Xocalı sakini 31 il əvvəldən danışır:


Kriminal 26 Fev 2023 19:07:00 217 0

Xocalı sakini 31 il əvvəldən danışır:

Xocalı sakini 31 il əvvəldən danışır: Gözümün qabağında meyitlər küçələrə səpələnirdi Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Son.az xəbər verir ki, Xocalı faciəsinin şahidi, Qarabağ müharibəsi veteranı Saday Rzayev yaşadığı acı və dəhşətli günlərin xatirələrini "Report"-a danışıb.

Qeyd edək ki, Saday Rzayev Xocalı sakinidir. Xocalıda yerli özünümüdafiə batalyonuna yazılanlardan biri olub. 1992-ci ilin fevralında şəhərin müdafiəsi yalnız yerli sakinlərin gücü hüsabına təmin edilirdi. Xocalı sakinləri əlavə qüvvələrin gəlməsi ümidi ilə şəhərətrafı səngərlər qazaraq müdafiəni möhkəmləndirməyə başlasalar da, bu, düşmənin zirehli texnikasının qarşısını ala bilməzdi.

"Fevralın 25-də gecə səngərdə olmuşam. Hava qaralandan sonra ermənilər tərəfdən hərəkətlilik başladı. Ermənilər və o vaxtı orada olan Sovet ordusunun əsgərləri başladılar şəhəri mühasirəyə almağa. Zirehli texnikalar hər tərəfdən mühasirə halqasını daraldırdılar. Texnikalardan biri Noragux istiqamətində meşədən çıxıb bizim olduğumuz post tərəfə gəldi. Hava qaranlıq olsa da, tankın üstündə əsgərləri gördüm. Təxminən 8 rus əsgəri varıydı. Onların danışığından artıq şəhərə hücum olacağını təxmin elədik. Tank üzümlük deyilən ərazi ilə şəhər istiqamətində hərəkətə başladı".

Saday kişi xatirələrini danışdıqca, o dəhşətli anları üzünün dəyişən ifadələrindən hiss etmək mümkün idi.

"Texnika şəhəri tam mühasirəyə alandan sonra havaya 3 raket atıldı. Mən komandirimiz Tofiq müəllimə dedim ki, bu, müharibə işarəsidir. İki dəqiqədən sonra başladılar şəhəri bombalamağa. O gecə sanki göydən od yağırdı. Şəhər elə bombardman edildi ki, sanki cəhənnəm yaşanır. Gözümün qabağında insanların meyitləri küçələrə səpələnirdi. Yaralıların heç birinə kömək edə bilmirdim. Qan su yerinə axırdı. Bu dəhşətli hadisələrin hamısı gözümün qabağında olub. Başa düşdük ki, avtomatla tankın qarşısına çıxa bilməyəcəyik. Ən yaxşısı qalan insanları şəhərdən çıxarmaqdır".

"Bunları eşidəndə bədənim əsirdi" like
  • 26 Fev 18:51  
Şou-biznes "Bunları eşidəndə bədənim əsirdi"

"Xocalı hadisəsi hər birimizin beyninə və ürəyinə saplanan bir zər

arrow Ətraflı
Kahramanmaraşın valisi Azərbaycana təşəkkür etdi  FOTO like
  • 26 Fev 18:48  
Digərləri Kahramanmaraşın valisi Azərbaycana təşəkkür etdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas

arrow Ətraflı
Zelenski niyə həmişə kamuflyaj formaları geyinir? like
  • 26 Fev 18:18  
Dünya Zelenski niyə həmişə kamuflyaj formaları geyinir?

"Ukrayna Prezidenti Volodimir Zelenskinin və nazirlərin həmişə kamufly

arrow Ətraflı
İranda etirazlarda həbs edilən ispaniyalı azad olundu like
  • 26 Fev 18:07  
Dünya İranda etirazlarda həbs edilən ispaniyalı azad olundu

İranda etiraz aksiyaları zamanı həbs edilən 24 yaşlı İspaniya vətənda�

arrow Ətraflı
Sənət adamlarının Xocalı soyqırımı ilə bağlı paylaşımları  FOTO like
  • 26 Fev 17:56  
Şou-biznes Sənət adamlarının Xocalı soyqırımı ilə bağlı paylaşımları FOTO

Ermənilərin Xocalıda törətdikləri soyqırımdan 31 il ötür. 

arrow Ətraflı
Əməkdar artist qardaşının əvəzinə əsgərliyə gedibmiş  VİDEO like
  • 26 Fev 17:23  
Şou-biznes Əməkdar artist qardaşının əvəzinə əsgərliyə gedibmiş VİDEO

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşının əvəzinə hərbi

arrow Ətraflı
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib like
  • 26 Fev 17:11  
Digərləri Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocal�

arrow Ətraflı
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub like
  • 26 Fev 17:02  
Digərləri Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqı

arrow Ətraflı
Üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb like
  • 26 Fev 16:48  
Digərləri Üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb

Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.

arrow Ətraflı
Tərəf müqabili oldular like
  • 26 Fev 16:26  
Şou-biznes Tərəf müqabili oldular

Türkiyəli aktrisa Aslı Bekiroğlunun yeni layihəsi bəlli olub.

arrow Ətraflı
İtaliyada miqrantları daşıyan gəmi batdı: 34 ölü like
  • 26 Fev 16:15  
Dünya İtaliyada miqrantları daşıyan gəmi batdı: 34 ölü

İtaliyanın cənub sahillərində miqrantları daşıyan gəmi batıb.

arrow Ətraflı
Rusiya qeyrisabit olacaq, buna hazır olun  Pavel like
  • 26 Fev 16:04  
Dünya Rusiya qeyrisabit olacaq, buna hazır olun Pavel

Ukraynaya qarşı müharibə nəticəsində Rusiya uzun müddət qeyri-sabit ola

arrow Ətraflı
Putin və Ərdoğanın telefon danışığı olub like
  • 26 Fev 15:53  
Siyasət Putin və Ərdoğanın telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayy

arrow Ətraflı
Billi Aylişi qorxudan pərəstişkarı saxlanıldı like
  • 26 Fev 15:42  
Şou-biznes Billi Aylişi qorxudan pərəstişkarı saxlanıldı

Amerikalı 21 yaşlı məşhur müğənni Billi Aylişi pərəstişkarından bir

arrow Ətraflı