Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə... – Naxçıvanda şok olay


Kriminal 23 Fev 2023 08:23:00 1429 1

Türkiyəli iş adamı qadınlarla gəzdi, arvadı isə... – Naxçıvanda şok olay

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 1971-ci il təvəllüdlü Cengiz Özləm həyat yoldaşı Gülnarəni döyüb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gülnarə bununla bağlı Babək rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, 2019-cu ildə Cengizlə ailə həyatı qurub. Onun bildirdiyinə görə, nikaha düşdükdən sonra Cengizin əsas məqsədinin burada sərbəst yaşamaq olduğunu öyrənib.

Şikayətçinin sözlərinə görə, birgə nikahdan bir övladı olub, heç vaxt yola gedə bilməyiblər. Çengiz onu evə baxmayıb, psixoloji problemi olub, evə gələndə onu döyüb. Qadının sözlərinə görə, bu hadisə dəfələrlə təkrarlanmasına baxmayaraq barəsində tədbir görülməyib. O, Çengizin yaşadığı evdən çıxarılmasına köməklik göstərilməsini xahiş edb. Bildirib ki, 3 ildir ailə münasibətləri pozulub.

Çengizin barəasində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İş üzrə izahat verən Çengiz bildirib ki, Türkiyə Respublikası vətəndaşıdır: "26 ildir Naxçıvanda yaşayıram. Azərbaycan dilində sərbəst şəkildə yaza və danışa bilirəm. 2019-cu ildə Gülnarə ilə rəsmi nikaha daxil olmuşam. Həmin nikahdan 1 övladımız dünyaya gəlib. Ondan əlavə Gülnarənin birinci nikahdan olan azyaşlı oğlu da bizimlə birlikdə yaşayır".

Çengizin bildiridiyinə görə, ailə qurduqdan sonra bir müddət Naxçıvan şəhərində kirayədə yaşayıblar: "Daha sonra Babək şəhərindən torpaq aldıq, ora yaxın evdə kirayədə yaşayaraq ev tikdik. Evi tikərək köçdükdən sonra Gülnarə ilə münasibətlərimiz pozulmağa başladı. Mübahisələrimizi hər dəfə əsassız yerə Gülnarə çıxarıb. Mənə acıqlanaraq azyaşlı uşaqları tez-tez döyüb, incidib. Bu kimi səbəblərdən artıq ailə münasibətlərimiz kağız üzərində davam etdi, eyni evdə ayrı otaqlarda yaşadıq.

Gülnarə üç ildir ki, barəmdə dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlayıb, məhkəmə qətnaməsi əsasında birgə nikahdan olan uşağın saxlanılması üçün hazırda aliment müəyyən edilib. Nikahımizin pozulması ərəfəsindəyik".

Çengiz qeyd edib ki, 2023-cü ilin yanvarında uşağın kirvəsi Xəyal ona zəng edib və Gülnarənin onun arvadından aldığı borcunu niyə ödəmədiyini soruşub: "Bu səbəbdən Gülnarədən niyə belə etdiyini soruşdum. O isə məni söyərək qarşılıq verdi. Əsəbləşib ona bir neçə şillə vurdum. Həmin vaxt azyaşlı oğlum da yanmızda idi. Bundan bir neçə gün sonra Bakı şəhərinə getdim. Qayıtdıqda yenə aramızda mübahisə yarandı. Yaşadığımız evin küçəsində oğlumun yanında yenə Gülnarəni təpiklə vurdum. Hər iki hadisə zamanı ayıq olmuşam, spirtli içki qəbul etməmişəm. Törətdiyim əməldən peşmanam".

Ətraflı İş üzrə izahat verən zərərçəkmiş Gülnarənin sözlərinə görə, Çengizlə ailə qurduqdan sonra bir müddət normal yola gediblər: "Amma sonradan Cengizin başqa qadınla münasibəti yarandı və evə gec gəlməyə başlad. Münasibətlərimiz buna görə pozuldu. Evə və uşağa baxmadı, evdə ayrı otaqlarda yaşadıq. Cengizin evə baxmaması və xəyanəti ilə barışa bilmədim. Buna görə də münasibətlərimiz pozuldu".

Gülnarə qeyd edib ki, hazırda nikahın pozulması ilə bağlı mübahisələri mediasiya mərhələsindədir:

"2023-cü ilin yanvarın 6-da aramızda mübahisə yarandı. Həmin vaxt şillə ilə dəfələrlə məni vurdu. Həmçinin başımı divara çırpdı. Qolumda və ayağımda göyərmə izləri yarandı. Lakin ekspertiza üçün müayinəyə bundan iki həftə sonra aparıldım. Bu səbəbdən artıq bədənimdə heç bir iz qalmamışdı. Cengizin özü bütün bunları etiraf edir.

