Heydər Əliyev Mərkəzində “Ölülər” tamaşasının məşqləri gedir FOTO


Kriminal 22 Fev 2023 17:12:00 214 0

Heydər Əliyev Mərkəzində “Ölülər” tamaşasının məşqləri gedir  FOTO

Fevralın 24-də Heydər Əliyev Mərkəzində dahi Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşası nümayiş olunacaq. Tamaşa anşlaqla keçəcək. Çünki qısa müddətdə tamaşaya bütün biletlər satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, tamaşa ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Artıq Mərkəzin Auditorium zalında dekorasiya qurulub. Bu dekorasiya məhz Mərkəzin səhnəsinə uyğun olaraq yeni hazırlanıb. Bu gün Mərkəzin zalında tamaşanın məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin "Ölülər" üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsər olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur.

"Hörmətsiz aktyorlar, başınızın çarəsinə baxın" like
  • 22 Fev 16:51  
Şou-biznes "Hörmətsiz aktyorlar, başınızın çarəsinə baxın"

Aktyor Kamran Ağabalayev də Xalq artisti Ramiz Novruzla vida mərasiminin çal

arrow Ətraflı
Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü  Həbs edilən var like
  • 22 Fev 16:40  
Kriminal Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü Həbs edilən var

Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib.

arrow Ətraflı
Keşlədə "patı" satan daha bir nəfər saxlanıldı  VİDEO  FOTO like
  • 22 Fev 16:31  
Kriminal Keşlədə "patı" satan daha bir nəfər saxlanıldı VİDEO FOTO

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının h�

arrow Ətraflı
Tanınmış aktrisa ərə gedir like
  • 22 Fev 16:20  
Şou-biznes Tanınmış aktrisa ərə gedir

Türkiyəli aktrisa Eda Eceylə basketbolçu sevgilisi Buğrahan Tuncer evlənir

arrow Ətraflı
Avropa Parlamentindəki frikşou nə zaman bitəcək? like
  • 22 Fev 16:19  
Siyasət Avropa Parlamentindəki frikşou nə zaman bitəcək?

Ermənistan ölkəmizə qarşı absurd və əsassız iddialarına dəstək axtar

arrow Ətraflı
İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib like
  • 22 Fev 16:12  
Siyasət İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmo

arrow Ətraflı
Almaniya İran səfirliyinin iki əməkdaşını ölkədən qovdu like
  • 22 Fev 16:11  
Dünya Almaniya İran səfirliyinin iki əməkdaşını ölkədən qovdu

Almaniyanın Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirliyinin iki ə

arrow Ətraflı
BƏƏ ilə imzalanmış Anlaşma Memorandumu təsdiqləndi like
  • 22 Fev 16:04  
Siyasət BƏƏ ilə imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Birlə�

arrow Ətraflı
Təbii sərvətlərin elektron atlası hazırlanacaq like
  • 22 Fev 16:00  
Digərləri Təbii sərvətlərin elektron atlası hazırlanacaq

Təbii sərvətlərin elektron atlası hazırlanacaq.

arrow Ətraflı
"Mulen Ruj" müziklinin uyğunlaşdırılmış variantı nümayiş olundu  FOTO like
  • 22 Fev 15:59  
Kriminal "Mulen Ruj" müziklinin uyğunlaşdırılmış variantı nümayiş olundu FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mulen Ruj" müzikl

arrow Ətraflı
“Oğlum qəşəngdir, necə çirkin qız alım?” əməkdar artist like
  • 22 Fev 15:51  
Şou-biznes “Oğlum qəşəngdir, necə çirkin qız alım?” əməkdar artist

Əməkdar artist Könül Kərimova oğlunu evləndirmək istəyir.

arrow Ətraflı
İranda bu cür işgəncələr verilir  CNNdən şok hesabat like
  • 22 Fev 15:40  
Dünya İranda bu cür işgəncələr verilir CNNdən şok hesabat

CNN İranın nümayişçilərə işgəncə vermək və onları etiraflara məcbu

arrow Ətraflı