"Ölüm xəbərini alan kimi..." Ramiz Novruzla vidalaşan


Kriminal 26 Fev 2023 22:03:00 261 0

"Ölüm xəbərini alan kimi..."  Ramiz Novruzla vidalaşan

Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası və sağlığında dostlarının "uşaqlığı cibində olan adam" dedikləri Ramiz Novruz Novruzun ilk çərşənbəsində dünyasını dəyişdi.

Son.az xəbər verir ki, "Kaspi" qəzeti Xalq artisti barədə məqalə dərc edib.

Ramiz Novruz deyəndə canlandırdığı bütün rollara rəğmən, ağla ilk gələn "Sizi dünyalar qədər sevirdim" filmindəki general Həzi Aslanov obrazı olur. O, sonralar neçə-neçə qiymətli obrazlar yaratsa da, çoxlarının yaddaşında məhz həmin filmdəki general rolu ilə qaldı. Ramiz Novruz yaraşığı, ucalığı, səsiylə gözümüzdə daim general oldu. Bəlkə də gözlərini son dəfə yumanda da aktyorun bənizində "Sizi dünyalar qədər sevirdim" ifadəsi canlanıb. "Qalanı xatirədir", deyiblər. Ramiz Novruzun da xatirələri oynadığı tamaşalarda, çəkildiyi filmlərdə, seriallarda, sevdiklərinin, dostlarının ürəyində qaldı. 

Xatirələrini bizimlə bölüşən, uzun illər Ramiz Novruzla bir yerdə çalışan Xalq artisti Rafiq Əzimov da aktyorun ölümündən çox kədərləndiyini bildirdi:

"Ramizlə teatrımızın bir çox tamaşalarında bir yerdə oynamışıq. Sonuncu tamaşamız Qoqolun "Müfəttiş" əsəri idi. Orda Rafael Dadaşovla Ramiz Novruz bələdiyyə rəisi obrazında dublyor idilər. Rafael rəhmətə gedəndən sonra Ramiz də xəstələndi. Açığı, belə ağır xəstəliyi olduğunu zənn etmirdim. Elə bilirdim ki, tezliklə yaxşı olacaq, yenidən səhnəyə qayıdacaq. Ramiz çox dəyərli aktyor idi. Xalqımız onu kinodan Həzi Aslanov kimi, tamaşalardan isə başqa rolları ilə yaxşı tanıyırdı. Amma onun çox gözəl dramaturji qələmi də var idi. Əsərləri başqa teatrlarda da, o cümlədən Akademik Dram Teatrının səhnəsində də müvəffəqiyyətlə oynanılırdı. "Hələ sevirəm deməmişəm" əsəri çox gözəldir. Teatrımız üçün hər mənada çox ağır itki oldu. Onun yeri həmişə görünəcək".

Əməkdar artist Azad Şükürov da hislərini bizimlə bölüşdü:

"Ramiz Novruzla tələbəlik illərindən dostluğumuz vardı. Öz dəsti-xətti, xüsusi istedadı, həm də insanlığı ilə seçilən biri idi. Bütün ömrü, həyatı, varlığı ilə teatra xidmət edən bir aktyor idi. O, aktyor sənətinin bütün sahələrində bacarığını nümayiş etdirmişdi. Teatr, kino, radio, televiziya - hər yerdə var idi. Səhnədə eyni tamaşada oynamasaq da, radio teatrında uzun müddət bir yerdə çalışmışıq. Həmişə xatirimdə qalacaq. Kino, teatr, xüsusilə də aktyorluq sənəti üçün böyük bir itkidir. Onun yeri həmişə görünəcək. Allah yerini behişt etsin!" 

Əməkdar artist Anar Heybətov da Ramiz Novruzun ölümündən kədərləndiyini bildirdi:

"Biz bilirdik ki, səhhətində problemlər var. Amma onu itirəcəyimizə inanmırdıq. Ümid edirdik ki, sağalacaq, yenidən səhnəyə çıxacaq, rolları ilə hamını sevindərəcək. Amma olmadı. Ölüm xəbərini alan kimi onu ilk dəfə görüb, tanıdığım günü xatırladım. Elə çox sevinmişdim ki... Şəxsən tanımadığım illərdə ona pərəstişim vardı, aktyor kimi çox sevirdim. Sonradan dostluq da etdik. O, gözəl sənətkar olmaqla yanaşı, gözəl insan idi, gözəl ailə başçısı idi, gözəl ata idi, gənclərin yaxın dostu idi. Nəinki mənim, teatrımızın, başqa teatrların da aktyorlarının dostu idi. İstər səhnədə, istər səhnə arxasında hamıya bacardığı köməkliyi edirdi. Onun ölümü hamımıza çox pis təsir etdi. Səhnəmizdən böyük bir aktyoru, həyatımızda isə böyük bir dostu itirdik".

Rejissor Ramin Hacıyev deyir ki, Ramiz Novruz çox gözəl insan idi, kollektivdə o qədər gözəl, mülayim, mehriban idi ki, hamımız onun başına toplaşırdıq:

"Biz bir yerdə "Ailəcanlı" və "Ay yay, yay" seriallarını çəkmişdik. Komediyada ona qədər oynamamışdı deyə, həmişə deyirdi ki, "mənə çox maraqlıdır". Onu insan kimi də, sənətkar kimi də çox sevirdik. Bir dəfə nə özü, nə yaradıcılığı ilə bağlı bir pis söz eşitmədik. Çox böyük bir sənətkarımızı itirdik. Yeri hər zaman görünəcək". 

