Evə basqın edib məmurun ailəsini öldürdülər


Kriminal 25 Fev 2023 13:12:00 238 0

Evə basqın edib məmurun ailəsini öldürdülər

CİNAYƏT İŞİ

Qısa arayış...

2004-cü il aprelin 26-ı gecə saat 3-də vətəndaş Əli Cəlilov Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gələrək, anası və bacısı qızından gün ərzində xəbərləri olmadığını, yaşadıqları Cəfər Cabbarlı küçəsi ev 38, mənzil 3-də işıqların yanmadığını bildirib. Həmin ünvana yollanıb, pilləkənlə mənzilin pəncərəsinə çıxan əməliyatçı şüşənin sındırıldığını deyib. İçəri daxil olanda, qonaq və mətbəx otaqlarında qana bulaşmış 2 meyit aşkar ediblər. Polis əməkdaşları qapını sındırıb içəri daxil olublar və hadisə barədə prokurorluğa məlumat veriblər.

Qonaq otağında 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın meyiti, divanın üzərində Quran kitabçası, qadın çantası, içərisində mobil telefon aşkar edilib. Mətbəx otağında 1989-cu il təvəllüdlü Aygün Əzizovanın meyiti, onun ayağının altında, həçinin mətbəxdəki masanın və xalçanın üzərində tiyəsi sınmış vəziyyətdə bıçaqlar tapılıb.

Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəhilə Cəlilovanın meyitində 42, Aygün Əzizovanın meyitində 49 ədəd bıçaq yarası aşkar edilib.

Qətlə yetirilən 15 yaşlı Aygün Əzizovanın atası Asif Əzizovun Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 1-cü müavini vəzifəsində işləməsi məlum olub.

Ağır cinayətin açılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, təəsüf ki təqsirləndirilən şəxsləri müəyyən edib, məsuliyyətə cəlb etmək mümkün olmayıb. Beləliklə də hadisədən 18 il keçib...

2022-ci il mayın 11-də Baş Prokurorluq məlumat yayıb ki, 2004-cü ildə paytaxtın Yasamal rayonunda Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsidə istintaqı aparılan cinayət işinin üstü açılıb. Qətlin Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Anar Ağalarov, Göyçay rayon sakinləri 1976-cı il təvəllüdlü Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli tərəfindən törədilməsi müəyyən edilib. Anar Ağalarovun və Fərid Məmmədlinin barəsində məhkəmənin qərarı ilə həbsqəti imkan tədbiri seçilib. Cinayətdə iştirak edən 3-cü şəxsin ölməsi məlum olub.

Son.az bildirir ki, lent.az dəhşətli cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Anar Ağalarov nənəsi Rəfiqə Aslanovanın rəfiqəsi Rəhilə Cəlilovanın sələmə pul verdiyini öyrənib. Onun yaşadığı mənzildə hər zaman pul və qiymətli əşya olmasını ehtimal edib. Aprelin 24-də nənəsi ilə birlikdə yaşadığı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 203 mənzil 24-də Teymur Məmmədov və qardaşı Fərid Məmmədli ilə görüşərkən, onlara axşam planlaşdırdığı ünvana basqın edəcəklərini bildirib. Mətbəx bıçaqları ilə silahlanaraq, saat 18 radələrində taksi ilə Yasamal rayonu, C.Cabbarlı küçəsindəki, 38 nömrəli evin yanına gəliblər. Teymur Məmmədov ondan irəlidə hərəkət edib 1-ci bloka girib, 2-ci mərtəbəyə qalxıb. Sol tərəfdə yerləşən 3 nömrəli mənzilə yaxınlaşaraq, qapını döyüb, özünü təqdim edib. Rəhilə Cəlilova Teymur Məmmədovu tanıdığı üçün qapını açıb. Plana uyğun dərhal hər üçü qadını itələyib, qanunsuz yaşayış sahəsinə daxil olublar. Teymur Məmmədov cibindən bıçağı çıxarıb, üzbəüz dayanmış Rəhilə Cəlilovadan mənzildə saxladığı pulu tələb edib və döş qəfəsinə ardıcıl bıçaq zərbələri endirib. Fərid Məmmədli də üzərindəki bıçaqla qadına xəsarətlər yetirməyə başlayıb. Anar Ağalarov mənzilin giriş qapısını içəridən bağlayıb. Teymur Məmmədov və Fərid Məmmədli qonaq otağında Rəhilə Cəlilovaya zərbələr vurmaqda davam edərkən, dəhlizdə dayanan, qadının azyaşlı nəvəsi Aygün Əzizova qışqırıb, ağlamağa başlayıb. Qorxusundan, özündən dəfələrlə güclü olan şəxslərə hər hansı aktiv müqavimət göstərmək iqtidarında olmayan qızı cinayətin şahidi kimi qalmamasından ötrü öldürmək qərarına gəliblər. Aygün Əzizovanın aman diləməsinə baxmayaraq müstəsna dərəcədə qəddarlıqla, hər üçü bıçaqlarla qızın bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetiriblər. Üzü üstə döşəməyə yıxılan azyaşlının xırıldadığını görən Anar Ağalarov, boğaz nahiyəsinə daha 2 zərbə vurub. Zərbənin təsirindən bıçağının tiyəsi sınıb. Beləliklə də, ümümilikdə 91 ədəd bıçaq yarası yetirməklə, xüsusi amansızlıqla Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürüblər. Mənzildə axtarış aparan Anar Ağalarov qonaq otağında, kitabçanın arasından 600 dollar pul tapıb. Mənzilin giriş qapısını açarla çöl tərəfdən bağlayaraq, hadisə yerindən qaçıblar.

