançılıq hissi keçirdiyini gördüm. Arvadımın mənə xəyanat edərək Seymurla cinsi əlaqədə olduğundan şübhələndim. Həmin vaxt arvadımı öldürmək istədim. Lakin usaqlarımız Əslinin yanında olduğundan ona yazığım gəldi və fikrimdən daşındım. Bütün günü arvadımın mənə xəyanət etməsindən şübhələndiyimdən dayana bilmadim".

"Nalayiq söyüş söydüm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, səhərisi günü saat 10 radələrində yenidən arvadına düzünü danışmağını bildirib: "Arvadım yenə gözləri dolaraq eyni sözləri dedi. Həmin günü işdə olarkən Seymurun taksi ilə kəndin içində gedib-gəldiyini gördüm. Arvadımın mobil telefonu işləmədiyindən Seymurun evə tərəf gedib-gəldiyindən şübhələndim. Seymur daha sonra işlədiyim yerə gələrək arvadımın ona 150 manat borcu olduğunu dedi. Mən ona avtomaşınına oturaraq evimizə tərəf getməyi dedim. Evimizin yaxınında avtomobili saxlatdırdım. Evə gedərək Əslidən Seymura 150 manat borcu olub-olmadığını soruşdum. Əsli Seymurdan borc almadığını, onun özünün xoşluqla pul verdiyini, lakin götürmədiyini və verdiyi pulu cıraraq atdığını bildirdi. Bundan sonra əsəbləşdim. Acıqlı şəkildə Seymurun üzərinə getdim, arvadımın ona borcu olmadığını, özünün xoşluqla pul verdiyini bildirdim. Seymur and içərək xoşluqla pul vermədiyini dedi. Bu zaman yalan danışanın barəsində nalayiq söyüş söydüm. Seymur üstümə yeridi, yumruqla gözümdən vurdu, sonra qaçaraq avtomobilinə oturdu. Evdən bıçaq götürərək Seymuru öldürmək istəsəm də, onun artıq getdiyini gördüm".

"Özümə xəsarət yetirdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra iş yerinə qayıdıb: "Təxminən saat 18 radələrində baldızlarım, qayınanam, digər bibim işlədiyim yerə gəldi. Onlar bir az hal-əhval tutduqdan sonra gözümə nə olduğunu soruşdular. Seymurla dalaşdığımı dedim. Əslinin hərəkətindən əsəbləşdiyimdən işlədiyim yerdə olan qırıq bir bıçağı əlimə alıb özümə xəsarət yetirmək istədim. Qayınanam tez üstümə qaçıb əlimdən tutmaq istədi. Onu itələyərək, özümə bıçaqla xəsarət yetirdim. Qayınanamgil yaramın üstünə əsgi qoyaraq və gəldikləri avtomobilə əyləşdirərək təcili tibbi yardıma zəng vurdular. Yolda olarkən tacili tibbi yardım gəldi. Məni xəstaxanaya apardılar. Gecə baldızım və qayınanam da xəstaxanada yanımda qaldı".

"Arvadımın alt paltarında olan şəklini gördüm"

Əmir bildirib ki, səhəri gün günorta saatlarında xəstəxanadan çıxaraq evə gəlib: "Təxminən saat 18 radələrində qayınanamgil öz evlərinə getdi. Axşam saat təxminən 21 radələrində arvadımın mobil telefonunun stolun üstündə olduğunu gördüm. Telefonu götürüb vatsap yazışma proqramına daxil oldum. Həmin vaxt Əslinin "BA" yazılan şəxslə yazışması olduğunu gördüm. Həmin şəxsin adına daxil oldum. Seymurla yazışdıqlarını, lakin mesajlarin silindiyi, Seymurla arvadımın alt paltarında olan şəklini gördüm. Arvadımdan şəkil barədə soruşdum. Əsli mənə xəyanət etdiyini boynuna almadı, şəklin fotomontaj olduğunu dedi. Bundan sonra yenidən arvadımı öldürmək istədim. Lakin yenə də uşaqlarımın Əslinin yanında olduğunu gördüm. Onu sabahı gün öldürmək qərarına gəldim."

"Yaxşı edirəm, gəzirəm, öldürürüsən öldür"

Tarif Şurasından yeni qərar like
  • 28 Fev 17:43  
Digərləri Tarif Şurasından yeni qərar

Tarif (qiymət) Şurasının 28 fevral 2023-cü il tarixində növbəti iclası

arrow Ətraflı
Martda hava necə olacaq?  Aylıq proqnoz like
  • 28 Fev 17:36  
Digərləri Martda hava necə olacaq? Aylıq proqnoz

Mart ayına olan hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Tanınmış ssenarist vəfat etdi like
  • 28 Fev 17:34  
Şou-biznes Tanınmış ssenarist vəfat etdi

"Walt Disney"in ən uzunömürlü ssenaristi, animator, rejissor, prod

arrow Ətraflı
Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar  Azər Qarayev  VİDEO like
  • 28 Fev 17:32  
Siyasət Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar Azər Qarayev VİDEO

Ermənilər hər zaman Azərbaycana qarşı ərazi iddiasında olublar. Sumqayı

arrow Ətraflı
Polisə 7 min dəfə zəng etdi, tutdular like
  • 28 Fev 17:23  
Dünya Polisə 7 min dəfə zəng etdi, tutdular

Britaniyanın Horsham şəhər sakininin 2020-ci ilin sentyabr ayından bəri 7

arrow Ətraflı
Prezident Kubanın vitseprezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  FOTO like
  • 28 Fev 17:22  
Siyasət Prezident Kubanın vitseprezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Re

arrow Ətraflı
Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı like
  • 28 Fev 17:18  
Digərləri Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

arrow Ətraflı
Əjdaha çöl donuzunu birdəfəyə uddu  VİDEO like
  • 28 Fev 17:11  
Digərləri Əjdaha çöl donuzunu birdəfəyə uddu VİDEO

Ac Komodo əjdahası bir anda bütöv bir qabanı udub.

arrow Ətraflı
Qoca Koks, heroin, silah alveri, İslam düşmənçiliyi və "erməni eşqi"  ARAŞDIRMA like
  • 28 Fev 17:10  
Siyasət Qoca Koks, heroin, silah alveri, İslam düşmənçiliyi və "erməni eşqi" ARAŞDIRMA

Britaniya Lordlar Palatasının üzvü, ermənidən artıq erməni olması ilə

arrow Ətraflı
Rusiya Paşinyanı HƏDƏLƏDİ  Bakıdan İrəvana göndərilən like
  • 28 Fev 17:09  
Siyasət Rusiya Paşinyanı HƏDƏLƏDİ Bakıdan İrəvana göndərilən

Lavrovun iki günlük Bakı səfəri bu regionla bağlı bir çox təzadlı məq

arrow Ətraflı
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi  SƏRƏNCAM like
  • 28 Fev 17:08  
Siyasət Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi SƏRƏNCAM

Prezident İlham Əliyev S.İ.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali M

arrow Ətraflı
Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər müəyyənləşdi like
  • 28 Fev 17:06  
Siyasət Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər müəyyənləşdi

Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər mü�

arrow Ətraflı
“Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş” like
  • 28 Fev 17:02  
Digərləri “Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Ba�

arrow Ətraflı
Buzovnada qanunsuz tikilən iki tikili söküldü  FOTO like
  • 28 Fev 16:55  
Digərləri Buzovnada qanunsuz tikilən iki tikili söküldü FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərin qarşı

arrow Ətraflı