Aktrisa Rada Nəsibovaya da Ramiz Novruzun itkisi olduqca pis təsir edib:

"İnana bilmirəm. Çox inanırdım, ümid edirdim ki, sağalacaq, ayağa qalxacaq. Belə olacağını gözləmirdim.  Aktyorlar adətən istedadına görə tamaşaçılar tərəfindən sevilir. Amma aktyorlar içində bir insan kimi sevilmək hər adama nəsib olmur. O məşhur ifadə var ha, "uşaqla uşaq idi, böyüklə böyük".  Bax, Ramiz müəllim də eləydi. Xatirimdə salam verən kimi qollarını açıb qucaqlayan, doğması kimi bağrına basan, saça tumar çəkən bir insan kimi qalacaq. İki çox çətin anım olub ki, heç kəsə ağız açmamışam, amma ona zəng vurmuşam. Bircə kəlməmlə yanımda olub. Amma bunu heç yerdə heç kimin yanında dilinə almadı, demədi. Çox gözəl dost idi. İllər ötəcək, mən bunu heç vaxt unutmayacağam. Hər kəs qonaqdır bu dünyada. Bir gün hamı gedəcək, əlbəttə. Bizdən sonra adımız, etdiyimiz əməllər qalacaq. Necə ki, Ramiz müəllim bizim qəlbimizdə həmişə gözəl insan kimi yaşayacaq. Allah rəhmət eləsin".

Son.az

ABŞdan Krımla bağlı kritik açıqlama like
  • 26 Fev 21:59  
Dünya ABŞdan Krımla bağlı kritik açıqlama

ABŞ Krımın ələ keçirilməsində Ukrayna prezidenti Vladimir Zelenskinin g�

arrow Ətraflı
Donetskdə Rusiyanın itkilərinin like
  • 26 Fev 21:54  
Dünya Donetskdə Rusiyanın itkilərinin

Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında Rusiya hərbçiləri xey

arrow Ətraflı
Bu ölkədə 52 dərəcə like
  • 26 Fev 21:49  
Dünya Bu ölkədə 52 dərəcə

Kanadanın Nyufaundlend, Kvebek və Labrador əyalətlərinin şimal bölgələr

arrow Ətraflı
Qızartma üçün ən faydalı yağ like
  • 26 Fev 21:42  
Digərləri Qızartma üçün ən faydalı yağ

Dietoloq Ginzburq qızartma üçün ən yaxşı yağı hansı olduğunu açıqla

arrow Ətraflı
Türkiyədə TÜKÜRPƏDİCİ OLAY: like
  • 26 Fev 21:37  
Dünya Türkiyədə TÜKÜRPƏDİCİ OLAY:

Türkiyədə baş verən zəlzələdə magistral yollarda ciddi yarıqlar əməl

arrow Ətraflı
Nikola xatırlatma: “Yeni müharibə və yeni...” like
  • 26 Fev 21:28  
Siyasət Nikola xatırlatma: “Yeni müharibə və yeni...”

2019-cu ildə "Yeni müharibə və yeni ərazilər" deyə, Azərbaycan

arrow Ətraflı
Afrika İttifaqının missiyası vertolyot qəzasına uğradı like
  • 26 Fev 21:24  
Dünya Afrika İttifaqının missiyası vertolyot qəzasına uğradı

Somalidə Afrika İttifaqının missiyası vertolyot qəzasına uğrayıb.

arrow Ətraflı
Bu peşə sahibləri daha çox yorulur like
  • 26 Fev 21:21  
Digərləri Bu peşə sahibləri daha çox yorulur

Bütün peşələrin öz çətinliyi var. Ancaq elə sahələr var ki, onlar dah

arrow Ətraflı
Sülhməramlılara aid daha like
  • 26 Fev 21:17  
Siyasət Sülhməramlılara aid daha

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı man

arrow Ətraflı
Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ: like
  • 26 Fev 20:53  
Digərləri Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ:

Çarşaflarda toz, kir, ölü dəri hüceyrələri, tər, saç və digər kiçik

arrow Ətraflı
Qərbin Rusiyanı PARÇALAMAQ PLANI İŞƏ DÜŞDÜ: like
  • 26 Fev 20:48  
Dünya Qərbin Rusiyanı PARÇALAMAQ PLANI İŞƏ DÜŞDÜ:

"SSRİ dağıldıqdan sonra Qərb ölkələri Rusiya ilə tərəfdaşlıq m

arrow Ətraflı
Yaşlı insanlara XƏBƏRDARLIQ: like
  • 26 Fev 20:44  
Digərləri Yaşlı insanlara XƏBƏRDARLIQ:

Yaş ötdükcə insanlar pəhrizə daha həssas yanaşmalıdır. 

arrow Ətraflı
Bakıda yaşayış evi yanıb like
  • 26 Fev 20:40  
Digərləri Bakıda yaşayış evi yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəl

arrow Ətraflı
Telefonla danışanda yaxşı eşitmirsiniz?  SƏBƏBİ AÇIQLANDI like
  • 26 Fev 20:35  
Digərləri Telefonla danışanda yaxşı eşitmirsiniz? SƏBƏBİ AÇIQLANDI

Telefon danışığı zamanı telefon sahibi həmsöhbətin bəzi ifadələrini

arrow Ətraflı
Ukraynaya F16 deyil, onlar lazımdır like
  • 26 Fev 20:30  
Dünya Ukraynaya F16 deyil, onlar lazımdır

Ukraynaya F-16 qırıcılarının verilməsi məsələsinə daha sonra baxılaca

arrow Ətraflı