İş üzrə dindirilmiş Anar Ağalarov bildirib ki, 2003-cü ildən atası, qardaşı və nənəsi birlikdə Şamil Əzizbəyov küçəsi, 203 ünvanında yaşayıb. Nənəsi Rəfiqə Aslanovanın rəfiqəsi Rəhilə Cəlilova qonaqlıqda və ya bayramda evlərinə gəlib-gedib:

"Rəhilə orta boylu, sarı saçlı qadın olub, birotaqlı mənzildə tək yaşayıb, sələmə pul verib. Nənəm ara-bir az məbləğlərdə ondan borc pul almışdı. Teymur Məmmədov Rəhilə Cəlilovanın yaşadığı evi tanıyırdı, çünki vaxt aşırı gedib qadından pul alıb və gətirərək, Rəfiqə Aslanovaya verib. 2004-cü ilin aprel ayında evimizə gələn Teymur mənə dedi ki, az əvvəl Rəhilənin mənzilində olanda, 10-15.000 dollar civarında pul görüb. Xalam oğlu evə girib, həmin pulu götüməyi təklif etdi. Həmin ərəfədə Fərid Məmmədli də bizə gəldi. Birlikdə evdən çıxıb, taksi ilə "Nizami" metrostansiyasından üzü "Bakıxanov" dairəsinə doğru getdik. "Caspian Plaza" biznes mərkəzinin yanında düşüb bir az arxada yerləşən yaşayış binasının 1-ci blokuna daxil olduq. Teymur irəlidə, mənimlə Fərid isə arxasınca hərəkət etdik. 2-ci mərtəbəya qalxdıq. Teymur qapını döydü, Rəhilə qapının gözlüyündən baxıb "Kimdi?" deyə səsləndi. Qadına "Mənəm Teymur, bir dənə açardınız, sözüm var idi" söyləydi. Qapı açılan kimi, hər üçümüz içəri girdik. Qapını örtüb cəftəsini bağladım, Teymur cibindən bıçağı çıxarıb elə dəhlizdə Rəhiləyə zərbələr endirməyə başladı. Xəsarətlər alan qadın arxaya gedərək, qonaq otağının girişində yerə yıxıldı. Dəhlizin sol tərəfində dayanan orta boylu, qara saçlı, arıq bir qız "nənə" deyərək, qışqırmağa başladı.

Xocalı soyqırımını törədənlər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir like
  • 25 Fev 13:07  
Siyasət Xocalı soyqırımını törədənlər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir

31 il əvvəl Xocalıda soyqırımı törədən ermənilər Beynəlxalq Cinayət

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi like
  • 25 Fev 13:03  
Kriminal Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə h

arrow Ətraflı
"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir" like
  • 25 Fev 12:28  
Digərləri "Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir"

"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".

arrow Ətraflı
Bazar gününün like
  • 25 Fev 12:24  
Digərləri Bazar gününün

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

arrow Ətraflı
"Elgizlə izlə"də 51 yaşlı qadın 32 yaşlı oğlana elçi düşdü like
  • 25 Fev 12:17  
Digərləri "Elgizlə izlə"də 51 yaşlı qadın 32 yaşlı oğlana elçi düşdü

ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının ötən g

arrow Ətraflı
RusiyaUkrayna müharibəsi ilə bağlı like
  • 25 Fev 12:12  
Siyasət RusiyaUkrayna müharibəsi ilə bağlı

Ötən gün Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam oldu. Amma proqnozların

arrow Ətraflı
Kanada Ukraynaya daha dörd “Leopard 2” tankı verəcək like
  • 25 Fev 11:55  
Dünya Kanada Ukraynaya daha dörd “Leopard 2” tankı verəcək

Kanada Ukraynaya daha dörd "Leopard 2" tankı verəcək.

arrow Ətraflı
Bakıda Rusiya vətəndaşı intihar edib like
  • 25 Fev 11:44  
Digərləri Bakıda Rusiya vətəndaşı intihar edib

Bakıda Rusiya vətəndaşı intihar edib.

arrow Ətraflı
Azərbaycanlı məşhur meyxanaçı məzarını qazdırıb like
  • 25 Fev 11:37  
Şou-biznes Azərbaycanlı məşhur meyxanaçı məzarını qazdırıb

Meyxanaçı Ağamirzə Məmmədov sənət vasitəsiylə qazandıqlarını açıq

arrow Ətraflı
Zəfər yatağında qiymətli metal ehtiyatlarının həcmi açıqlandı like
  • 25 Fev 11:31  
Digərləri Zəfər yatağında qiymətli metal ehtiyatlarının həcmi açıqlandı

"Anglo Asian Mining" (AAM) Gədəbəy rayonundakı yeni Zəfər yatağ

arrow Ətraflı
Daha üç rayona onlayn bilet satışına başlanılıb like
  • 25 Fev 11:28  
Digərləri Daha üç rayona onlayn bilet satışına başlanılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronla�

arrow Ətraflı
Rusiyanın İran istehsalı PUAları tükənib like
  • 25 Fev 11:17  
Dünya Rusiyanın İran istehsalı PUAları tükənib

Fevralın 15-dən bəri Rusiyanın Ukraynada İranın birtərəfli hücum hava a

arrow Ətraflı
Bakıda baş verən ağır qəzanın görüntüləri like
  • 25 Fev 11:10  
Digərləri Bakıda baş verən ağır qəzanın görüntüləri

Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-n

arrow Ətraflı