Bu hadisədən sonra fevralın 9-da alimentlə bağlı məhkəməyə müraciət etdim. Yenidən yaşadığımız evin küçəsində məni təpiklə vurdu. Hazırda bütün bədənimdə xəsarət izləri var. Artıq can güvənliyim yoxdur. Azyaşlı uşaqlarımın gözü önündə dəfələrlə döyülmüşəm. Bütün bunların nəzərə alınmasını və Çengizin barəsində qanuni tədbir görülməsini xahiş edirəm".

Babək rayon Məhkəməsinin qərarı ilə Çengiz 20 gün müddətinə inzibati qaydada həbs edilib. Onun həbs olunması fevralın 20-dən hesabanması barədə qərar verilib.

Qeyridüz dişləm like
  • 23 Fev 08:21  
Digərləri Qeyridüz dişləm

Qeyri-düz dişləm bir çox stomatoloji problemlərə - tənəffüs, həzm, dan

arrow Ətraflı
İranda cinsi ticarətlə məşğul olanlar ortaya çıxdı  VİDEO like
  • 23 Fev 08:18  
Dünya İranda cinsi ticarətlə məşğul olanlar ortaya çıxdı VİDEO

Zaman-zaman İranda insan hüquqlarının pozulması gündəm mövzulardan birin

arrow Ətraflı
Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli? like
  • 23 Fev 08:15  
Digərləri Damaq və dişlərin profilaktikasında nələrə diqqət etməli?

Damaq və dişlərin profilaktikasında ilk növbədə hər qida qəbulundan son

arrow Ətraflı
Erməni silah alverçisi Moskvada tutuldu like
  • 23 Fev 08:13  
Dünya Erməni silah alverçisi Moskvada tutuldu

ABŞ vətəndaşı Andre Xaçaturyan Rusiyada silah qaçaqmalçılığına gör�

arrow Ətraflı
İtaliya Azərbaycan qazına ümid edir  Prezident İlham Əliyev regionda yeni imkanlar yaradır like
  • 23 Fev 08:12  
Siyasət İtaliya Azərbaycan qazına ümid edir Prezident İlham Əliyev regionda yeni imkanlar yaradır

Qitədə sürətlə inkişaf edən siyasət fonunda Azərbaycan zamanla ayaqlaş

arrow Ətraflı
Böyrək arterial hipertoniyası like
  • 23 Fev 08:11  
Digərləri Böyrək arterial hipertoniyası

Böyrəklərin arterial hipertenziyası böyrəklərin və onların damarların�

arrow Ətraflı
Gökhan da yardımlara qoşuldu like
  • 23 Fev 08:10  
Dünya Gökhan da yardımlara qoşuldu

Türkiyəli müğənni Gökhan Türkmen də zəlzələdən zərərçəkənlər y

arrow Ətraflı
"İnter" "Portu"ya qalib gəldi, "Mançester Siti" "Leyptsiq"lə heçheçə etdi: like
  • 23 Fev 08:09  
Dünya "İnter" "Portu"ya qalib gəldi, "Mançester Siti" "Leyptsiq"lə heçheçə etdi:

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun

arrow Ətraflı
ABŞ Kiyevə F16lar vermək istəyir like
  • 23 Fev 08:08  
Dünya ABŞ Kiyevə F16lar vermək istəyir

Vaşinqton Kiyevə Ukraynanın tələb etdiyi uzaqmənzilli ATACMS raketləri v�

arrow Ətraflı
Təbii yollarla dişlərin ağardılması like
  • 23 Fev 08:05  
Digərləri Təbii yollarla dişlərin ağardılması

Saralmış dişləri ev şəraitində təbii yollarla ağartmaq mümkündür. Bu

arrow Ətraflı
Kiçik rayonlar ləğv edilir? like
  • 23 Fev 08:03  
Digərləri Kiçik rayonlar ləğv edilir?

"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların ke

arrow Ətraflı
Qazaxıstan da like
  • 23 Fev 08:02  
Dünya Qazaxıstan da

Qazaxıstanda 4,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Allergiyanın əlamətləri nələr ola bilər? like
  • 23 Fev 08:01  
Digərləri Allergiyanın əlamətləri nələr ola bilər?

Allergiyanın əlamətləri allergiyanın növlərinə görə dəyişir. Allerg

arrow Ətraflı
İranda 97 yaşlı molla vəzifəyə təyin edildi like
  • 23 Fev 07:59  
Dünya İranda 97 yaşlı molla vəzifəyə təyin edildi

İran Keşikçilər Şurasının katibi Əhməd Cənnəti 97 yaşında növbəti

arrow Ətraflı
Emin 26 il əvvəl  FOTO like
  • 23 Fev 07:58  
Şou-biznes Emin 26 il əvvəl FOTO

Xalq artisti Emin Ağalarov sosial şəbəkədə arxiv fotosunu paylaşıb.

arrow Ətraflı